Bibilovun fəxri
Biblovun adı 20-ci nömrə altında Rusiya Dövlət Dumasının deputatı kimi gedir. Bunu isə onun özü “gülünc səhv adlandırır. Onun Ukraynaya girişinə və orada hər hansı bir fəaliyyətinə qadağa qoyulub . Bunun səbəbi isə onun fəaliyyətinin Ukraynanın milli maraqlarına zidd olduğundan və terrorizm meyilləri yaymaqla vətəndaş və insan hüquqlarını pozmasıdır.
Onun Ukrayna ərazisindəki bütün bank hesabları dondurulub. Bibilovun özü isə hesab edir ki, onun Ukraynada istənməyən adam olmasının səbəbi Krıma və DXR-a bir neçə dəfə səfər etməsi ilə bağlıdır. Qeyd edək ki, Krım artıq Rusiyanın ərazisidir, DXR isə Ukraynadan ayrılaraq öz müstəqilliyini elan edib və heç bir dövlət tərəfindən suveren dövlət kimi tanınmır. Məsələn, 2014-cü ilin noyabr ayında Donetskdə keçirilən seçkilərdə Cənubi Osetiya parlamentinin spikeri müşahidəçi kimi iştirak edib və DXR və Krım rəsmiləri ilə aktiv əlaqələr yaradıb.
Anotoliy Bibilov: “ Bu sanksiyalar mənim fəaliyyətimə heç bir təsir etməyəcək. Ukraynada nə bank hesablarım nə də hər hansı fəaliyyətim var. Öz dostlarımla isə heç bir qadağaya baxmayaraq, əlaqələrimi kəsməyəcəm. Bu adamların [Ukrayna rəsmiləri nəzərdə tutulur- JAMnews] belə qeyri-adekvat olduqlarına heç bir şübhəm yox idi. Demək olar ki bu diaqnozdur.
Və mən bu tip adamların “qara siyahısında olamğımla fəxr edirəm. “Krımda baş verən qəsbkarlıqda və Donbasdakı aqressiyada rolu olan şirkət və fiziki şəxslərə qarşı sanksıyaların tətbiqi haqqında qərar 16 sentyabr 2015 –ci il tarixində Ukrayna prezidenti Pyotr Paraşenko tərəfindən imzalanmışdır. Bu siyahıya 308 fiziki şəxs və 105 hüquqi şəxs olmaqla, Ukrayna daxil 23 ölkənin nümayəndəsi daxildir.
Bibilov Cənubi Osetiyanın gələcəyindən danışır