Maskalar, xalq mahnı və rəqsləri, ən əsası isə əla əhval-ruhiyyə – dindar və o qədər də inanclı olmayan yerevanlılar üçün Barekendan bayramının əsas atributları məhz bunlardır. Qədim zamanlarda bu bayram yazın gəlişindən xəbər verirdi.
Erməni Apostol kilsəsi hər il xüsusi olaraq bu bayramın qeyd olunacağı günü elan edir. Dəyişməz qalan isə odur ki, bu bayram Böyük pəhrizdən mütləq bir gün əvvələ düşür. Buna görə də Barekendan vaxtı ancaq karnavalda şənlənmək deyil, həm də uzun müddətli, 48 günlük pəhriz saxlamağa hazırlaşaraq, zəngin süfrələr açmaq adətdir.
Kilsə izah edir ki, Barekendan Həyat ağacından qadağan olunumuş meyvə dadaraq Adəm və Həvvanın məhrum olduğu xoşbəxtlik və cənnət haqqında xatırlatmadır. Bu bayramı qeyd edərkən insanlar xeyirxah həyata, kədər və qəmdən sevincə, şərdən xeyirə doğru bir addım atır. Və hər bir dindar tövbə ilə pəhrizə başlayır.
Keçmişdə bayramda “şər” maskaları taxmaq, “şəri” hürkütmək üçün karnavalda qorxuducu obrazda çıxış etmək adətiydi. İndi də bəzi maskalar “hürkütücü” xarakter daşıyır.
Erməni Apostol Kilsəsinin Ararat yeparxiyası adətən şənliyin əsas təşkilatçısı rolunda çıxış edir. Maskalı gənclər də həmişə mahnı və rəqslərlə bayramı Müqəddəs Sarkis kilsəsinin (Ararat yeparxiyasının ibadətgahı) yanında qeyd etməyə başlayır. Amma bayram əlbəttə ki, sadəcə Yerevanda yox, bütün Ermənistan qeyd olunur.
Teatr tamaşaları, oyunlar, müsabiqələr, bayram şirniyyatlarının yarmarkası – bütün bunlar bayram əhval-ruhiyyəsi yaradır.
Bu isə təşkilatçıların fikrincə, ənənələri qoruyub saxlamağa kömək edir.