Biz nəylə nəfəs alırıq?
Gürcüstanın Ətraf Mühit Agentliyi ilk dəfə olaraq Gürcüstanın şəhərlərində azot dioksidi, kükürd dioksidi, ozon və benzolun səviyyəsini ölçə bildi. Yəni bu üç maddənin səviyyəsinə görə şəhər sakinlərinin nəfəs aldığı havanın çirklənmə səviyyəsini müəyyən edirlər. Gürcüstanda bu, ilk dəfədir ki, həyata keçirilirdi.
Elə gözlənildiyi kimi, ən ağır hava Tbilisidədir. Gürcüstanda milyona yaxın avtomobil qeydə alınıb və maşınların ümumi sayının yarısından bir qədər az hissəsi məhz Tbilisinin yollarında hərəkət edir.
Gürcüstanın paytaxtında havanı 24 nöqtədə – həm mərkəzdə, həm də ətraflarda yoxladılar. Ətraf Mühit Agentliyinin mütəxəssisləri bildirirlər ki, bəzi mərkəzi rayonlarda azot dioksidinin havada yüksək səviyyəsi qeydə alınıb – bir kub santimetrə 80 mikroqram. 41 mkq-dan 54 mkq-ya qədər olan göstəricilər aşağı, 107-120 mkq isə yuxarı göstəricilər sayılır. Buna görə də Ətraf Mühit Agentliyi hesab edir ki, Tbilisi üzrə göstəricilər heç də təhlükəli deyil. Burada hələ ki yaşamaq olar.
Tbilisinin mərkəzi rayonlarından birinin – Melikişvili prospektinin, hansının ki, ətrafında zərərli maddələrinin nisbətən yuxarı səviyyəsi qeydə alınmışdır, sakini Tatuli Çaçava pəncərələri ehtiyac olmadan açmamağa çalışır:
“Biz pəncərələri doğrudan da açmamağa çalışırıq, xüsusən də yayda, hava isti olanda ağır olur, açıq pəncərədən də isti toz və işlənmiş qazın iyi gəlir, – o deyir.
Mərkəzdəki yaşamın gözlə görünən problemlərinə baxmayaraq, Tbilisinin mərkəzi küçələrində torpaq və daşınmaz əmlak şəhərin ətrafından, ekologiya nöqteyi-nəzərindən daha komfortlu rayonlarından bir neçə dəfə bahadır.
Şəhərdə havanın çirklənməsinin əsas səbəbi ekoloqlar küçələrdə avtonəqliyyatın çox olmasını göstərirlər; problemi bir az da dərinləşdirən isə odur ki, Gürcüstanın şəhərlərində hərəkət edən maşınların böyük əksəriyyəti amortizasiya olunub və atmosferi yeni avtomobillərdən daha çox çirkləndirir. Həm də bir çox sürücülər ətraf üçün xüsusiylə toksiki olan yanacaqdan istifadə edirlər.
Avropa İttifaqı ilə Asssosiyalaşdırma haqqında müqavilə çərçivəsində Gürcüstan öz üzərinə şəhərlərindəki havanı Avropada qəbul edilən normalara uyğunlaşdırmaqla bağlı öhdəliklər götürüb. Şəhərdəki ekologiyanı yaxşılaşdırmalı olan əsas addımlardan biri də yanacaqda kükürdün miqdarının azaldılmasıdır. O cümlədən, sentyabrın 1-dən tərkibində 1 kiloqrama 10 və daha çox milliqram kükürd olan yanacağın istifadəsinə qadağa qoyulacaq.
Gürcüstandakı təbiətin keşiyində duran təşkilatların fəalları yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyətinə daimi nəzarətin həyata keçirilməsinin vacibliyindən danışılar. Bu gün benzinin keyfiyyətinə nəzarət demək olar ki, yoxdur, müvafiq monitorinq həyata keçirilirsə belə, onun nəticələri açıqlanmır.