Böyük Britaniya və Avropa İttifaqı ilə “boşanma” – bu baş tutdu. Nə dəyişəcək? Suallara cavablar
1 fevral 2020-ci il tarixindən Böyük Britaniya Avropa İttifaqının üzvü deyil. Dövlət 47 il ərzində, hələ bu qurum “Avropa Birliyi” adlanan vaxtlardan onun üzvü olub.
Yanvarın 31-i axşam Londonda bayram illüminasiyası olub. Bir üzündə “Sülh, çiçəklənmə və bütün xalqlarla dostluq”, arxa üzündə isə “31 yanvar 2020” yazılmış, 50 pens dəyərində xatirə sikkəsi dövriyyəyə buraxılıb.
Bütün bunlar niyə baş verib və konkret olaraq nə dəyişəcək – 2016-cı ildən bəri davam edən və budur, başa çatmış Brekzit, Britaniya ilə Avropa İttifaqının boşanma prosesi haqqında bilməli olduqlarımız haqqında qısa məlumat.
Avropa İttifaqı ilə Böyük Britaniyanın münasibətlərində nə dəyişəcək?
● Əsas hiss olunan dəyişiklik – Britaniya Avropa İttifaqının bütün orqanlarında nümayəndəliklərindən məhrum olub və artıq qərarların qəbul olunmasında iştirak edə bilməyəcək.
Lakin 2020-ci ilin sonuna qədər britaniyalılar Avropa İttifaqının qaydalarına və qərarlarına tabe olmalıdırlar. Bu, keçid dövrünün müddətidir və bu həddən artıq qısa zaman kəsiyində Britaniya Avropa İttifaqı və ABŞ kimi iti tərəfdaşları ilə azad ticarət haqqında razılığa gəlməlidir.
● Britaniya Avropa İttifaqından olan turistlər üçün viza tətbiq etməyə hazırlaşmır və yaxın zamanlarda üçüncü ölkələrin vətəndaşları üçün giriş qaydalarını dəyişmək niyyətində deyil.
● Britaniyada təxminən 3,6 milyon nəfər Avropa İttifaqı ölkələrinin vətəndaşları yaşayır – onların hamısı ilin sonuna qədər onlayn olaraq formasına görə olduqca sadə sakin statusu haqqında vəsatətlə müraciət etməlidirlər.
Avropa İtttifaqı vətəndaşlarının qeydiyyatının bu sxemi 2019-cu ildən fəaliyyət göstərir, rəsmi məlumatlara görə, onun vasitəsilə artıq ən azı 2,5 milyon nəfər qeydiyyatdan keçib. İmtina cavabı tək-tük hallarda verilib – əsas etibarilə məhkumluqlara görə.
● 2020-ci ilin sonunda çıxış tam olaraq qüvvəyə minəndən sonra immiqrasiya qaydalarında dəyişikliklər olacaq. London hamı üçün vahid sistem tətbiq etmək niyyətindədir – potensial immiqrantlara yaşından, təhsilindən, peşəsindən və digər amillərdən asılı olaraq ballar veriləcək və “keçid balı”nı toplayanlara Britaniyaya köçmək hüququ təqdim olunacaq.
Avropa İttifaqından çıxışın “lehinə” olanların rəyi
Avropa İttifaqından çıxışın lehinə Böyük Britaniyada, əsas etibarilə, yaşlı insanlar və ali təhsili olmayan vətəndaşlar çıxış edirlər.
Bu insanlar inanırlar ki, Avropa İttifaqından çıxış ölkə üçün ənənəvi olan sahələrdə – misal üçün, kənd təsərrüfatında və balıqçılıq sahəsində daha çox iş yeri təmin edəcək, həmçinin Britaniyaya miqrantların axınını dayandıracaq.
Britaniyanın baş naziri Boris Conson yanvarın 31-i axşam xalqa müraciətlə çıxış edib və deyib ki, “yeni dövrün sübhü” başlayır.
Boris Conson hökumətinin üzvü və Brekzitin aparıcı tərəfdarlarından biri olan Maykl Qouv Böyük Britaniyanın Avropa İttifaqının tərkibində olduğu son gün bildirib:
«Biz Aİ ilə onlarla Kanada arasında olan kimi münasibətlər qurmaq istəyirik – ticarət tarifləri və bizim ixracatımıza kvotalar olmadan».
Əleyhinə olanların rəyi
“Brekzit”in əlyehdarlarının sırasına əsasən gənclər, yüksək texnologiya şirkətlərinin işçiləri və biznes nümayəndələri daxildir. Bu insanlar öz karyeralarını əsas etibarilə Böyük Britaniya üçün tarixən ənənəvi olmayan sahələrlə deyil, yüksək texnologiya şirkətlərindəki iş yerləri ilə bağlayırlar.
Məhz bu iş yerləri “brekzit” halında ilk qurbanlardan olacaq və gəncliyin bu hissəsi üçün Britaniyanı tərk edərək Niderlanda və ya Almaniyaya köçmək daha perspektivli görünür.
Avropa siyasi iqtisad analitik mərkəzinin direktoru Devid Heniq “Financial Times”a müsahibəsində bir çox ekspertlərin fikrini dilə gətirib:
«Biz nizamsızlıq və gözlənilməzliklər qarşısındayıq».
Avropa İttifaqının üç əsas institutunun – Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri Böyük Britaniyaya xəbərdarlıq ediblər:
«Hər bir seçimin özünə xas nəticələri var».
Nəyə görə Avropa İttifaqı bu perspektivə şad deyil?
Böyük Britaniya dünyanın ölçüsünə görə beşinci iqtisadiyyatıdır. Onun itirilməsi bütün Avropa İttifaqının iqtisadiyyatı üçün zərbədir.
Brekzitin tarixi
Ölkə üç il yarım ərzində buna doğru irəliləyib, əslində isə daha çox – Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü barədə ilk referendum hələ 1974-cü ildə keçirilib. O vaxt ingilislərin əksəriyyəti çıxış ideyasını dəstəkləməmişdilər.
2017-ci ildə ikinci referendumda müstəqillik tərəfdarları qalib gəldilər. Lakin bunu 2 faizlik minimal fərqlə etdilər. Bu səbəbdən çıxış prosesi 2 il yarımlıq müddətə qədrə uzandı – zəruri qanunları parlamentdən keçirmək baş tutmurdu.
Növbədənkənar parlament seçkilərinə və hökumət dəyişikliyinə getmək lazım gəldi. Nəticədə, Brekziti həyata keçirməyi vəd edən konservatorlar Boris Consonun rəhbərliyi altında seçicilərin dəstəyini qazandılar.