Britaniya bankları Rusiyadan gələn külli miqdarda pulun “yuyulması”nda iştirak edib
Britaniyanın 17 bankı və 500-ə yaxın adam – oliqarxlar, Moskvalı bankirlər və təhlükəsizlik xidməti ilə əlaqəli olan adamlar Rusiyadan 20-80 milyard dollar arası pul çıxarıblar.
Rusiya elitasının Qərbdə leqallaşdırılan qeyri-qanuni gəlirləri ilə bağlı araşdırma 2014-cü ildə başlayıb. Hazırda o, həlledici mərhələsinə keçib.
“Guardian” qəzetinin məlumatına görə, “Qlobal təmizləmə” adını alan bu əməliyyatda Rusiyanın cinayət qruplaşmaları, həm də Rusiyanın xüsusi xidmət orqanları və hökumət qurumlarının əməkdaşları iştirak edib.
Yuxarıda qeyd edilən 17 Britaniya bankı arasında maliyyə bazarının HSBC, “the Royal Bank of Scotland”, “Lloyds”, “Barclays” və “Coutts” kimi iri oyunçuları da var. Onlar istintaqın şübhəli maliyyə əməliyyatlarında niyə iştirak etməkdən imtina etmədikləri ilə bağlı suallarına cavab verməli olacaqlar.
Bankların özləri bildirir ki, kriminal pulların leqallaşdırılmasının qarşısı alınması proseduruna riayət ediblər.
740 milyon dollar “Qlobal təmizləmə” əməliyyatı zamanı Rusiyadan çıxarılan 22 milyard dolların yalnız bir hissəsidir.
“Guardian”ın hüquq-mühafizə orqanlarındakı mənbələri bildirir ki, qaçaqmalçılıq, korrupsiya sövdələşmələri və qanunsuz bank əməliyyatları zamanı əldə olunan pullar “yuyulurdu”.
Bu sxem aşağıdakı kimi işləyirdi:
[yes_list]
- Pullar Moldova banklarına köçürülürdü
- Sonra Latviyaya
- oradan da Qərbə ötürülürdü.
[/yes_list]
500-ə yaxın adam şübhə altına alınıb, onların arasında Rusiya prezidentinin əmisi oğlu, “Rusiyanın torpaq bankı”nda (“Русский земельный банк”) direktorlar şurasının sədri vəzifəsini tutan İqor Putin də var, bank isə həmin sxemdə adı hallanan 19 Rusiya bankından biridir.
“Rusiyanın torpaq bankı”nın hesablarından sonradan Moldovanın “Moldinkonbank”ına köçürülən 9.7 milyard dollar keçib.
“Guardian”ın müraciət etdiyi ingilis müstəntiqləri bildirir ki, bu bank hesablarının araşdırılması həm də Rusiya elitasının nə almağı və necə əylənməyi xoşlaması haqda təsəvvür yaradır. Qanunsuz yolla ələ keçirilən və ölkədən çıxarılan pullar ilk növbədə
[yes_list]
- daşınmaz əmlakın alınması,
- yaxta, xəz paltarlar və zinət əşyalarının alınması,
- Övladların Böyük Britaniyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil haqqının ödənilməsi üçün istifadə olunurdu.
[/yes_list]
“Guardian”ın məqaləsi Beynəlxalq Araşdırmaçı Jurnalistlərin Konsorsiumu tərəfindən 2014-cü ildə başlanan araşdırmanın bir hissəsidir
Araşdırma üçün məlumatların alınmasında Rusiyanın “Novaya qazeta”sı böyük kömək göstərib.