Bir partiyanın bayramı
Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyasının bütün rəqibləri artıq sıradan çıxarılıb: aparıcı müxalif partiyalar və siyası bloklar seçkiləri boykot etdiklərini açıqlayıblar. Bu isə o deməkdir ki, Azərbaycan parlamenində növbəti 5 ildə də alternativ fikirlər eşidilməyəcək.
Bir sözlə, Azərbaycan üçün bu adi haldır: Yeni Azərbaycan Partiyası 1995-ci ildən bu günə qədər keçirilən bütün seçkilərin qalibi olub. Müxalif düşərgə və beynəlxalq müşahidəçilər isə bu başgicəlləndirici qalibiyyətə skeptik yanaşır. Lakin görünən odur ki, Yeni Azərbaycan Partiyası üçün budəfəki seçkilər elə də asan olmayacaq: builki seçkilərdə güclü partiya nəinki müxalifətsiz, hətta müşahidəçilərsiz də qala bilər.
Rəqibsiz
Seçkiləri ilk boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oldu. Onlar bu qərarlarnı ölkədəki qeyri münbit siyasi şəraitlə izah edirlər. AXCP-nin ardınca NİDA gənclər hərəkatı və Azərbaycan Demokratik Partiyası da seçkidə iştirakdan imtina etdiyini açıqladı. REAL hərəkatı (Respublikaçı Alternativ Hərəkatı) seçkidə iştirakdan imtina etməsə də, bəyan etmişdir ki, güman ki, onlar da seçkinin nəticələrini tanımayacaq.
Hətta bir müddət əvvəl seçkini boykot etməyin effektiv mübarizə usulu olmadığını deyən Müsavat Partiyası da əvvəlcə namizədliyini irəli sürsə də sonradan özü də seçkidə iştirakdan imtina etdiyini bəyan etdi.
Hakimiyyətin əsas rəqibi sayılan Müsavat Paritiyası dairə seçki kommisiyalarının onların bir çox namizədlərini qeydiyyata alınmasında suni problemlər yaratması səbəbi ilə bu qərarı verdiklərini açıqlayıb. Müsavat Partiyası namizədlərinin qeydiyyata alınmamasının əsassız olduğunu bildirir. Digər bir səbəb isə, səslərini müxalifətə verməyə hazırlaşan seçicilərə qarşı zorakılıq tətbiq olunmasıdır. Seçkilərdə iştirakdan imtina səbəbini şərh edərkən Partiya bildirib ki, ATƏT-in monitorinq missiyasının seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi də onların qərarına müəyyən təsir göstərib.
Daha az müşahidəçi
ATƏT Azərbaycandakı seçkilərə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçidən ibarət missiya qrupu göndərməyi planlayırdı. Lakin, Azərbaycan nümayəndə heyəti hökümətin yalnız 6 uzunmüddətli 125 qısamüddətli müşahidəçini qəbul edə biləcəyini bildirmişdi. Azərbaycan öz qərarında israr etdiyi üçün ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları bürosu öz müşahidə qrupunu ölkəyə göndərməkdən imtina etdi.
Lakin, xoşbəxtlikdən seçkilər müşahidəçisiz keçməyəcək. Ölkədə baş tutacaq seçkini 27 beynəlxalq təşkilat daxil olmaqla, AŞPA, İsrail, Gürcüstan və Mərkəzi Asiyadan olan müşahidəçilər izləyəcək.