Bakılını İstanbulda təəccübləndirən on nəsnə
Məni, bakılını haqqında tanışlarımdan çox eşitdiyim və ilk dəfə olduğum İstanbulda təəccübləndirən şeylər haqqında danışacam.
1.Mərkəzi küçələr istirahət yeri deyil. Bakıda “Torqovı” küçəsi piyada zonasıdır, burada hətta böyük sayda turistlərin olduğu yay aylarında belə gəzintidən zövq ala bilirsən. İstiqlal isə tam fərqlidir. Məncə, burada gəzmək üçün əsəblərin dəmirdən olmalıdır. Qarşında min adam və bir o qədər də arxanda var. Bircə dəqiqəlik ayaq saxlasan, arxanda “canlı” tıxac yaranır.
2.Türkiyədə Wikipedia bloklanıb. Deyirlər ki, hakimiyyətin Wikipedia-dakı hansısa məqalədən xoşu gəlməyib, o da sadəcə bütün resursa girişi bağlayıb. Yazıq tələbələr!
3.İstanbulun böyüklüyü heyrətləndirir. Ona 54-cü mərtəbənin hündürlüyündən baxanda, əvvəlcə nəyin doğru olmadığını anlamağa çalışırdım. Şəhər qaranlıq idi. Meqapolisin işıqlı olacağını gözləyirdim, burada isə küçələr əsasən balaca mağazaların hesabına işıqlandırılmışdı (yeri gəlmişkən, onlar burada külli miqdardadır).
4.Burada itlər və pişiklər tox, həyatından razıdır və rahatca restoranların qarşısında gəzişirlər. Onları qovmaq heç kimin ağlına belə gəlmir. Bakıda da küçə pişiklərini çox sevsələr də, yiyəsiz itlər barədə eyni şeyləri demək mümkün deyil. İndi mən başa düşürəm ki, Bakıda heyvanların müdafiəçiləri niyə hər zaman Türkiyəni misal gətirirlər.
5.Dönər azərbaycanlı tələbələrin əsas yeməyidir, arasında xırda doğranmış ət, xiyar turşusu və mayonez olan çörək. Bu fast food növü bizə məhz Türkiyədən gəlib, ən maraqlısı da odur ki, bizdə o dəyişərək, tam fərqli bir şey alınıb. Türkiyədə dönərin içinə daha çox ət, kələm və kök qoyurlar. Mayonez isə demək olar ki, olmur. Bu dəyişikliyin əsas səbəbi də odur ki, bizdə mayonezi çox sevirlər.
6.Fərqli fast food. Bizdə də şabalıd və qarğıdalı bitir. Amma İstanbulda bu, simitlə birlikdə çox populyar bir fast food-dur. Şabalıdla qarğıdalını hər tində qızardıb satırlar, həm də midiləri (bax bu, bizdə dəqiq yoxdur). Tanışlarım arasında İstanbul midilərinə qarşı biganə olan bir nəfər belə yoxdur, onları ya ilk dəfədən sevirlər, ya da nifrət edirlər. Şəxsən mənim midilərdən xoşum gəlmədi, halbuki bu, suşilərin gözəl və ucuz əvəzidir.
7.Sizinlə türkü təəccübləndirməyin sadə üsulunu bölüşüm. Ona azərbaycanlı olduğunuzu, amma türk dilini bilmədiyinizi deyin. Siz türk seriallarına baxa-baxa böyüməmisizsə, həqiqətən də sözlərin yarısını anlamayacaqsız. Azərbaycan dilində “başa düşmək” feli hərfi anlam verir. Amma iş orasındadır ki, türk serialları Azərbaycanda çox populyardır və həmvətənlərimizin mütləq əksəriyyəti sərhədi keçən kimi təmiz türk dilində danışmağa başlayır. Nəticədə də Türkiyədə az adam bilir ki, Azərbaycanın öz dili var.
8.Başın ağrıyır? Dərman qəbul et. Hə, bu gün bazar günüdür? Deməli, dözməli olacaqsan. Mənə bir bakılı kimi çox milyonluq şəhərdə apteklərin istirahət günlərinin olduğunu görmək təəccüblüydü. Çətinliklə “növbətçi” apteki tapanda da heyrətləndim. Növbə yoxuydu. Görünür, buna alışıblar və dərmanı “ehtiyatda” saxlamağa çalışırlar. Yeri gəlmişkən, burada aptekləri başqa ölkələrdəki kimi “A” deyil, “E” hərfindən tapmaq olur (“eczane” sözündən).
9.Moll və metrolarda yoxlanışlar. Bakıda bu yaxınlarda ticarət mərkəzlərinin girişində təhlükəsizliyin yoxlanması üçün skanerlər quraşdırıblar. Əslində isə o qədər də ciddi yoxlamırlar. İstanbuldakı ticarət mərkəzlərində isə yoxlanış xeyli daha ciddidir. Metroda isə hər şey fərqlidir. Yoxlama da demək olar ki, yoxdur, şəkil də çəkmək olar – Bakıda isə əksinə, olmaz.
10.Türkiyədə Respublika gününü çox təmtəraqla qeyd edirlər. Təkcə içindən bütün meydana “Yaşa, Mustafa Kemal paşa, yaşa!” marşının səsləndiyi avtobuslar nəyə desən dəyər! Həm də Beşiktaş rayonunda motoyürüşdə iştirak etmək imkanım oldu. Orada olan motosikletçilərin dəqiq sayını bilmirəm, amma minlərlə olduğunu düşünürəm. Özü də bu, idmançılar deyil, sıravi şəhərlilər idi.
Həm də məni küçələrdə indiki prezidentin deyil, Türkiyənin birinci prezidenti Mustafa Kamal Atatürkün böyük sayda portretlərinin olması çox təəccübləndirdi.