Buğda və alaq
Qori rayonunun Nikozi kəndi Sxinvali ilə sərhəddən yerləşir. Kəndin ətəyində 500 metr aralıda Rusiya hərbçiləri və Rusiya postu durur.
Nikozi münaqişə zonasıdır.
Son vaxtlar burada sentyabrın 1-ni xüsusi həyəcanla gözləyirlər. Artıq altıncı ildir ki, kənddə beynəlxalq cizgi filmi festivalı keçirilir.
Bu il də Nikoziyə çoxluqonaqlar gəlib. Məşhur animatorlar öz işlərini təqdim edəcək və gənc həmkarları üçün master-klasslar keçirəcəklər.
Gənc animatorlar isə Nikozidə çoxdur. 2013-cü ildən kənddə “Bazar məktəbi fəaliyyət göstərir, burada uşaqlara animasiya haqqında ilkin məlumat verir, kompüter qrafikası, keramika, əl işi, rəsm, musiqi və ingilis dilini öyrədirlər. Burada Kölgələr teatrının emalatxanası da fəaliyyət göstərir. Qori və Nikozi mitropoliti, İsayanın baş yepiskopunun təşəbbüsü ilə açılan məktəbdə münaqişə zonasından 120 uşaq oxuyur.
Bu ilki festival ərəfəsində Nikozi animatorları “Buğda və alaq filmi üzərində işlərini bitirdilər. Bir həftə davam edəcək festival sentyabrın 1-də məhz bu filmlə açıldı.
Festival Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən Milli Kino Mərkəzi, Düma Mərkəzi, Höte İnstitutu və İtaliya səfirliyi ilə birgə təşkil olunub.
Nika Mçelidze, 15 yaş, Nikozi kəndi:
“Biz – yeddi dost bu film üzərində işləmişik. İl yarım vaxt sərf etdik. Ssenari məşhur “Buğda və alaq adlı ibrətamiz hekayənin motivləri əsasında yazılıb. Filmin köməyilə biz demək istəyirik ki, dünyada xeyir və şər var, onları bir-birindən ayırmağı bacarmaq və xeyri həyatının əsasına çevirmək lazımdır.
Keti Tedeyeva, 14 yaş, Nikozi kəndi:
“Bu gün qardaşlarımla birlikdə gəlmişəm. Məncə onlar məndən daha çox sevinirlər ki, bu gün festivalda filmim nümayiş olunacaq. Biz dostlarımızla bundan başqa daha üç filmin müəllifiyik. Valideynlərim bu işlə maraqlandığıma görə çox sevinirlər. Hesab edirlər ki, belə bir festivalda iştirak artıq böyük uğurdur.
Nika Koberidze, 14 yaş, Nikozi kəndi:
“Bu festivalı artıq bir ildir ki, gözləyirəm. Mən də animasiya filmlərini yaratmağı bazar məktəbində öyrənirəm. Bu, çox maraqlı prosesdir. Filmlər üçün mövzuları biz ibrətamiz hekayələrdən, incildən götürürük. Sonra da bir neçə dənə etüd yazıb, bunların içindən ssenari üçün ən uğurlu alınanı seçirik. Hər bir kadr ayrıca vərəqdə çəkilir. Bütün bunları biz öz zövqümüzlə edirik, amma müəllimlərimiz də var: Qela və Elene usta. Elene şəkillərimizi xüsusi kompüter proqramında “yığır, nəticədə də film alınır».
Luka, 12 yaş, Nikozi kəndi:
“Məni daha çox Kölgələr teatrı maraqlandırır. Şəkil çəkməyi də sevirəm, amma mən də bacım kimi animasiya ilə məşğul olmaq istəyirəm. Bacım artıq filmlər də çəkir. Yəqin, mən də animator olacam və yaxşı filmlər yarada biləcəm. Bu tədbir uşaqlar üçün çox faydalıdır. Gəlirlər, festivalda baş verənləri görürlər, onlarda da öyrənmək istəyi yaranır. Uşaqların əyləncəsi yoxdur. Bəzən Qoriyə konsertə gedirik, bəzən özümüz konsertlər təşkil edirik.
Merab Kvitsinadze, 78 yaş, Nikozi kəndi:
“Nikozi doğma kəndimdir. 2008-ci il müharibəsi zamanı biz çox zərər çəkdik. Həyat çətinləşdi. Bəzi evlərin pəncərələri düz Rusiya postuna açılır. Buna alışmaq olduqca çətindir. Həm də burada bütün günlər bir-birinə bənzəyir. Bazar məktəbindən başqa, uşaqların gedəsi yeri də yoxdur. Buna görə də festivalın ənənəyə çevrilməsinə hamımız sevinirik. Bu da olmasaydı, burada həyat lap darıxdırıcı olardı.
Sesiliya Xutsişvili, 76 yaş, Qori:
“Bura hər il festival günlərində gəlirəm. İlk növbədə ona görə ki, kənddə həyat ölmür. Mütləq gəlirik ki, yerli sakinlər onlarla görüşməyə, ünsiyyətdə olmağa şad olduğumuzu hiss etsinlər. Bu kənd boşalmamalıdır. Yerli gənclər üçün maraqlı həyat qurmaq lazımdır.
Nikoloz Mariamadze, 11 yaş, pianoçu:
“11 yaşım var. Nikozidə yaşayıram. Musiqi ilə məşğul olmağı çox sevirəm. Ən çox sevindiyim odur ki, kəndimizə bu qədər qonaq gəlir, konsertlər, festivallar təşkil olunur. Bu festivalı həmişə böyük həvəslə gözləyirik. Dinləyicilər üçün çıxış edəndə heç də həyəcanlanmıram. Yəqin, artıq auditoriyaya alışmışam.
Lika Sidamonidze, 18 yaş, tələbə:
“Düşünürəm ki, kəndimiz festivalın sayəsində məşhurlaşıb. Bu günlərdə kənd başqa cür, daha şən olur. Bazar məktəbindən başqa gənclərin heç nəyi yoxdur. Məncə, bu məktəb uşaqlarda yeni maraqlar oyadan yeganə yerdir.