Bizim hər şeyimiz
Bakıda keçirilən dolma festivalı bu yeməyin əsas ideyasını nümayiş etdirdi – çəkilmiş əti hansı yarpağa büksən və ya hansı tərəvəzin içinə qoysan nəticədə dolma alınır. Xəbər portalları tədbirdən sonra öyünürdülər ki, festivalda indiyə qədər məlum olmayan dolma növləri nümayiş olunub.
Klassik Azərbaycan dolması üzüm və ya kələm yarpaqlarına bükülmüş və ya pomidor, bolqar bibəri və badımcanın içinə qoyulan göyərti və düyü əlavə edilmiş təzə qoyun ətindən olan (bəzən mal əti ilə qarışdırılmış) qiymədən hazırlanır. Azərbaycan mətbəxinin bütün qalan yeməklərində olduğu kimi, burada da ədviyyatlara xüsusi diqqət yetirilir.
Yarpaq dolmasında qiymənin yarpağa nə dərəcədə xırda və səliqə ilə bükülməsi xanımın işinin “keyfiyyət nişanıdır. Azərbaycanlı ailələrdə dolmanı bükməyə ailənin bütün qadınları oturur, çünki bu, böyük zəhmət tələb edən işdir. Zərif üzüm yarpaqları incə turş dad verir, əlavə edilən düyünün sayəsində isə qiymə yığılmır və yumşaq qalır.
Masalardakı lövhələr yeməyin Azərbaycanın hansı regionundan gəldiyindən xəbər verir
Kök dolması. Bunu “kulinariya moderni” də adlandırmaq olar – kökün özəyini ancaq festival xatirinə çıxarmaq olardı
Pomidor, bolqar bibəri və badımcandan hazırlanan dolma isə xalq arasında adətən “üç qardaş” və yaxud “üç bacı” adlanır
Quyruq piyini sevənlər üçün. Ətin üstünə məhz bu piy əlavə edilib
Quba şəhəri öz almaları ilə məşhurdur. Dolma üçün bərk turş meyvələr yarayır
Bu əcnəbi qonaq isə İndoneziya lemperidir. Kokos südündə bişirilmiş və banan yarpağına bükülmüş düyülü ət. Ekzotika hamının marağına səbəb oldu – festival başlayandan bir saat sonra bu yeməkdən ancaq bir nüsxə qaldı
Dəvədabanı yarpaqlarından dolma.jpg)
.jpg)
Qızılgül ləçəklərindən dolma
Kələm yarpaqlarından dolma. Bu dolmanın içinə xırda doğranmış pomidor, heyva və ya şabalıd qoyurlar ki, nəticədə də dolma xoş çəhrayı rəng və unikal dad alır. Təəssüflər olsun ki, festivalın təşkilatçıları eksponatların işıqlandırılması məsələsini nəzərə almayıblar, buna görə də qıpqırmızı çadırların damının altında hər şey çəhrayı çalarda görünürdü.
Burada dolmadan şəlaləli qaya düzülüb. Şəlalənin dadına baxmaq bir az qəribə gəlirdi, amma çox güman ki, bu süzmə idi. Əslində dolmanı sarımsaqlı qatıqla birlikdə süfrəyə gətirirlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Ümumilikdə festivalda təqdim olunan dolmadan rəsmiyyətçilik ruhu hiss olunurdu. Autentik Azərbaycan dolmasını ailə bayramları üçün gəlinlər qaynananın ciddi nəzarəti altında həyətdəki üzüm tənəyindən yığılan təzə yarpaqlardan hazırlayırlar. Yarpaqları bir neçə gün ərzində yığırlar, çünki onlar etalon ölçüdə olmalıdır və hər gün təzə yarpaqlar bu ölçülərə qədər uzanır. Onda dolma da etalon ölçüdə və formada alınır – səliqə ilə sıx bükülmüş dördbucaqların hamısı eyni olmalıdır. Evin ən qəşəng boşqabında üstünə bol-bol yeməyin öz ətirli suyu tökülmüş dolma süfrəyə gələndə qonaqlar da başa düşür ki, evdə əmin-amanlıqdır və ailədə təsərrüfat ən gözəl şəkildə idarə olunur.
Görünür, elə buna görə də dolmanın kimə məxsus olması ilə bağlı mübahisələr düşəndə (axı onu həm də Ermənistanda, Türkiyədə, Gürcüstanda hazırlayırlar) bir çoxları özlərini qeyri-adekvat aparır. Bu yemək ailə dəyərlərinin və az qala şərəfimizin özünəməxsus simvoludur. Bir sözlə, bizim hər şeyimizdir.
Dərc edilib 03.07.2016