“Lider yoxdur, heç lazım da deyil” – Belarusda iğtişaşlar, üçüncü gün
Güc strukturlarının artan amansızlığı, lidersiz etiraz, yeni növ “Avropa” inqilabı şansı. Etirazın beş yeni texnologiyası. Belarus paytaxtında etirazların üçüncü günü nə göstərdi?
Kütləvi etirazların üçüncü günü: ən əsası
Güc strukturlarının nümayişçilərə qarşı xüsusi amansızlığı: polis fəal şəkildə xüsusi vasitələr tətbiq edir, nümayişçilərlə yanaşı jurnalistlərə də hücum edir, insanları küçədəcə döyür.
Minskdə milis şöbələrindən birində onlarla əli bağlı insanın asfaltda üzüaşağı uzandığını əks etdirən video yayılıb.
Bütün ölkə üzrə saxlanılanların ümumi sayı 5 min nəfərə çatıb.
• Şərh: Rusiya Putindən yorulub. Nə etmək olar?
Əhaliyə qarşı zorakılıq
“OMON”-çular məhəllələrə doluşub, qapıları sındırıb və əllərinə düşənləri amansızca döyüblər.
Avtomobillərin şüşələrini qırıb, etirazçılara dəstək əlaməti olaraq siqmallayan sürücüləri döyüblər.
Baş verənləri çəkən sakinlərin mənzillərinin pəncərələrinə atəş açıblar.
Etirazçıların lideri yoxdur.
Prezidentliyə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edəndən və etirazçıları aksiyanı dayandırmağa çağırdıqdan sonra siyasətçilərdən heç kim rejimlə mübarizəyə qoşulmaq istəməyib.
İnsanlar özləri toplaşır, heç bir rəhbərlik olmadan. Bəzi fəallar bildirirlər ki, hazırkı vəziyyətdə etirazlara lider lazım deyil. Əksinə, çıxışların desentralizasiyası hakimiyyətə repressiya həyata keçirməyə mane olur.
Etirazçılar yenidən qruplaşır: nümayişçilər şəhərin mərkəzindən kənarlarına yer dəyişiblər.
Toqquşmaların böyük hissəsi məhz orada baş verib. Etirazçıların hərəkətləri anonim Telegram kanalları vasitəsilə koordinasiya edilir.
Şərh: ilk əsl “Avropa inqilabı” şansı
Tanınmış rusiyalı iqtisadçı və politoloq Vladislav İnozemtsev hesab edir ki, Belarusdakı çıxışlar postsovet məkanında baş verən digər analoji hadisələrdən radikal şəkildə fərqlənir:
“Belarus keysi” Ukraynanın Maydanından daha maraqlı və əhəmiyyətli ola bilər. Əgər Ukraynada kütlələrin inqilabi enerjisi hər dəfə bu və ya digər oliqarx qrupu tərəfindən istifadə olunursa, Belarusda bu gün əsl xalq inqilabı şansı yaranıb, hansı ki, təyinatlı yox, real liderləri üzə çıxaracaq.
Belarus Rusiya deyil; burada indi siyasi kursun korreksiyası uğrunda yox, hakimiyyəti ələ keçirən qəsbkarın və onun əlaltılarının həyatını təhlükə altına qoyduğu millətin sağ qalması uğrunda mübarizə gedir.
Mahiyyət etibarilə Belarusa yaxın olan Polşanın 1980-ci illərdəki “Həmrəyliyinə” bənzər yeni liderləri olan güclü xalq hərəkatının formalaşması ən böyük ehtimallardan biridir.
2020-ci il Minski 2004 və 2014-cü il Ukrayna Maydanının, 2018-ci il Ermənistan etirazlarının davamı deyil, 1989-cu ildə ayrı-ayrı hökmdarların yox, bütünlükdə insanlıqdan uzaq kommunist rejiminin axırına çıxan genişmiqyaslı Avropa həmrəyliyinin təzahürüdür.
Belarus etirazlarının beş yeni texnologiyası. Video