Bizə qızlar lazım deyil
Beynəlxalq təşkilatlar azərbaycan hakimiyyətinə selektiv abortlar problemini həll etməyi hələ 2012-ci ildə tövsiyyə etmişdi. Həmin vaxt hər 100 qıza təyin edilmiş 104 oğlan əvəzinə 112 oğlan düşürdü. Son beş ilin statistikası analiz olunduqdan sonra müəyyən olur ki, heç nə dəyişməyib.
Millət vəkili Musa Quliyev bildirib ki, “Reproduktiv sağlamlığın qorunması və ailə planlaması haqqında qanun layihəsinə dəyişikliklər olunması təklif edilir – uşağın cinsini müəyyənləşdirən müayinənin qadağan olunması.
Azərbaycan parlamenti artıq çoxdandır bu niyyətdədir, lakin hələ ki, qanunvericiliyə heç bir dəyişiklər edilməmişdir.
Feysbukdan reseptlər
Bu mövzu sosial şəbəkələrdə qızğın mübahisələr doğurur. Bəzən məsələnin həllini təklif edənlərə rast gəlmək olur:
«Güzəştli həll yolu təklif etmək olar: uşağın cinsini müəyyənləşdirən müayinəyə imkan vermək, amma o şərtlə ki, bu qərarı qəbul etdikdən sonra hər iki potensial valideyn abort etmək istədiyi təqdirdə cinayət məsuliyyəti daşıyacaq. Üstəlik cəza qəsdən adam öldürmə maddəsindəki kimi müəyyən olunmalıdır».
«Qoy prezervatiflərin satışı üçün xüsusi avtomatlar düzəltsinlər, bizim kişilər bu əşyanı qadın aptek saticilarından almağa utanır. Bəlkə onda abort etmək lazım gəlməz».
Əksər hallarda diskussiya selektiv abortların qaçılmaz və heç bir qanunverici aktlarla qarşısı alına bilməyəcək bir bəla olduğuyla nəticələnir:
«Mənasızdır, insanlar xaricə üz tutacaq, həkimlər isə sadəcə daha çox pul alıb evdə abortlar edəcək. Özü özünə evdə abort edən və ya evdə doğub, sonra zibilliyə tullayan ağıllılar da tapılacaq».
«Bunu necə nəzarət etməyə hazırlaşırlar? Bax, qadın həkim müayinəsinə gəlib, onlar otaqda təkdilər. Həkimi necə məcbur etmək olar ona uşağın cinsini deməsin?»
«Qanunları dəyişmək deyil, insanların nədən buna əl atdığı haqda düşünmək lazımdır».
Səbəblər
Lamiyə, 32 yaş: «Mənim ərim oğlan istəyir. Mən nə etməliyəm? Oğlanı gözləyənə qədər altı qız doğa bilmərəm. Onları kim yedizdirəcək?»
Sevil, 29 yaş: «Mənim iki qızım artıq var. Mənə evdə ağır zənbilləri daşıyan, qızları, məsələn, kurslara və ya repetitor yanına gedərlərsə, ötürən köməkçi lazımdır. Üstəlik qohumlar məndən soyadın davamçısının nə vaxt olacağını həmişə soruşurlar. Həm də mən qocalıqda tək qalmaq istəmirəm. Qızlar ərə gedib köçəcəklər. Oğlan isə mənimlə yaşayacaq, hələ üstəlik gəlini də gətirəcək».
Yelena, 25 yaş: «Вu ölkədə qadın olmaq çətindir, ən azından mənim yaşadığım şəhərdə. Ona görə də mən onların bədbaxt olması üçün qız uşaqları doğmaq istəmirəm. Burda kişi olmaq yaxşı və rahatdır».
Selektiv abortlara səbəb olaraq ekspertlər bunları sadalayır:
1. Qadının kişidən asılı olması, daha az müstəqil olması və ailədə heç bir səs sahibi olmaması kimi ənənəvi gender rolları.
2. Səviyyəsi aşağı olan mədəniyyət və təhsil nəticəsində qızı başdan etmənin etik aspekti valideynləri narahat etmir.
3. Əhalinin abortların ziyanı və kontraseptivlər haqda təməl biliklərə sahib olmaması.