"Bu, sənə aiddir"
“Bu, sənə aiddir hərəkatı etiraz aksiyası keçirir. Qeyri-hökumət təşkilatları tərəfindən başlanılan birgə “Bu, sənə aiddir kampaniyası vətəndaşların şəxsi həyatına aid materialların qeyri-qanuni dinlənməsi və yayılmasına qarşı etiraz edir. Kampaniya iştirakçıları törədilən cinayətlərin operativ və hərtərəfli araşdırılmasını tələb edir.
Aksiya iştirakçıları filarmoniyanın konsert zalının binası qarşısında 13:00-da yığışmağa başlayıblar.
“Bizim səsimizi eşidin, xəlvətcə dinləməyin
“Başqalarının şəxsi həyatı məni maraqlandırmır, amma mənim reaksiyamla başqalarının hədələnməsinin mənə dəxli var
“Qeyri-qanuni gizli dinləmə qanuniləşdirilib – aksiya iştirakçıları bu məzmunlu plakatlarla hakimiyyətin dəftərxana binasının qarşısına yürüş ediblər.
Qeyri-hökumət təşkilatları həm də hakimiyyətdən qanunvericiliyə müvafiq düzəlişlər etməyi tələb ediblər:
“Bu, sənə aiddir hərəkatının üzvləri hüquq-mühafizə orqanlarına vətəndaşları nəzarətsiz izləmək hüququ verən qanuna dəyişikliklər edilməsini istəyir.
İkinci tələb – effektiv araşdırmanın aparılması və ona beynəlxalq ekspertlərin cəlb edilməsi.
Üçüncü tələb – hüquq-mühafizə orqanları tərəfindən cəzasızlıq sindromunun kökünün kəsilməsi məqsədilə törədilən qanun pozuntularının araşdırılması üçün müstəqil istintaq orqanının yaradılması.
Aksiya sosial şəbəkələrdə planlaşdırılıb və aksiyada vətəndaş sektorunun nümayəndələri ilə birlikdə aktyorlar, müğənnilər, idmançılar və sıravi vətəndaşlar iştirak ediblər.
“Biz burada şəxsi həyata müdaxilə, izləmə, gizli dinləməyə qarşı etiraz etmək üçün yığışmışıq, yəni keçmiş hakimiyyətin vaxtında mövcud olan, indiki hakimiyyətin də bu problemin həlli üçün müvafiq tədbirlər görmədiyi praktikaya qarşı.
“Heç kimin bizi yataq otaqlarımızda izləmək və heç kimin bizi şəxsi həyatımızla bağlı şantaj etməyə ixtiyarı yoxdur.
“Biz seçim etməliyik – ya demokratik dəyərləri olan sivil dünyada yaşamaq, ya da sovet keçmişimizlə yaşamaqda davam etmək.
“Şəxsən mən hesab edirəm ki, hakimiyyət tərəfindən müvafiq ciddi tədbirlər görülməsə, gələcəkdə kadrların davamı da gələcək.
“Bütün bunlar çox xoşdur və cəmiyyətimizin yüksək səviyyədə olmasından xəbər verir. Bu aksiyada mən sıravi vətəndaş, jurnalist kimi iştirak edirəm. Bütün bunlar mənə də aiddir. Mən söz verdim ki, öz tərəfimdən bu xəstə manyakların kim olduğunu müəyyən etmək üçün əlimdən gələni edəcəm və bu insanların həbsə atılması üçün bütün gücümü və enerjimi sərf edəcəm.
“Ölkədə bu cür hadisələrin baş verdiyi zaman evdə oturmaq olmaz. Bizim hamımız baş verənlərə qarşı etiraz etməliyik. Biz ilk növbədə bunu edənlərə qarşı öz etiraz səsimizi ucaltmalıyıq.
“Bütün məsuliyyət əlbəttə ki, hakimiyyətin üzərinə düşür. Bəlkə başqalarının da məsuliyyəti var, amma biz onları tanımırıq, hakimiyyət başında olanları isə tanıyırıq.
“Bu, hamıya aiddir. Bu, bizə aiddir. Bu, sənə aiddir – deməli, bizim yerimiz burdadır. Biz öz vətəndaşlarımıza qarşı mənəvi terrora bir dəfəlik son qoymaq üçün həmrəy olmalıyıq.
“Biz əvvəl-axır şəxsi həyatın sadəcə şəxsi həyat olduğunu anlayacağıq və əgər kiminsə kiməsə qarşı şəxsi ədavəti varsa, bunun düzgün mübarizə üsulları seçilməlidir. Bu cür çirkin yollarla siyasi xal toplamaq olmaz.
“Biz hakimiyyətimizə anlaşıqlı dildə başa salmalıyıq ki, keçilməli olmayan qırmızı xətt, hədd var.
“Biz bütün bunların qurbanı olanlarla həmrəyik.
“Bu, ictimai etiraz cəmiyyət üçün çox vacibdir. Yəqin ki, istənilən cəmiyyət bu cür inkişaf edir.
Tbilisidən başqa, kampaniya çərçivəsində aksiyalar həm də Telavi, Batumi, Zuqdidi və Qoridə keçirilib.
Dərc edilib: 19.03.2016