Bir sənəd haqqında iki fikir
Gürcüstanla Ermənistan 2016-cı il üçün hərbi əməkdaşlıq haqqında saziş imzaladılar. Müdafiə nazirləri Seyran Ohanyan və Tinatin Xidaşeli fevralın 1-də Yerevanda görüş keçirib, müdafiə sahəsində birgə fəaliyyət haqqında razılığa gəldilər.
KİV-in xəbər verdiyinə görə, illik hərbi əməkdaşlıq proqramının əsas müddəaları sülhməramlılıq, hərbi təhsil, peşəkar hazırlıq və strateji planlaşdırma sahələrində təcrübə mübadiləsidir. Bütün erməni nəşrləri Seyran Ohanyanın Ermənistanla Gürcüstanın bir-birləri üçün təhlükəsizlik, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində mühüm əhəmiyyət kəsb etməsi haqqında dediklərini sitat gətirirdi. “Bu sahələrdəki sıx əlaqələr 2010-cu ildən başlayaraq, müdafiə sahəsində davamlı əməkdaşlığın inkişafı və təmin edilməsi üçün zəmin yaratdı.
Ermənistan politoloqları erməni-gürcü müqaviləsinin rolunu müxtəlif cür qiymətləndirirlər
Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan müqaviləni iki ölkə arasında müntəzəm olaraq bağlanan formal bir sənəd hesab edir və buna görə də yaxın gələcəkdə hansısa dəyişikliklər gözləməyi məsləhət görmür.
Ermənistanla Gürcüstan arasında analoji sənədlər əvvəllər də imzalanıb: “Bu sənəd əlbəttə ki, heç bir əsaslı geosiyasi irəliləyişdən xəbər vermir.
Buna səbəb kimi politoloq hər iki ölkənin hərbi-siyasi vəziyyətlə bağlı özünün görüşü olduğunu göstərir: “Ermənistan KTMT-nin üzvü, həm də Rusiyanın hərbi-siyasi müttəfiqidir, Gürcüstanın isə elə həmin RF ilə problemləri var. Bundan başqa, Gürcüstan NATO-ya üzv olmağı üstün tutur.
Bundan əlavə, politoloqun fikrincə, Gürcüstan Rusiya ilə əvvəlki problemləri ilə bağlı Türkiyə və Azərbaycanla o cümlədən də təhlükəsizlik sahəsində strateji əməkdaşlıq qurmaqla bağlı kifayət qədər fəal cəhdlər göstərir. “Ermənistanın isə təbii ki, bu ölkələrlə bir qədər fərqli qarşılıqlı münasibətləri var.
Bu sənədin tərkibində Ermənistanla Gürcüstan arasında hərbi-siyasi əməkdaşlığın əsas aspektləri yoxdur.
Burada politoloq ancaq hər iki ölkə hərbçilərinin birgə hərbi məşq proqramlarında iştirakını maraqlı hesab edir: “Belə ki, erməni hərbçiləri Saçxeredə, Gürcüstan Silahlı Qüvvələrində NATO mütəxəssisləri tərəfindən təşkil olunmuş dağda təkmilləşdirmə kursu keçirlər. Bundan başqa, erməni və gürcü hərbçiləri texniki və təlim mübadiləsi, o cümlədən də hərbi tranzit məsələləri üzrə birgə proqramda iştirak edirlər.
Ermənistanın “Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti, politoloq Ruben Meqrabyan iki ölkə arasında 2016-cı il üçün hərbi əməkdaşlıq planında formal yalnız bunun səbəbini hesab edir.
Səfərin rəsmi statusuna, üç günlük müddətinə və gündəminə görə, ekspertin fikrincə, müqavilənin bağlanmasının formal aspektindən başqa, regiondakı yeni reallıqlarla bağlı geniş və çoxlaylı fikir mübadiləsini də qeyd etmək lazımdır.
Yeni regional reallıqlar siyahısında politoloq “Rusiyanın dərin və uzun müddətli sistemli, siyasi, iqtisadi, struktur dövlət böhranına diqqət çəkir.
Sonra da o İran amilini qeyd edir, hansı ki, sanksiyalar götürüləndən sonra dünyaya açılır və öz niyyətlərini gizlətmədən, özünün gələcək əsas ticarət tərəfdaşlarına çıxışı üçün Cənubi Qafqazı siyasi cəhətdən daha məqsədəuyğun dəhliz hesab etdiyini açıq şəkildə bildirir.
Bununla yanaşı, Meqrabyan Rusiya ilə Türkiyə arasında Cənubi Qafqaza da öz təsirini göstərən münasibətlərinin yeni kəskinləşmə dalğasını vacib hesab edir.
Regional reallıqlara əsaslı təsiri olan xüsusiylə vacib amil, Meqrabyanın fikrincə, NATO infrastrukturunun Cənubi Qafqaza yaxınlaşmasıdır.
“Təbii ki, iki qonşu ölkə olan və o qədər də çox real dostları olmayan Ermənistan və Gürcüstan, özlərinin çox minillik mehriban qonşuluq münasibətlərinə əsaslanaraq, dialoq aparmalıydılar və bunu ancaq alqışlamaq olar. Bu, iki ölkənin hərbi komandanlıqlarının siyasi yetkinliyindən xəbər verir.
Politoloq onu da qeyd etdi ki, Ermənistan və Gürcüstan Varşava sammitinin astanasındadırlar, hansı ki, onun fikrincə, postsovet dünyası və o cümlədən Rusiyaya münasibətdə Şimali Atlantika alyansının strategiyasını əsaslı şəkildə dəyişəcək.
Bu səbəbdən də ekspert hesab edir ki, ölkələrimizin mövqelərini göstərməsində daha böyük aktuallaşma və yeni reallıqlara uyğunlaşma vacibdir: “Bunu birgə etmək daha yaxşı olardı. Qeyd etmək lazımdır ki, Rusiya regiondan bir tərəfdən, strateji sıxışdırma, digər tərəfdən də Rusiyanın təsir vasitələrinin əzilməsi metodu ilə çıxarılır.