Bizə qədər gəlib çıxdılar?
Bakının küçələrində pokemon axtaranlar hələ bir ay əvvəl təəccüb qarışıq qıcıq hissi oyadırdılar. Bir ay sonra artıq təəccüblənməyəcəklər, daha bir ay sonra isə ola bilsin, 12-dən 32-yə bütün bakılılar bunu edəcək. Biz hamımız bir nəfər kimi Pokemon Go əlavəsini yükləyib, Nizami küçəsində qaçaraq, dünyaya smartfonun kamerasından baxaraq, naməlum məxluqları tutacağıq.
Xəbərlərdə vaxtaşırı olaraq bu maraqlı məşğuliyyətə başı qarışıb, maşının altına düşən və ya damdan yıxılan insanlar barədə məlumatlar verilir. Bakıda belə hadisələr olmayıb. Skeptiklər isə görəcəyimizin hələ irəlidə olduğunu deyirlər.
Bizdə qeymerlər cəmiyyəti o qədər də böyük deyil. Pokemonların xiffətini çəkən pərəstişkarların sayı isə xeyli çoxdur. Özü də bu, 1996-cı ildə “GameBoy portativ oyun sistemində yaradılan “Nintendo şirkətinin orijinal oyununun fanatları deyil, oyuna əlavə kimi yaradılan serialın pərəstişkarlarıdır.
90-cı illərin nəsli “Dendy oyununu yaxşı xatırlayırlar, amma bir çoxları üçün bunun sadəcə “Nintendo Entertaiming Systemin (NES) “kitayski klonu olması barədə xəbər şoka saldı. Aydın məsələdir ki, GameBoy haqqında ancaq tək-tək adamlar eşitmişdi. Başqa bir tərəfdən isə cizgi serialı çox böyük populyarlıq qazandı. Uşaqlar həvəslə 151 pokemonun hamısının adlarını əzbərləyirdilər. Bir çoxları cizgi serialının yayımının kəsilməsini (ancaq keçmiş SSRİ ərazisində, Qərbdə o hələ də davam edir və seriyalarının sayı 800-dən çoxdur) şəxsi faciə kimi qəbul etdilər.
Onun yayımını qalmaqallı seriyaya görə dayandırdılar, burada işığın çox güclü titrəməsi Yaponiyadakı tamaşaçılarda epilepsiya tutması yaratdı.
2016-cı ildə çıxan “Pokemon Go oyunu əsl sosial fenomenə çevrildi. Real şəhərlə virtual məxluqların birləşdirilməsi ideyası o dərəcədə uğurla reallaşdırılıb ki, “Nintendonun aksiyalarının qiyməti 20% artıb, bu oyun haqqında Google-da sorğular isə pornoqrafiya haqqında sorğuların sayını üstələyib.
Bakıda artıq pokemon-qeymerlər haqqında xüsusi sayt da var. Onun yaradıcısı olan Ayaz Hacıyev deyir ki, “Pokemon Go sosial oyundur, buna görə də oyunçuları təcrübə və yenilikləri bölüşmək üçün bir yerdə toplamaq maraqlı olardı. “Saytın fəaliyyətinin elə ilk günündən baş səhifəyə 1700-dən çox adam daxil olub. Düzünü deyim ki, layihəmə bu qədər böyük marağın olacağını gözləmirdim, bəzi məqalələrin oxunma sayı 300-dən çoxdur.
Oyun bütün dünyada, elə bizdə də çox populyardır. Dünya şirkətləri pokemonları piar məqsədilə istifadə edir, çox yaxşıdır ki, bizim təşkilatlar da bu havanı tutub.
Pokemon GO nostaljiyə vurulan çox güclü zərbə oldu. Yaş fərqi tamamilə silinib – böyüklər və balacalar bütün şəhəri gəzir, klanlarda birləşir, nadir pokemonları axtarır və daha çox zonaların ələ keçirilməsi üçün vuruşurlar.
Təki telefonun enerjisi çatsın.
Dərc edilib: 24.07.2016