“Biz Harri Potter kimiyik, şərəf cinayətə qarşı!” – Moskvada etirazlar: nə və niyə baş verir?
İyulun 27-də Moskvada beş minə yaxın insan meriya binasınnın qarşısına, müxalitətin təşkil etdiyi etiraz aksiyasına çıxıb.
Əsas tələb Moskva şəhər Dumasına (şəhər parlamenti) sentyabrın 8-də baş tutacaq seçkilərdə müstəqil namizədlərin qeydiyyata alınmasından ibarətdir.
Polislə iştirakçılar arasında bir neçə toqquşma baş verib.
İlkin məlumata görə, 1,000 nəfərdən çox insan, o cümlədən də bir neçə müstəqil namizəd saxlanılıb. Xüsusi təyinatlılar yerdə uzanmış etirazçıları dəyənəklərlə döyüblər.
Aksiya dağıdıldıqdan sonra insanlar kiçik qruplara bölünüb inadla mərkəzə doğru irəliləməyə çalışıblar.
“Biz Harri Potterdəki kimiyik, şərəf cinayətə qarşı!” – yan küçələrdən meriya binasına doğru irəliləməyə çalışan bir neçə tələbə «Novaya qazeta» nəşrinə bildirib.
• Şərh: Rusiyanın əsas problemi Putinin prezident kürsüsündən getməli olduğu 2024-cü ildir
Polis müstəqil “Dojd” telekanalının ofisində və əsas müxalifətçi Aleksey Navalnının studiyasında axtarış aparıb.
BBC bu hadisələr zamanı federal kanalların yayımladığı proqramlara diqqət çəkib . Rusiyanın federal kanalları yüzlərlə insanın saxlanılıdığı, döyüldüyü müddətdə planda olan əyləncəli verilişlərini yayımlayıb.
Moskvanın mərkəzində razılaşdırılmamış mitinq və kütləvi saxlanılmalar haqda Rusiya federal telekanalları ümumiyyətlə söz açmayıblar.
Etirazların iki həftəsi
Qeyri-parlament partiyalarından olan namizədlər (əsasən müxalifətçilər) bir neçə min seçici imzası toplamalı idi. Onlar imzaları toplayıblar. Amma müxalif siyasətçilərin söylədiyinə görə, qeydiyyat zamanı kütləvi saxtalaşdırma baş verib.
Onların sözlərinə görə, seçki komissiyasının üzvləri seçicilərin məlumatlarını elektron sistemə köçürdüklri zaman qəsdən yanlışlara yol veriblər ki, sonra buna əsasən onların imzalarını etirabrız çıxarsınlar.
Müxalif siyasətçilər küçələrə çıxıblar. Bu əsasda qeydiyyata alınmayan həmin namizədlərdən biri Lyubov Sobol bildirir ki, “Əgər indi bu seçkilər oğurlansa, bizdə bir daha heç vaxt seçki olmayacaq”.
Moskvada hakimiyyətin Moskva şəhər Dumasına seçkilərdə müstəqil namizədləri qeydiyyata almamasına qarşı etiraz mitinqləri və yürüşləri iyulun 14-dın başlayıb.
İndiyə qədər ən kütləvi mitinq iyulun 20-də baş tutub, bu aksiyada 25 min nəfərə yaxın etirazçı iştirak edib.
Həmin mitinqdə Rusiya müxalifətinin lideri Aleksey Navalnı tıkilf edib ki, əgər müstəqil namizədlər seçkilərə buraxılmazsa, etiraz əlaməti olaraq iyulun 27-də Moskvanın mərkəzində pytaxt meriyasının binası qarşısında toplaşsınlar.
Moskva parlamentinə seçkilər niyə mühümdür?
Moskva şəhər Duması sıradan qanunverici orqan deyil, çünki Rusiya Konstitusiyasına əsasən, Moskva federasiya subyekti hesab olunur. Şəhər parlamenti qanunverici təşəbbüs hüququna malikdir.
Orada müstəqil namizdlərin olması birincisi, leqal kütləvi etirazların keçirilməsi imkanlarını genişləndirir.
İkincisi, Moskva büdcəsi iki trilyon rubla çatıb. Mediada dərc olunan çoxsaylı materiallardan bəlli olur ki, Rusiya payataxtında korrupsiya mümkünsüz həddə çatıb.
Moskva məmurları dəyəri on milyon dollarlarla ölçülən əmlakalarını qohumlarının üzərinə qeydiyyatdan keçirirlər.
Müstəqil namizədlərin büdcəyə çıxışının olması korrupsiyaya qarşı araşdırmalar – müxalifətin hakimiyyətə qarşı mübarizə alətlərindən biri üçün yeni imkanlar yarada bilər.
Hakimiyyətin reaksiyası
İyulun 27-də baş tutan mitinq ərəfəsində polis gözqorxutma əməliyyatı ilə məşğul olub. Etiraz liderləri – Aleksey Navalnı və müstəqil namizədlər 8 sutkadan 30 sutkaya qədər inzibzti həbsə məhkum ediliblər. Onların mənzillərində və ofislərində axtarışlar aparılıb. Hətta onların yaşlı qohumlarının evlərində də axtarış baş tutub.
Sosial şəbəkələrdə hakimiyyətin aksiyanı amansızca yatırmaq qərarı aldığı haqda anonim məlumatlar yayılmağa başlayıb.
Seçicilərin reaksiyası
Gözqorxutma əməliyyatı effektiv olmayıb. İlk olaraq Rusiyada tanınan insanlar etirazlarını bildiriblər:
Vaxtilə dünya birincisi olan tenisçi Yevgeni Kafelnikov:
“Mən 27-də namizədlərə görə yox, gələcəyi və azadlığı demək olar ki, quldur əməllərilə əlindən alınan xalqıma görə gedəcəyəm”.
Jurnalist və bloger Yuri Dud (Youtube-da 5 milyon abunəçisi olan kanala sahibdir):
“İctimai müzakirələr əzələsi ölmüş, normal seçkilərin isə ümumiyyətlə olmadığı cəmiyyətdə insanlar küçələrə çıxmalı olurlar”.
Akademik, Nəzəri Fizika İnstitutunun keçmiş direktoru Vladimir Zaxarov:
“Mən sabah Moskva Dumasına bir sıra namizədlərin buraxılmamasına qarşı mitinqə gedəcəm. Bu, hakimiyyət səlahiyyətlərindən sui-istifadədir və cinayət təqibi nəzərdə tutur”.