“Faşistlər!” – Belarusda Lukaşenko təkrar prezident seçiləndən sonra rezin güllələr və qaz. Foto və video
Hazırkı prezident Aleksandr Lukaşenko 9 avqustda keçirilən seçkilərdə 80,23 faiz səslə yenidən qələbə qazandığını elan edəndən sonra Minskdə və Belarusun digər şəhərlərdə on minlərlə insan etiraz etmək üçün küçələrə çıxıb.
Toqquşmalarda onlarla insan zərər görüb. Müxalifət etirazları davam etdirmək niyyətindədir.
Ekspertlər və cəmiyyətdə çoxları hesab edir ki, seçkilərdə mümkünsüz miqyasda saxtakarlıqlar baş verib. Lukaşenkonun əsas rəqibi, birləşmiş müxalifətin vahid namizədi Svetlana Tixanovskaya 9,9 faiz səs toplayıb.
Tixanovskayanın seçkiqabağı mitinqlərinə on minlərlə insan toplaşırdı və bu gün ekspertlər əmindirlər ki, seçkilərin real nəticələri böyük ehtimalla tam əksinədir və Tixanovskaya böyük üstünlüklə qalib gəlib.
• Svetlana Tixanovskaya – Belarus prezidentliyinə ən qeyri-adi namizəd
20-dən çox seçki məntəqəsində məhz bu cür nəticələr elan olunub: səslərin 14 faizə qədərini Lukaşenko, 70 faizdən çoxunu Tixanovskaya toplayıb.
Xaricdəki seçki məntəqələrində də eyni nəticə qeyd olunub.
Aleksandr Lukaşenkonun digər əsas rəqibləri seçkiyə buraxılmayıb, onlardan iki nəfər həbs edilib.
Avqustun 9-da nələr baş verib?
Minskdə və Belarusun digər şəhərlərində keçirilən izdihamlı mitinqlərin iştirakçıları yalnız avqustun 10-u təxminən gecə saay 3.00-da evlərinə dağılışıblar. Onlar çıxıb gedərkən “Sabah!” şüarını səsləndiriblər.
Paytaxtdan başqa kütləvi etirazlar ölkənin praktiki olaraq bütün şəhərlərini bürüyüb.
Ən kəskin qarşıdurma Minskdə yaşanıb. Orada işıq-səs qumbaralarından, gözyaşardıcı qazdan istifadə olunub, polis maşını etirazçı kütləsinin arasına dalıb.
DİN-in məlumatına əsasən, Minskdə həmin gecə ərzində minə yaxın insan saxlanılıb. Milisdən bildirilib ki, 50 etirazçı zərər çəkib, ölənlər yoxdur. Amma hüquq müdafiəçiləri polis maşını ilə vurulan gəncin öldüyünü bildirirlər.
DİN-in rəsmi məlumatına görə, etirazlar 33 şəhərdə baş tutub, 3 min nəfərdən çox insan saxlanılıb.
Belarus hakimiyyəti bildirir ki, regionlar arasında ən amansız toqquşmalar Pinsk şəhərində baş verib. DİN-in bəyanatına əsasən, orada “bir qrup vətəndaş ucu şiş bizlərdən və çubuqlardan, daş və armaturlardan istifadə edərək milis əməkdaşlarına hücum təşkil etmək istəyiblər”.
Avqustun 9-dan ölkədə internet dayandırılıb, mobil rabitə isə fasilələrlə işləyir.
Lukaşenkonun reaksiyası
Aleksandr Lukaşenkonun özü baş tutan seçkiləri bəzi qüvvələrin “pozmağa” çalışdığı “bayram” adlandırıb.
Onun sözlərinə görə, etiraz iştirakçıları xaricdən idarə olunub.
“Biz xaricdən gələn zəngləri qeyd etmişik. Polşa, Böyük Briyaniya və Çexiyadan zənglər olub, bizim, məni bağışlayın qoyunıarı idarə ediblər: onlar nə etdiklərini anlamırlar və onları idarə etməyə başlayırlar”, – Lukaşenko deyib.
O həmçinin qeyd edib ki, “maydan olmayacaq” və hakimiyyət “imkan verməyəcək ki, ölkəni parçalasınlar”. Onun sözlərinə görə, OMON-çularla (xüsusi təyinatlılar) qarşıdurmalarda zərər çəkənlər özləri təhrik ediblər.
“OMON-çu uşaqlardan təxminən 25 nəfər yaralanıb. Qolları, ayaqları sınanlar var. Bu uşaqları qəsdən məqsədyönlü şəkildə vurublar. Onlar da cavab veriblər. İndi neyləyək hönkürüb ağlayaq?”, – Lakaşenko deyib.
9 avqustdan sonra nə baş verəcək?
Prezidentliyə namizəd Svetlana Tixanovskaya və müxalifətin birləşmiş qərargahı Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçkilərin ilkin nəticələrini tanımayıblar.
Euroradio-nun məlumatına əsasən, prezidentliyə namizəd Minskdə avqustin 10-a keçən gecə etirazların sərt yatırılması ilə bağlı fikrini açıqlayıb.
“Mən əmin idim ki, hakimiyyət bu addımı atacaq”, – Tixanovskaya mətbuat konfransında bildirib. – “Dünən baş verənlər yolverilməzdir”.
“Biz uzunmüddətli etirazlara hazırıq”, – qərargah nümayəndəsi Mariya Kolesnikova əlavə edib.
Onun sözlərinə görə, qərargah avqustun 14-də elan olunacaq səsvermənin yekum nəticələrini gözləyir, bundan sonra gələcək addımlar haqda qərar veriləcək.
Daha əvvəl Svetlana Tixanovskaya öz tərəfdarlarını və milisi ölkə şəhərlərinin küçələrində zorakılığa yol verməməyə çağırıb. Tixanovskayanın özü hakimiyyətin təqibi üçün bəhanə olacağından ehtiyat edərək etirazçıların qarşısına çıxmayıb.
Amma avqustun 10-a keçən gecə yaşanan toqquşmalardan sonra şahidlərin bildirdiyinə görə, polis və etirazçılar arasında qarşılıqlı amansızlıq kəskin artıq.
Beynəlxalq reaksiya
Aleksandr Lukaşenkonu prezident seçilməsi münasibətilə ilk təbrik edən rusiyalı həmkarı Vladimir Putin olub.
Həmçinin Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev də Lukaşebkoya təbrik teleqramı göndərib.
Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqını Belarusdakı vəziyyətlə bağlı təcili sammit keçirməyə çağırıb. “Biz belaruslarla həmrəy olmalı və onların azadlığa can atmalarını dəstəkləməliyir”, – Moravetski bəyan edib.
Ukrayna prezidenti Vladimir Zelenski belarusları “çətin olsa da, maksimum açıq dialoqa” və küçə zorakılığından çəkinməyə çağırıb.
Belarusda hhəm də Rusiyanın taleyi həll olur?
Mestəqil rusiyalı politoloq Leonid Qozman “Lukaşenko şaqulisinin yelləndiyinə” diqqət çəkib, çünki bir sıra şəhərlərdə milis etirazçılara açıq loyallıq sərgiləyib, bəzi komissiyalar isə nəticələri saxtalaşdırmaqdan imtina edib.
“Əgər yaxın günlərdə etirazların kütləviliyi və fəallığı azalmağa doğru getməsə, hər şey bütün Belarus ərazisində etirazları boğmaq üçün Lukaşenkonun cəza dəstələrinin yetərli olub-olmayacağından aslılı olacaq. Həmin dəstələrin zabitləri və əsgərləri həmvətənlərini qəsdən öldürməyə hazırdırlarmı? Bir də Belarus cəmiyyəti qurbanlara necə reaksiya verəcək – müəyyən müddətə tabe olacaq, yoxsa əksinə, radikallaşacaq?
İstənilən halda biz yalnız Belarusun yox, həm də Rusiyanın gələcəyinə təsir göstərəcək dərəcədə genişmiqyaslı hadisələrə şahidlik edirik”.