Belarusda Obama və Putini kostela freskalarında təsvir ediblər
Foto: nn.by
Belarusun Vitebsk şəhərinin Müqəddəs Antoni Paduanski kostelində qeyri-adi divar rəsmləri çəkilib. Burada mələklər bas-gitara və saksofonda ifa edir, İncil qəhrəmanları ilə birlikdə kamuflyajlı hərbçilər, işgüzar kostyumlu kişilər təsvir olunub.
Daha çox diqqəti cadugərlərin yeni doğulmuş İsaya itaət etməsi çəkir. Məryəm ananın və körpənin qarşısına Vladimir Putinə, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya və Dalay-lamaya bənzəyən insanlar hədiyyələr qoyur.
“Mənim üçün incəsənətdə və dində əsas leytmotiv onların həmişə dəyişən reallıqla nə qədər ayaqlaşmasıdır”, – freskaların müəllifi Vladimir Kondruseviç Euroradio-ya danışır. – “Bu, hansısa, iki min il öncə baş vermiş nağıl xarakterli hekayə deyil. Bu, bu gün də baş verənlərdir. “Cadugərlər və yoxsulların sitayişi” – freskanı bu cür adlandırdıq. Yəni dünyanın ən güclü fiqurları və axırıncı sosial pillədə duranlar. Sonra da interpretasiya üçün geniş məkan açılır. Belə bir məqam da var: xatırlayırsınızsa hədiyyələri Kaspar, Baltazar və Melixor gətirir, onları adətən üç müxtəlif irqin – qara, sarı və ağ dərililərin nümayəndələri kimi təsvir edirlər. Buna görə də bu qəhrəmanlar çox uyğun gəldi”.
Rəssamın sözlərinə, görə klassik İncil süjetlərini daha müasir etmək fikri kostela binasının görünüşündən yarandı. Bu yenidən tikilmiş mədəniyyət evidir və klassik freskalar burada yersiz görünərdi. Hansı detalları əlavə edib, hansı qəhrəmanları çəkməyi rəssam ksendz Vyaçeslav Borkla birlikdə qərarlaşdırıb.
Amma Vladimir Kondruseviç özünü ixtiraçı hesab etmir:
“Traktorun və ya digər müasir əşyaların peyda olmasında pis bir şey görmürəm. Mələkləri skripka və violonçellə çəkən El Qrekonun işlərinə baxmaq olar. O vaxt üçün onlar da yeni olub, göz döyürdü, inqilabi sayılırdı. Və ya holland kəndində körpələrin döyülməsi səhnəsini təsvir edən Breyqeli götürək. Aydın görünür ki, bütün bunlar İncildə təsvir olunan yerlərdə deyil, qar üstündə baş verir. Ona görə biz İncilin süjetlərini aktuallaşdıran ilk adamlar deyilik”.
Vladimir Kondruseviç artıq 7 məbədi rəsmlərlə bəzəyib, çoxunda ayrıca freska işləyib, məsələn ancaq mehrabın üzərində. Amma klassik İncil süjetlərinə müasirlik qatmaq heç də həmişə alınmır – hər şey həm binanın özündən, həm də keşişlərdən asılıdır.
Hər halda Müqəddəs Antoni Paduanski kostelasına gələn dindarlar rəssamın işlərindən razıdır.
“Mənə yaxınlaşanlar daha çox heyranlıq sözləri ilə yaxınlaşır”, – Vladimir Kondruseviç etiraf edir. – “Bəyənməyənlər isə daha çox susur və mənimlə danışmaq istəmirlər. Ona görə mən daha çox xoş sözlər eşidirəm. İndiki zamanla əlaqəni görmədikləri üçün ibadətxana binalarının stilistikasının onları itələdiyi deyən insanlar var. Burada isə onlar rahat nəfəs ala bilirlər. Belə şərhlər də olub”.