Birinci Azərbaycan Respublikası haqqında yeddi populyar olmayan fakt
“Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər …»
Azərbaycanın İstiqlal Bəyannaməsi bu sözlərlə başlayır. Bəyannamənin özündə deyildiyi kimi, 1918-ci ilin 28 mayında təsadüfi hadisələr nəticəsində Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib.
Hər bir azərbaycanlı bilir ki, biz müstəqilliyimizin bünövrəsinə qoyulan “ilk daşına” və Azərbaycan dövlətçiliyinin özünə görə Azərbaycan Demokratik Respublikasına borcluyuq. Həm də ADR qadınlara seçki hüququnun verilməsi və təhsil sahəsindəki islahatlarla məşhurdur. Bəs biz Birinci Respublikamız haqqında hər şey bilirikmi?
Bu yeddi faktdan heç biri sizi təəccübləndirmədisə, deməli Azərbaycan tarixini əla bilirsiz.
1. ADR-in banilərini hələ Rusiyada seçirdilər.
Tiflisə (o vaxt Azərbaycanda Tbilisini bu cür adlandırırdılar) Azərbaycandan əvvəlcə Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu Zaqafqaziya Federasiyasının, sonra da Azərbaycan Demokratik Respublikasının təsis edilməsi üçün gələn 44 deputat Rusiya Müəssislər Məclisinin xalq səsverməsi nəticəsində elə həmin məclisin dağılmasından bir qədər əvvəl seçilmiş deputatlarıydı.
2. Alimlər indiyə qədər də ADR-in dəqiq sahəsini müəyyən edə bilmirlər.
83 min kvadrat kilometrdən ta 147 min kvadrat kilometrə qədər rəqəmlər səsləndirilir. Düzü, bu mübahisələrin bir mənası yoxdur, çünki yarandığı gündən ləğvinə qədər bu üç Cənubi Qafqaz respublikası daimi bir-biriylə ərazi mübahisələri aparıblar.
3. ADR həmin dövrün üç Azərbaycan respublikasından biridir.
Bu fakt Birinci respublika olmaq şərəfindən məhrum edir, sanki o, birinci respublika olub. Əslində isə Araz Türk Cümhuriyyəti və Cənub-Qərbi Qafqaz Demokratik Respublikası da olub. Birinci Naxçıvanda, ikincisi də müasir Türkiyə ərazisində mövcud olub.
4. ADR-də iqtisadi vəziyyət pis olub.
Müharibəyə qədər Bakı Rusiyaya hər il 6,5 milyon ton neft göndərib, amma Böyük Britaniyanın Sovet Rusiyasına qarşı “sanksiyalarına” görə ADR-ə Rusiyaya neft göndərmək qadağan edilirdi və ümumiyyətlə ixrac haqqında qərarı Britaniya rəhbərliyi ilə birlikdə qəbul etmək lazımıydı. Nəticədə hasilat iki dəfə, neft emalı isə 22 dəfə azaldı. Qalan sahələrdə də vəziyyət heç də yaxşı deyildi ki, bu da dəhşətli işsizlik və inflyasiyaya gətirib çıxarırdı.
5. Korrupsiya qalmaqalı.
Fətəli xan Xoyskinin dördüncü hökuməti korrupsiya ilə bağlı problemlərə görə istefa verdi. Söhbət ticarət nazirinin buğda məhsulunun oğurlanmasında iştirakından gedirdi.
6. ADR-in banisi Məmməd Əmin Rəsulzadə ölkədə ilk ali məktəb – Bakı Dövlət Universitetini açıb.
Avropaya təhsil almaq üçün 86 gənc azərbaycanlı göndərilib. Qayıdandan sonra da onlar artıq sovet Azərbaycanının inkişafında fəal iştirak ediblər.
7. ADR-də siyasi məhbuslar olub.
Hüquq və azadlıqlar məsələsində ölkədə vəziyyət birmənalı deyildi. Senzura olmayıb, buna görə də qəzetlər yağışdan sonra göbələklər kimi çıxırdılar, o cümlədən rus dilində 41, erməni dilində də 5 qəzet olub.
Digər tərəfdən, ölkədə siyasi məhbuslar olub, düzdür, onları vaxtaşırı amnistiyaya salırdılar. Bunlar da əsasən bolşeviklər idi. Amma bolşeviklərin “müəmmalı” qətlləri də olub – günahkarlar axıra qədər də tapılmayıb.
Bununla belə, sərbəst toplaşmaq azadlığı müəyyən mənada təmin edilirdi. Misal üçün, Azərbaycan Kommunist Partiyasının ilk qurultayı parlament binasından 50-100 metr aralıda keçirildi, halbuki bolşeviklərin ölkədə fəaliyyəti qadağa altındaydı.
Məmməd Əmin Rəsulzadə – Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurasının ilk sədri və müstəqillik ideologiyasının banilərindən biridir. Rısulzadənin Bakıda yeganə abidəsi onun doğma Novxanı qəsəbəsində, şəhərin mərkəzindən 25 km məsafədə, yarım saatlıq yolda yerləşir.
Mənbələr:
Т. Nəsirov. Azərbaycanda hakimiyyət uğrunda mübarizə (1917-1920 гг). Bakı, 1993
T. Fətullayev, Ə. Əhmədov. Azərbaycan parlamentarizminin müxtəlif siyasi sistemlərdə rolu və yeri (1906-1920). Birinci kitab. Bakı, 1990.
N. Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990.
Azərbaycan tarixi. 3-cü cild. Birinci hissə. Bakı , 1963.
Burada JAMnews-un icmalçısının şərhini oxumaq mümkündür: