“Biz müharibə istəmirik, hətta bunun dəyəri AB-yə daxil olmaq olsa da ” – Gürcüstanın baş naziri
Gürcüstanın baş naziri və Avropanın tənqidi
İyunun 13-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili bütün əsas siyasi məsələlərlə bağlı proqramlı və bir çox cəhətdən sarsıdıcı bəyanatlar səsləndirib. O cümlədən:
- Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını “Gürcüstanın sülh və təhlükəsizliyini müdafiə etməklə” əsaslandırıb;
- Avropa Parlamentinin Gürcüstana qarşı haqsız tənqidini bəyan edib və bunu “rüsvayçı və anti-Gürcüstan” adlandırıb;
- ölkənin Avrointeqrasiya prosesini təşviq edənin məhz onun hökuməti olduğunu iddia edirib;
- ilk növbədə Vahid Milli Hərəkat və həbsdə olan eks-prezident Mixail Saakaşvili olmaqla, müxalifətini dövlət çevrilişi təşkil etməyə cəhddə ittiham edib və onları “dağıdıcı qüvvə” adlandırıb.
Bu bəyanat Avropa Parlamentinin Gürcüstana qarşı tənqidi qətnaməsinin dərcindən sonra ilk dəfə baş tutan hökumətin iclasında səslənib.
Avropa Parlamenti Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin tərəfdarı olduğunu, lakin ölkənin əvvəlcə müəyyən şərtləri yerinə yetirməli olduğunu bildirib. Bundan əvvəl Avropa Parlamenti Gürcüstanda media azadlığının pozulması və jurnalistlərin təhlükəsizliyi problemləri ilə bağlı qətnamə qəbul edib.
O, həmçinin Avropa Şurasını Gürcüstanın qeyri-rəsmi hökmdarı sayılan oliqarx Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırıb.
Qətnamənin ardınca hökumətin kəskin mənfi bəyanatları, o cümlədən Avropa Parlamentinin deputatlarının mövqeyinin “saxta” adlandırılması və Gürcüstanı müharibəyə sürükləmək niyyəti səslənib.
- İvanişvili sanksiyalarla hədələnirmi və bu, Gürcüstanda nəyi dəyişəcək?
- Avropa Parlamenti Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib
“Hökumət Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və bununla da ölkəsini xilas edib”
Qaribaşvili hesab edir ki, əgər Gürcüstan hökuməti ehtiyatlılıq nümayiş etdirməsəydi və Rusiyaya qarşı sanksiyalara başlasaydı, ölkədə iqtisadi artım və investisiyalar olmayacaqdı.
“Bu o deməkdir ki, biz Rusiya ilə ticarət və iqtisadi əlaqələri dayandırmalıyıq. Milyonlarla həmvətənimiz Rusiyada yaşayır, kimsə fikirləşirmi ki, bu insanlar Rusiyada necə işləyirlər, onları nə gözləyir?! Mən bu gün ölkəmizdə yaşayan dörd milyon insanı, vətəndaşlarımızı demirəm. Onların taleyi nə olacaq?”
Qaribaşvili Rusiya “haqqında min kinayəli bəyanatlar verilən” süd məhsulları bazarının açılmasını da xatırladıb:
“Avropa İttifaqı Rusiyaya hər gün bir milyard dollar ödəyir. Müharibə başlayandan bəri Rusiyanın hələ də Avropa ilə etdiyi ticarət nəticəsində Rusiyaya 90 milyard dollar daxil olub. Bizim milli maraqlarımız yoxdur? Gürcü xalqı yenə dözməli, əzilməli, müharibəyə qatılmalı, ərazilərini, dövlətçiliyini itirməli olacaq”.
“Avropa Parlamentinin biabırçı, anti-Gürcüstan və dövlət əleyhinə qətnaməsi”
Gürcüstanın baş naziri bəyan edib ki, o, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnaməyə etiraz edir.
“Qətnamədə həqiqətən biabırçı ittihamlar yazılıb, lakin onlara fakt və sübut lazımdır”, – Qaribaşvili bildirib.
Onun fikrincə, qətnamə Gürcüstan müxalifətinin lideri Vahid Milli Hərəkatın (eks-prezident Mixail Saakaşvilinin iştirakı ilə yaradılıb) təsiri altında qəbul edilib.
Baş nazir “Avropaya səfər edən və Gürcüstana qarşı cəfəngiyyatlar yayan” “məsuliyyətsiz, zərərli müxalifət siyasətçilərini” tənqid edib:
“Gürcüstanı vizasız rejimlə təmin etmək üçün Avropa İttifaqı ilə necə işlədiyimizi xatırlayın. [Müxalifətçilər] sözün əsl mənasında Avropaya yalvarırdılar ki, ölkəyə bu imkanı verməsin.
Ölkəmizin, xalqımızın cəzalandırılmasını istəyirdilər. Bu dəfə bunu bacardılar.
Niyə Vahid Milli Hərəkat Avropa Parlamentini belə biabırçı, anti-dövlət və Gürcüstan əleyhinə qətnamə qəbul etməməyə çağırmadı? Məqsədlərinin nə olduğunu hamı başa düşür”.
“Gürcüstan Aİ-yə namizəd statusuna Ukrayna və Moldovadan daha çox layiqdir”
Namizəd statusu üçün müraciət etmiş 3 dövlət arasında (Gürcüstan, Moldova, Ukrayna) Gürcüstan namizəd statusuna ən layiqli ölkədir – İrakli Qaribaşvili deyib:
“Onlar deyirlər ki, Ukrayna müharibə vəziyyətindədir və ona görə də Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almalıdır. Ancaq müharibə bu statusun qiymətidirsə, biz müharibə istəmirik. Biz 30 illik azadlıq mübarizəsi və 9 illik islahatlarla qazandığımız statusu istəyirik”, – Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 13-də bildirib.
“Gürcüstan bütün sahələrdə Ukrayna və Moldovanı on hədəf, hətta bir çox məsələlərdə Aİ-yə üzv olan dövlətləri də qabaqlayır”.
Baş nazir bunu bəyan edərək, beynəlxalq səviyyədə nüfuzlu təşkilatlar tərəfindən tərtib edilən “ölkənin nailiyyətlərinin reytinqləri və qiymətləndirilməsi”nə istinad edib.
“Niyə Gürcüstanda müstəqil məhkəmə sisteminin olmadığı və media azadlığı ilə bağlı problemlərin olduğu barədə [yanlış] təəssürat yaranır?”
“2012-ci ilə qədər Gürcüstanda demokratiyadan, azad mediadan əsər-əlamət yox idi. Bidzina İvanişvili hakimiyyətə gəlməsəydi, bu gün bizim ölkəmiz olmazdı, çünki müharibəyə cəlb olunacaqdı. İkinci Mariupol burada təşkil edildi.
2008-ci ilin avqust müharibəsi zamanı onlar nə etdilər? Baş komandanın [o vaxtkı prezident Mixail Saakaşvilini nəzərdə tutur – JAMnews] yerdə uzanmış vəziyyətdə bütün dünyaya biabırçı üzünü nümayiş etdirməsini xatırlayırıq.
O zaman [Gürcüstan xalqı] öldürüldü və məhv edildi. Biz ərazilərimizi, 100-dən çox kəndimizi itirmişik, on minlərlə qaçqını öz ölkəmizdə qəbul etmişik. Bu, onların [Saakaşvili hökumətinin] başlatdığı məsuliyyətsiz siyasətin davamı idi”.
“Məhz “Gürcü arzusu” ölkəni Avropaya inteqrasiyaya doğru aparıb”
Qaribaşvili deyib ki, “son 30 il ərzində kimsə Avropaya inteqrasiya baxımından nəsə edibsə, bu, “Gürcü Arzusu”dur (hakim partiya).
Bundan əvvəl “bu Avropa ölkəsində diktatura rejimi yenicə möhkəmlənirdi”.
Baş nazir hökumətinin nailiyyətləri kimi Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Rüsumsuz Ticarət, Şengen zonası ölkələri ilə vizasız rejim əldə edilməsi və Aİ üzvlüyünə namizəd statusunun alınması üçün 3 mart 2022-ci ildə müraciət göndərilməsini sadalayıb.
“Partiyamız konstitusiyada yazıb ki, xarici siyasət kursu Avroatlantikdir. Biz də bu yolda ölkəyə real, nəzərəçarpacaq nəticələr gətirmişik.
[Müxalifət] deyir ki, Gürcüstan status qazanmasa, hökumət məsuliyyət daşıyacaq. Heç bir halda! Hökumət mümkün olan hər şeyi edib. Qalanı iş prosesidir”.“Saakaşvili dövründə insanlara işgəncə verilərkən və öldürülərkən bugünkü Xalq Müdafiəçisi heç nə deməyib”
Baş nazir qətnamənin qəbulundan sonra hökumət üzvlərinin bəyanatlarını mənfi qiymətləndirən Gürcüstanın ictimai müdafiəçisi Nino Lomcariyanı tənqid edib:
“Lomjaria məni açıq şəkildə ittiham etdi ki, mən bomba atıb ölkəni yandırmaqdansa [statussuz qalmağı] üstün tuturam. Saakaşvilinin dövründə o, başqa vəzifədə idi. O zaman onun insan əzablarını açıq şəkildə pislədiyini xatırlayan varmı: işgəncə, iş adamlarına qarşı terror, qətl?
[Avropa Parlamentinin] qətnaməsində David Kezeraşvilinin [Saakaşvilinin dövründə müdafiə naziri, müxalif “Formula” telekanalının həmtəsisçisi olub — JAMnews] [həbsindən] bəhs edilir. Onun şəxsi şirkətinin dövriyyəsi bir milyard dollar idi. Bu pul haradan gəldi? Oğurluqdan, biznes reketliyindən. Ölkəmizdə media azadlığı var, Avropa və Amerikada hər kəs [bu barədə] sual verə və cavab ala bilər”.“Vahid Milli Hərəkat” dövlət çevrilişi təşkil etməyə çalışır”
Baş nazir hökumətin iclasındakı çıxışında dəfələrlə Vahid Milli Hərəkatın adını çəkib. O, hərəkat üzvlərini “beşinci kolon” adlandırıb və onları dövlət çevrilişi təşkil cəhdində ittiham edib.
O, həbsdə olan eks-prezident Mixail Saakaşvilini “Gürcüstana qaçaqmal göndərmək cəhdləri” ilə əlaqələndirib.
Qaribaşvili 2022-ci ilin yazında Gürcüstanda müxalifətin geniş ümumi yığıncağının keçirilməsində iştirak etmiş Qeyri-Zorakı Münaqişələr üzrə Beynəlxalq Mərkəzin rəhbəri Piter Akermanın da adını çəkib.
“Məşhur inqilabçılardan biri, inqilabların himayədarı və ideoloqu olan Akkerman bizim dağıdıcı beşinci kolonuzu ölkədə dinc inqilaba, dinc yolla hakimiyyəti devirməyə hazırlamaq üçün açıq şəkildə Gürcüstana gəldi. Ancaq tezliklə öldü. Və o, himayədarsız qaldı”.
“İyunun 20-nə təyin edilmiş mitinq təxribatdır”
Gürcüstanın baş naziri müxalifətin iyunun 20-ə planlaşdırdığı mitinqi “təxribat” adlandırıb və bildirib ki, “hakimiyyət qanunun verdiyi bütün imkanlarla vətəndaşların əmin-amanlığını və ölkənin sabitliyini qoruyacaq”.
Bundan əvvəl fəallar cəmiyyətin Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinə ümidini nümayiş etdirmək və iyunun 20-də “Avropaya doğru” şüarı ilə avtoyürüş keçirmək niyyətində olduqlarını bəyan ediblər.
Qaribaşvili mitinqin arxasında Vahid Milli Hərəkatın olduğunu bildirib.
“Belə çıxır ki, bu aksiyaları [Avropa İttifaqına daxil olmaq üçün] öldürən, zorlayan, işgəncə verən siyasi qüvvələr təşkil edir? Müharibədən sonra isə onlar bütün strateji obyektləri işğalçı Rusiyaya veriblər. Və birtərəfli şəkildə vizasız rejim açıblar. Bu bədxah təlxək Saakaşvilinin özü sərhəddə Rusiya vətəndaşlarını qarşılayıb”.
“Borjomi şirkəti artıq Gürcüstanın əlindədir, bütün problemlər həll olunacaq”
Baş nazir bildirib ki, dövlət artıq beynəlxalq hüquq normalarına tam uyğun olaraq “Borjomi” şirkətinin səhmlərinin sahibi olub və bununla bağlı bütün problemləri tezliklə həll edəcək.
Bundan əvvəl şirkət beynəlxalq sanksiyalar altında olan rusiyalı iş adamlarına məxsus idi. Bu, “Borjomi” məhsullarına qadağa qoyulmasına, şirkət üçün böyük problemlərə və işçilərin iki həftədən çox davam edən etirazlarına və tətillərinə səbəb oldu.
Qaribaşvili bildirib ki, o, səhiyyə və iqtisadiyyat nazirlərinə də proseslərə qoşulmağı tapşırıb.
“Gürcüstanda görünməmiş iqtisadi artım”
Baş nazir həmin görüşdə Gürcüstanda görünməmiş iqtisadi artımdan və larinin bahalaşmasından danışıb.
O, həmçinin bildirib ki, 650 məcburi köçkün ailəsinin mülkiyyətinə mənzillər veriləcək.