Bayrama gedirdilər, mitinqə çatdılar
Materialın orijinalı “Novaya qazeta” saytında
Evelina Murtazina Peterburqa bir neçə günlük, qızının sevgilisi ilə tanış olmaqdan ötrü gəlib. Gənclər artıq bir il imiş görüşürlərmiş, anası isə hələ də qızı İrinanın seçdiyi oğlanı tanımırdı. Evelina və İrina mozdokludur.
İyunun 12-də onlar görüşüb üçlükdə – ana, qızı və qızının kavaleri görüşmək qərarına gəliblər: dondurma yemək, çay sahilində gəzmək istəyirlərmiş. Cavan oğlan gecikdiyi üçün qadınlar Marsov meydanına qədər gəzmək qərarına gəliblər. “Eşitmişdik ki, Rusiya Günü korrupsiyaya qarşı nəsə nümayiş olmalıdır. Biz bunu Rusiya Günü kimi anladıq, biz korrupsiyaya qarşı olan insanları dəstəkləyirik, mitinqi kimin təşkil etdiyini isə bilmirdik. Mən NavOlnı adını eşitmişdim, amma onun kim olduğunu bilmirdim”.
Qadınlar kütlənin ardınca gediblər. “Çoxlarının əlində ördək, Rusiya bayraqları vardı, hamı bayram əhvalındaydı, bizim üçün bütün bunlar yenilik idi – axı biz qafqazlıyıq, bizdə belə şey olmur”, – ana danışır.
Birdən polis dolu avtobus gəlib və camaat qışqıraraq ətrafa səpələnib. Xaos başlayıb. Dəbilqəli polislər hücum çəkəndə onlar baş verənlərin təsiri altında donub qalıblar. “Biri qızımı tutdu, çənbərin içinə itələyib dəyənəklə vurdu, qızım ağladı, mən də onun ardınca cumdum. Beləliklə biz polis çənbərinin içinə düşdük”.
Çənbərdə İrina və Evelina yarım saata qədər qalıblar.
Qadınları avtobusa doğru aparanda onlar hansı əsasla saxlanıldıqlarını soruşmağa cəhd ediblər. Amma onları eşitməzdən gəliblər. Avtobusa çataçatda kimsə Evelinaya təlimat yazılı kağız soxuşdurub: saxlanma zamanı özünü necə aparmalı.Evelina anlayıb ki, adamlar hadisələrin bu cür inkişafına hazır olublar.
Onların gətirildiyi bölmənin dəhlizində cəmi iki stul varmış. “Bu stullarda 8 saat ərzində 22 nəfər növbə ilə otururdu. Nə su, nə yemək verdilər, halbuki qanunla üç saatdan sonra bizə yemək verməli idilər – təlamta yazılmışdı. Kimin pulu vardısa avtomatdan çay ala bilərdi, amma bizim pulumuz az idi”, – Evelina xatırlayır.
Tezliklə Uranın sevgilisi bölməyə gəlib – Evelina ilə də elə orada tanış olublar. “O, bizə bağlama gətirir, narahat olurdu. Şükür Tanrıya ki, o da bizimlə işə düşmədi – o oxuyur, onun üçün bu təhlükəlidir”.
“Bizə hələ ittiham elan olunmamışdı, amma bizimlə artıq cinayətkar kimi davranırdılar. Bizi bərbad kameraya yerləşdirdilər – taxçalar ifrazatdan təmizlənməmişdi, bomjların iyi gəlirdi. Düşünürdüm ki, bizim şəxsiyyətimizi müəyyənləşdirib, tərcümeyi-halımızı öyrənəcəklər, yanlışlıqla saxlanıldığımızı anlayıb, buraxacaqlar. Amma bizi polisə tabe olmamaqda və qanunsuz mitinqdə iştirakda ittiham etdilər. Bizi kameraya salanda anladım ki, hərc-mərclik hökm sürür, sən gücsüzsən, sən sadəcə birəsən, səni əzmək çox asandır”.
Növbəti gün İranı 8 sutkalıq həbsə məhkum etdilər və 10 min rubl həcmində cərimələdilər. “Mən vəkildən imtina etdim, çünki hakimdən xahiş etmək istəyirdim ki, mənidə qızımın yanında saxlasınlar. Məhkəmədə düzünü dedim ki, dövlətdən həqarət yox, müdafiə gözləyirdim. Dedim ki, ayağıma yazılan şüarları səsləndirməmişəm, mitinqə təsadüfən gəlib çıxmışam. Navolnını tanımıram – bəli, onu bu cür adlandırırdım. Eşitdim ki, camaat korrupsiyaya qarşı etiraz edir, mən də korrupsiyaya qarşıyam. Hərbçi oğlum haqda danışdım. Danışdım ki, oğlum uzun zaman işində yüksəliş gözləsə də, bir gün ona dedilər ki, sənin yerini başqası alıb! Və korrupsiya elə budur, hər bir vətəndaşın da borcu ona qarşı çıxmaqdır”
Polis bölməsində. Foto Evelina Murtazinanındır. Mavi gödəkcəli, əlində telefon olan qadın onun qızı İrinadır
Hakim Şerbakov Evelinaya iki sutka həbs cəzası verib: saxlanma vaxtı nəzərə alınsaydı o, elə həmin gün azad edilməli idi. Amma o, hakimdən mərhəmət diləyib: “Qızım orda qalıb, biz qafqazlıyıq, biz belə bacarmırıq. Mən qızımın necə olduğunu, onunla necə rəftar edildiyini bilmədən onu orda tək qoya bilmərəm. O, bir daha düşünməyimi istədi. Dedim ki, artıq hər şeyi düşünmüşəm. Hakim bütün sistemdə insan kimi davranan, vəziyyəti anlayan yeganə adam oldu. Hakimə sonsuza qədər minnətdaram…”
Ana və qızı onları təcridxanaya aparan avtobusda qovuşublar. Evelinanın sözlərinə görə, burada polis bölməsi ilə müqayisədə sanatoriya şəraitiymiş. Yeni palatalar, yeni döşəklər və balışlar (“biz özümüz onların sellofanını açdıq”), gündə üç dəfə yemək (borş, rassolnik, ikinci yemək), gündə 1 dəfə gəzinti, 15 dəqiqə telefon zəngi.
Azadlıqda
İyulun 20-də Evelinanı və onun qızını azadlığa buraxıblar. Onları jurnalistlər və hər gün onlara yemək bağlaması və kitab daşıyan Volodya qarşılayıb. Evelina məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətindədir, çünki özünü günahsız hesab edir: “Mənə dedilər ki, hökmün həyatımıza təsiri ola bilər. Aeroportda görəcəklər ki, mən də, qızım da məhkum olunmuşuq. Elə oğlumun karyerasına da təsir edə bilər. Vəkillə görüşüb, nə edəcəyimizə qərar verəcəyik”.