Bakılılar məzuniyyətə hara gedir?
Bu gün manatın real qiyməyi bir il yarım bundan əvvəl olduğundan 1,5 dəfə düşüb və artıq ikinci yaydır ki, bir çox bakılıların xaricə istirahətə getməyə imkanı yoxdur. İndi bakılıların istirahətə hara getdiyini öyrənmək üçün kiçik ekspress sorğu keçirdik. Ən populyar istiqamətlər aşağıdakılardır:
Daxili turizm
Görünür ki, bizim adət etdiyimiz mətbəxə, şəraitə, marşruta və s-yə sevgimiz səbəbindən o heç vaxt populyarlığını itirməyib. Bundan başqa, manatın məzənnəsi düşəndən sonra Azərbaycan birdən bir çox başqa ölkələrdən, hətta qonşu Gürcüstandan da daha ucuz oldu.
Adnan (29 yaş) ötən illərdə olduğu kimi, Nabrana – Azərbaycanın bahalı otellər və o qədər də bahalı olmayan kottecləri olan sahilyanı meşəli regionuna gedəcək. “Ötən il Rusiyada, həyat yoldaşımın qohumları gildə, ondan əvvəl də Avropada olmuşuq, – o danışır, – bu il yəqin ki, heç yerə getməyəcəyik. Alınsa, Nabrana, ya da Şəkiyə gedəcəm, bildiyim qədər, burada ucuz turlar var, həm də ucuz qiymətə otaq, hətta mənzil kirayələmək olar.
Vaqif (30 yaş) deyir: “Bizim işdə regionlara böyük maraq var, daha doğrusu, hardasa otaq tutmaq istəyənlər çoxdur. Orta qiymət adam başı bir gecə 10 manatdır [təxminən $6]. Bu, otellərdən üç-dörd dəfə ucuzdur.
Gürcüstan
Əvvəlki kimi Gürcüstanda istirahət edənlər də var. Düzdür, çoxları orada qiymətlərin o cümlədən də manatın lariyə nisbətdə əməlli-başlı ucuzlaşması səbəbindən qalxdığını hiss etdi. Azərbaycanda Gürcüstana adətən Avropaya getmək imkanı olmayan vaxt ucuz istirahət növü kimi baxırlar.
Sergey (37 yaş) bu il ailəsi ilə birlikdə Batumidə olub. “Ümumilikdə hər şey xeyli bahalaşıb və bu tək manata görə deyil. Qiymətlər lari ilə də bahalaşıb, yerli sakinlər bunun Türkiyəyə sanksiyalar səbəbindən gedə bilməyən rusiyalı turistlərin axını ilə bağlı olduğunu deyirlər. Gələn il də belə olsa, Azərbaycanda da vəziyyət dəyişməsə, artıq Batumiyə getməyəcəyik.
Aleksandra (35 yaş): “Ölkədəki iqtisadi vəziyyət mənə heç bir təsir göstərmədi. Mənə ipotekam təsir etdi, onun sayəsində də ən yaxşı halda Gürcüstana gedə biləcəm.
Nigar (32 yaş): “Avqustda Batumiyə getməyə hazırlaşırıq. Hansı pulla gedəcəyimizi bilmirəm. Nigar deyir ki, gəliri ölkədəki iqtisadi vəziyyətdən asılıdır. Niyə Gürcüstana? Azərbaycanın regionları ilə müqayisədə aşağı qiymətlər və keyfiyyətli xidmət.
Evim, gözəl evim
Əlbəttə, bu il heç yerə getməyənlər də var, ən yaxşı halda şəhər kənarına. Buna səbəb kimi o cümlədən də qatara bahalı biletləri (sonuncular 1,7 dəfə bahalaşıb) və qeyri-sabit vəziyyəti göstərirlər: ölkədəki iqtisadi böhran fonunda yaxşısı qara günə pul yığmaqdır.
Qriqori (50 yaş): “Mənim bu ilki istirahətim həmişə olduğu kimi bağdır. Və səyyahların youtube kanallarına baxmaq, hələlik xaricə getməyə imkanım çatmır, əlbəttə dollar ekvivalentində gəlirlərim azalıb.
Dmitri (33 yaş): “Bu yay istirahətim doğma çimərlik, pivə, qarpız, tum, meyvə. Təki buna da imkanım olmayan vaxt gəlib çıxmasın.
Anar (32 yaş): “Gəlirim əvvəlki kimi qalıb, amma alıcılıq qabiliyyətim azalıb. Özümü buna görə narahat hiss edirəm. Bu il harasa getməyi planlaşdırmırdım, bəlkə də pulum çatardı, amma ehtiyatda pul saxlamağı xoşlayıram.
Kimin Araz aşığından, Kür topuğundandır
Kimsə böhrana zidd olaraq, qənaət etmək imkanı tapır, ya da acığa bahalı turizmə pul xərcləməyə hazırdır.
Viktor (34 yaş): “Yayda Avropaya getdik, ona görə ki, Wizzair-lə uçmaq Batumiyə qatarla getmək kimidir, eyni pulun çıxır.
Lalə (34 yaş): “Mayda Tbilisiyə Robbi Uilyamsın konsertinə getdik. Qənaət etdik: öz maşınımızla getdik, 6 böyük adama iri mənzil kirayələdik, konsertə çox ucuz qiymətə (cəmi 20 lariyə) bilet aldıq. İyulda uşağımla 10 günlük Kəmərə [Türkiyə] gedirəm, amma tək ona görə ki, bacım orada bir aylıq kottec kirayələyib (Rusiya vasitəçisinin köməyiylə),
sonra da bir neçə günlük Moskvaya, yoldaşımın qohumları gilə gedəcəyik. Bilet bahadır. Biletə çox pul ona görə ödədik ki, heç yerdə qalmağa görə pul verməli olmayacağıq. Hələlik ikimiz də – yoldaşım da, mən də işləyirik, bədxərclik üçün lüft var. Amma tək yoldaşım işləsəydi, çətin ki harasa gedə bilərdik.
Alixan (47 yaş) hər il ailəsi ilə birlikdə Avropaya gedirdi, artıq Avropa İttifaqı ölkələrinin yarısında olduğunu deyir. “Bu il də gedəcəyik, yəqin ki, avqustda, amma daha çox yaranmış vəziyyətin acığına, ya da elə belə, həyatımıza işıqlı nəsə qatmaq üçün.
Ekzotik istirahət
Ekzotik istirahət (ada dövlətləri, Amazoniyanın unudulmuş ölkələri) sevənlərə məqalə müəllifi rast gəlmədi.
Dərc olunub 31.07.2016