Azərbaycanın Müdafiə Nazirliyi Baş Qərargah rəisi ilə bağlı susqunluğunu pozdu
Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov hazırda hərbi xidmət sıralarında deyil. Müdafiə Nazirliyinin saytında bu vəzifənin səhifəsi boşdur, baxmayaraq ki, Sadıqovun vəzifəsindən azad edilməsi haqda prezident sərəncamı olmayıb. Nə baş verir?
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü təəssüratı yaranıb?
- Rusiya hərbçilərindən ibarət daha bir qrup Qarabağa getməyə hazırlaşır
2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayandan dərhal sonra sosial şəbəkələrin Azərbaycan seqmentində SQ Baş Qərargah rəisi Nəcməddin Sadıqovun vəzifədən kənarlaşdırıldığı haqda şayiələr yayılmağa başlayıb. Amma deyilənlər təsdiqlənməyib.
Bir neçə gündən sonra Azərbaycanın Müdafiə Nazirliyinin saytında Baş Qərargah rəisinin səhifəsi boşalıb. Səhifə hələ də boş qalır.
Ölkə prezidentinin Sadıqovun vəzifəsindən azad edilməsi haqda sərəncamı olmayıb, vəziyyətlə bağlı başqa izahat da səsləndirilməyib.
2021-ci il yanvarın 28-də Azərbaycanın Müdafiə Nazirliyi Baş Qərargah rəisi haqda susqunluğunu pozub. Bu, Nəcməddin Sadıqov haqda növbəti şayiələr yayılandan sonra baş verib. Sosial şəbəkələrdə Sadıqovun səhhətilə əlaqədar Moskvada olduğu və ürəyindən əməliyyat olunduğu haqda yazırlar.
Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Nəcməddin Sadıqov hazırda hərbi xidmət sıralarında deyil. Amma yenə də heç bir təfərrüat açıqlanmır.
Nəcməddin Sadıqov 1956-cı ildə RF Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda Rusiya sühməramlı qüvvələrinin komandanı Rüstəm Muradov da Dağıstanın Dərbənd şəhərindəndir.
Sadıqov 1993-cü ildən Azərbaycanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tuturdu.