BMT-nin Beynəlxalq Məhkəməsində AzərbaycanınErmənistana qarşı iddiasına baxılıb. Rəsmi Bakı Yerevanı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqda” Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir. Məhkəmədə Azərbaycanın maraqlarını ölkənin xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edib.
Buna qədər BMT-nin Beynəlxalq Məhkəməsində Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə işə baxılıb.
2021-ci il sentyabrın 24-də Azərbaycan iddia irəli sürüb. Həmin iddiaya əsasən, “Ermənistan azərbaycanlılara qarşı onların milli və etnik mənşələrinə əsaslanaraq bir sıra ayrı-seçkilik əməlləri törədib və törətməkdədir”.
Məhkəmədə çıxış edərkən Məmmədov qeyd edib ki, Azərbaycan təcili Ermənistana qarşı müvəqqəti təminedici tədbirlərin görülməsini vacib sayır: “Ermənistanın etnik təmizləmə və zorakılığa təhrik kampaniyası davam edir. Azərbaycanlılara qarşı dönüşü olmayan ziyanın qarşısını almaq üçün təcili müvəqqəti təminedici tədbirlərin görülməsi tələb olunur”.
Nazir müzvini 1992-ci ildə Xocalı faciəsi nəticəsində dinc sakinlərin qətli, yaralanması və əsir götürülməsi haqda informasiyanı təqim edib. “Erməni silahlı dəstələrinin gözlərində onların yeganə günahı etnik azərbaycanlı olmaları idi. Yalnız bu səbəbdən onların qətlə yetirilib, girov götürülüb, işgəncəyə məruz qalıb, öz evlərindən qovulublar. Ermənistan onilliklər boyu etnik təmizləmə siyasətini aparır”, – o bildirib.
Məmmədovun sözlərinə görə, Ermənistana qarşı müvəqqəti təminedici tədbirlər bilavasitə təhlükədən müdafiə üçün lazımdır: “Silahlı qruplaşmalara sığınacaq verərək, dezinformasiyanın yayılmasını maliyyələşdirərək və bunu dəstəkləyərək Ermənistan azərbycanlılara qarşı zorakılığı və nifrət qızışdırmağı davam etdirir”.
Elnur Məmmədov BMT-nin Beynəlxalq Məhkəməsini Ermənistana qarşı bir sıra tədbirlər görməyə çağırıb. O qeyd edib ki, Ermənistan erməni hərbçiləri və/yaxud Yerevanın nəzarətində olan və ya oradan maliyyələşən digər qruplar tərəfindən Azərbaycan ərazilərində yerləşdirilən yerüstü minaların operativ, təhlükəsiz və effektiv təmizlənməsi üçün bütün lazımi addımları atmalıdır”.
Yekunda Azərbaycanın maraqlarını təmsil edən Məmmədov əlavə edib ki, onun ölkəsi “Ermənistanla uzun müddət danışıqlar aparıb və yalnız Yerevan danışıqlardan yayınandan sonra məhkəməyə müraciət edib”.
BMT-nin Beynəlxalq Məhkəməsinin hər iki iddia ilə bağlı qərarı daha sonra qəbul ediləcək.