Mən asfaltı sevmirəm. Yerevanda mən ömrümün yarısını keçirmişəm, bu şəhəri sevirəm. Yerevanın küçə həyatı, şəhər mədəniyyəti tərzi mənlik deyil. Vaxtım olanda parka gedirəm və bütün günümü orada keçirirəm.
Ümumiyyətlə, mən böyük qaçış – daha doğrusu geri dönüş planlayıram. Bir gün mən öz doğma Doveximə- paytaxtdan 200 kilometr aralıda yerləşən Tavuş əyalətinin balaca kəndinə qayıdacam. Ot biçib, heyvandarlıqla məşğul olacam. Hərdən ora gedirəm.
Mən idmanı sevirəm. Cavanlıqda futbolla və uzun məsafələrə qaçışla məşqul olurdum. Uşaqlıqda idman şərhçisi olmaq istəyirdim.Yerevan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum. O zaman müharibə gedirdi- idman barəsində düşünməyə imkan yox idi. Qarabağ hadisələrindən, siyasətdən və regionda baş verənlərdən yazmağa məcbur idim. Arzum yavaş-yavaş arxa plana keçirdi. Ola bilsin ki,nə vaxtsa arzum real oldu.
Jurnalistika- xəstəlik kimidir. Elə bir xəstəlik ki, beynin daima yazmağa və araşdırmağa mövzu axtarır. İdman şərhçisi olmaq arzum baş tutmadıqda, ağlıma belə gəlməzdi ki, jurnalistika məni belə özünə çəkəcək. Amma çəkdi.
Kitab yazmaq- indi mənim həyatımın o dövrüdür. Maraqlı işlə məşğul olanda zaman anlayışını unuduram. Yaxınlarım, əlbəttə ki, məni danlayır və istrahət etməyi məsləhət görürlər. Yaxınlarım belə mənə nə zaman istrahətin lazım olduğunu, nə zaman isə gördüyüm işin eynisini görməyə hazır olduğumu hiss edə bilmirlər. Ətrafımdakılara olduqca gümrah görünsəm də, nə qədər yorğun olduğumu yalnız özüm bilirəm.
Çap olunmuş iki kitabım iki illik zəhmətin məhsuludur. İkinci kitabımı Qarabağ probleminə və gedən danışıqlar prosesinə həsr etmək istəyirəm. Kitabda atəşkəs bağlandığı 1994-cü ildən bu günümüzə qədər keçirilən danışıqlar, ikitərəfli və çoxtərəfli görüşlər haqqında yazacam.
Əgər getdiyim hər kənddə və şəhərdə şəklim çəksəydim böyük fotoalbomum olardı. Axı, mən çox səyahət edirəm. Bəzən kameranı özümlə götürməyi unuduram. Demək olar ki şəkillərimin hamısı dostlarım tərəfindən çəkilib.
Həyatımın ən xüsusi insanı- qızım Sona. Onun dörd yaşı var. Onunla harasa getməyi çox sevirəm. Onunla bir çox yerlərə gedirik, Ermənistanın təbiəti ilə tanış oluruq. İndi bu səyahətlər onun üçün oyun kimidir, lakin əminəm ki, bunlar onun üçün əhəmiyyətli olacaq.
Tatul Akopyan –Qafqaz konfliktləri üzrə ixtisaslaşmış jurnalist. “ Yaşıl və qara: Arcax gündəliyi, (2008) “ Araratdan baxış: ermənilər və türklər (2012) kitablarının müəllifi. “Siviltas fondunun eksperti. “Erməni araşdırmalar mərkəzinin koordinatoru.