Bu payız nəyə baxa bilərik
1.“Çox qəribə işlər” – 2 (“Stranger Things”- 2).
Rejissorlar: Mett Daffer, Ross Daffer
Rollarda:Vaynona Rayder, Devid Harbor, Finn Vulfard, Milli Bobbi Braun, Geyten Matarazzo, Kaleb Maklaflin
Niyə gözləməyə dəyər? Birinci mövsüm Stiven Kinqin işlərinə böyük sayda oxşatmalarla, həm də aktyorların uşaqlarının gözəl oyunu ilə yadda qaldı. Bəli, ssenaridə çox sayda çeynənmiş gedişlər varıydı, amma tamaşaçını cəlb edən də elə buydu. İkinci mövsümdə də an azı bu qədərini görməyə ümid edirik.
https://www.youtube.com/watch?v=vgS2L7WPIO4&t=4s
2. “Super insanlar” (“Inhumans”)
Rejissorlar: Roel Reyn, Kris Fişer
Rollarda: Enson Maunt, Serinda Svon, Ken Lyun, Eme İkvuakor, İzabel Korniş, Ellen Voqlom, İvan Reon
Niyə gözləməyə dəyər? “İks insanlar” filminin uğuru “Marvel” şirkətinin rəhbərlərinə rahatlıq vermir. Hələlik “Foks”dan filmin hüquqlarını ala bilmirlər (ya da istəmirlər), amma məhkəmə çəkişmələrindən qaçmaq üçün yeni mutantlar yaradıb, onları başqa cür adlandırmaq da olar. Bir az daha çox çalışmalıdırlar – hələlik serialın treyleri “Taxt-tac oyunları”nda Ramsi Bolton rolunu mükəmməl ifa etmiş İvan Reonun iştirakına baxmayaraq, həvəskar səhnələşdirməyə bənzəyir.
3. Atlı BoCek (“BoJack Horseman”) (4-cü mövsüm)
Rejissorlar: Emi Uinfri, JC Gonzalez
Rollarda: Uill Arnett, Emi Sedaris, Elison Bri, Aaron Pol, Pol F. Tompkins
Nə üçün gözləməyə dəyər? Bu, daha çox böyüklər üçün “cizgi filmi”dir. Baş qəhrəman atlı BoCek nə narkotik qəbul etməkdən, nə tonlarla spirtli içki içməkdən, nə də kiminlə gəldi cinsi əlaqəyə girməkdən çəkinmir. Amma daimi özünüanaliz, və özünə qarşı nifrət bu qəhrəmanı çox cəlbedici edir. Serialın gözlənilməz məşhurluğunu təmin edən səbəb də elə budur. Üçüncü mövsümün sonu çox gözəl oldu, buna görə də dördüncü mövsümlə bağlı çox böyük gözləntilər var. Əsası qara yumorla dram arasında mükəmməl balansı saxlamaqdır.
https://www.youtube.com/watch?v=Bf12qwPWDVI
4. Amerikanın dəhşət hekayəsi: Kult (American Horror Story)
Rejissorlar: Bredli Kuper, Alfonso Qomez-Rexon
Rollarda: Evan Piters, Sara Polson, Denis O’Her
Nə üçün gözləməyə dəyər? Bu film onunla məşhurdur ki, hər mövsümün öz süjeti var, amma aktyorların böyük hissəsi də filmdə qalır. Nəticədə də birinci mövsümdə nümunəvi evcanlı kişini oynayan adamı biz təhlükəli manyak rolunda görürük. Əvvəlcə bu böyük təəccüb yaradır, vaxt keçdikcə isə filmə marağı artırır. Əvvəlki mövsümlərdən asılı olmayan süjet isə serialı istənilən yerindən izləmək imkanı verir. Psixiatriya xəstəxanaları haqqında qorxulu filmləri bəyənirsiz? İkinci mövsümü izləyin! Cadu və əcinnələr mövzusunu sevmirsiz? Əminliklə üçüncüyə baxmaya bilərsiz! “Kult”da əsas süjet sektalar problemlərinə, həm də ABŞ-da prezident seçkilərinə toxunacaq. Və burada da Evans Piters rol alır!
https://www.youtube.com/watch?v=-27J0sR9268
5. Narko (“Narcos”) (3-cü mövsüm)
Rejissorlar: Andres Bay, Cozef Vladıka
Rollarda: Vaqner Moura, Boyd Holbruk, Pedro Paskal, Coanna Kristi
Nə üçün gözləməyə dəyər? Tarix boyu ən gözəl seriallardan biri olan “Pis əməllər” “Breaking bad” filmi narkoticarət mövzusunu populyarlaşdırdı. “Narkos” bu populyarlığı nəinki möhkəmləndirdi, həm də başqa müstəviyə keçirdi, psevdo sənədli film və baş verənlərin maksimal gerçəkliyini ön plana çəkdi. Birinci iki mövsüm əfsanəvi narkobaron Pablo Eskobara həsr edilmişdi. Bədbəxtlikdən (ya da xoşbəxtlikdən) qəhrəman uydurulmayıb və çoxdan dünyasını dəyişib. Üçüncü mövsüm artıq narkobiznes tarixində ən imkanlı olan Kali karteli haqqında olacaq.
https://www.youtube.com/watch?v=Ory6b2EJ3Bk
6. O (“İt”) (2017)
Rejissor: Andres Musketti
Rollarda: Bill Skarsqrad, Finni Vulfard, Sofia Lillis, Havyer Botet
Orijinal film qorxudurdu. O dərəcədə qorxudurdu ki, bütöv bir nəsil klounlara qorxusuz baxa bilmirdi. Elə qorxudurdu ki, az insan ikinci dəfə filmə baxırdı. Elə düz də edirdilər. 90-cı illərin “O” filmi mənasız səhnələrlə doludur və zəif sonluqla bitir. Film boyu ancaq Tim Karrinin gözəl ifası özünə cəlb edirdi.
Yeni versiyaya gəldikdə isə o, hələlik kinoteatrlarda nümayiş olunur və ona baxmaq qərarını versəniz nəzərə alın ki, film özündən əvvəlki filmdən xeyli daha yaxşıdır.
Tənqidçilər bildirir ki, Bill Skarqard Tim Harrinin xarizmasını üstələyə bilməsə də, filmin özü bütövlükdə daha keyfiyyətli alınıb. “O” filminin 2017-ci ilin bütün qorxulu filmləri arasında ən yaxşı nəticə olduğunu demək kifayət edir. Və ümumiyyətlə bu ilin bütün filmləri arasında “Gözəl və eybəcər” və “Qalaktika Keşikçiləri 2” filmlərindən sonra üçüncü ən yaxşı filmdir.
7. “Ülgücün ucu ilə qaçan 2049” (Blade Runner 2049) (2017)
Rejissor Режиссер: Deni Vilnyov (“Gəliş”, “Əsirlər”)
Rollarda: Rayan Qoslinq, Harrison Ford, Ana de Armas, Robin Rayt, Cared Leto
Filmə kult filmin remeyki deyil də, 80-ci illərin kult klassikasının davamı olduğu üçün baxmağa dəyər! Orijinalın “Robokop” və ya “Terminator” kimi populyarlıq qazanmadığını nəzərə alsaq, bu, Hollivud üçün kifayət qədər təhlükəli bir addımıydı.
Risk özünü doğrultmadı – film Amerikada demək olar ki, baxılmadı, 155 milyon dollar büdcəsi olan film ilk istirahət günlərində cəmi 30 milyon dollar topladı. Bu da təəssüf doğurmaya bilmir, çünki prodüsserləri eksperimentlərdən çəkindirə bilər. Filmin maraq oyatmamasının əsas səbəblərindən biri gənclərin bu filmi iqnor etməsi oldu (statistikaya görə, 25 yaşdan aşağı tamaşaçıların cəmi 14%-i bilet aldı). Tənqidçilərin isə film çox xoşuna gəldi. Imdb saytında film 0 baldan 8,5-ni topladı ki, bu da çox yüksək reytinqdir.
Filmin başına oyun açılacağından qorxan “həmin o kinonun” pərəstişkarları yeni versiyadan çox razıdırlar.
8. “Ədalət liqası” (“Justice League”) (2017)
Rejissorlar: Zak Snayder, Con Uidon
Rollarda: Ben Afflek, Qal Qadot, Ceyson Momoa, Robin Rayt, Ember Herd, Emi Adams
Niyə gözləməyə dəyər? Çoxları Zak Snayderin bundan əvvəlki “Betmen Supermenə qarşı” filmini söyürdü. Səhnələr yığımı olduğuna, zəif kulminasiyasına görə. Bu filmi müdafiə edənlər də oldu – bu, gözəl səhnələr yığımı idi, Afflek isə əksər fanatlarının fikrincə daha yaxşı cəngavər Qotemi göstərdi. “Möcüzə-qadın” filmi DC studiyasını xilas etdi, buna görə də indi onlara uğurlarını möhkəmləndirmək lazımdır.
9. “Şərq ekspressində qətl” (“Murder on the Orient Express”)
Rejissor: Kennet Branna
Rollarda: Conni Depp, Deyzi Ridli, Mişel Pfayffer, Kennet Brana, Uillem Defo, Pelelopa Krus
Niyə gözləməyə dəyər? Çoxları Devid Suşenin oynadığı əfsanəvi detektiv Puaro haqqında 90-ların gözəl serialını xatırlayır. Amma nəsil dəyişdi və indiki tamaşaçılara təzə detektiv lazımdır. Süjet xətti var, buna görə də ssenarinin uğursuzluğa düçar olması şansı azdır. Həm də Conni Deppi artıq cana doyduran ədəbaz ampluasında deyil, başqa rolda görmək imkanı nəyə desən dəyər.
10. “Ana” (“Mother!”)
Rejissor: Darren Aronofski
Rollarda: Cenifer Lourens, Havyer Bardem, Ed Harris, Mişel Pfayffer
Bu cür filmlər heç də ilk istirahət günlərindən büdcəni qaytarmaq məqsədilə yaradılmır. Bunun üçün onların həddən artıq dar hədəf auditoriyası var. Havyer Bardem və Cenifer Lourens öz pərəstişkarlarını cəlb edə bilərlər (xüsusın də ikincisi), amma bu film dəqiq “Zığ-zığ quşu” filminin (“Mockingjay”) fanatları üçün deyil. Ağıllı, birmənalı olmayan filmdir. Bu cür film yaxşı gəlir gətirməsə də öz vəfalı fanatlarını tapacaq.
Və bonus olaraq, azərbaycanlı yazıçı, ssenariçi və bloqer İsmail İmanovun “Ana!” filmi ilə bağlı şərhi:
“Darren Aronofskinin “Mother!”ində (2017) nə xoşuma gəldi – ilk dəqiqələrdən tamaşaçıda ustalıqla həyəcan hissinin yaradılması, hər epizodla Cenifer Lourensun qarnı kimi böyüyən panik hücumlar və xain ər, bütün bunlar da “Rosemary’s Baby”ni (1968) xatırladır ki, sonda dəhşətli, çirkindirən, qorxunc torture porn-a çevrilsin, özünü pis hiss edirsən, çünki instiktiv olaraq onu qorumaq, ekrandan qoparmaq və təmiz yağışlı havaya çıxarmaq istəyirsən. Sən düşündüyün vaxt ki, bütün bunlar hamilə qadının psixozudur və ya onların hamısı ölüb, “cəhənnəm isə başqalarıdır”, Aronofski quran ayələrini ortaya qoyur ki, onlar da təəssüf ki, heç kim üçün yenilik deyil”.