“Qərb Krımı qaytardığı halda Ukraynanı qınayarmı?” Bakıdan şərh
Qərbin Azərbaycana ittihamları
“Bəzi Qərb siyasətçilərinin məntiqi deyir ki, əgər sabah Ukrayna Krımda antiterror əməliyyatı keçirsə və bu yarımadada yaşayan Rusiya vətəndaşları öz evlərini tərk etsə, bütün dünya Kiyevi beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardığına görə qınamalıdır”, – siyasi şərhçi Hacı Namazov bəzi Qərb siyasətçilərinin Qarabağdakı son hərbi əməliyyatlarla bağlı çıxışlarına münasibət bildirib.
- Azərbaycanlı ekspert: “DQ Qərb üçün qırmızı xətt deyildi, amma Ermənistan ola bilər”
- “Qarabağdakı proseslər siyasi həbsləri kölgədə qoyub”
- Bakı qalib gəldi, ermənilər Qarabağı tərk edir. Sonra? Bütün münaqişə tərəflərinin baxışı
Sentyabrın 19-20-də keçirilən “antiterror əməliyyatı” nəticəsində Azərbaycan Qarabağın bütün ərazisi üzərində suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatlar və siyasətçilər Bakını tənqid atəşinə tutublar. Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib. Rəsmi Bakı Qarabağın dinc erməni əhalisinin “deportasiyası” və “etnik təmizləmə”də ittiham olunur.
Siyasi icmalçı Hacı Namazov Qarabağda son hərbi əməliyyatlar ətrafında cərəyan edən proseslər və onların nəticələrini JAMnews-a şərh edib.
“Əslində nə baş verib?”
“Əvvəlcə, anlayaq ki, əslində nə baş verib? Baş verən isə odur ki, Azərbaycan sadəcə öz ərazisində suverenliyini bərpa edib. O bunu necə edib? Özlərini tanınmamış dövlətin ordusu adlandıran, suveren dövlətin ərazisində elan edilmiş qanunsuz silahlı birləşmələrin mövqelərinə nöqtə zərbələri endirməklə.
Əslində münaqişənin tarixinə nəzər salsaq, bu, terrorçulara qarşı əməliyyat idi. Birinci Qarabağ müharibəsi zamanı Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən terror aktlarını, azərbaycanlılara qarşı etnik təmizləməni heç kim mübahisələndirə bilməz”.
“Asanlıqla paralellər aparmaq mümkündür”
“Azərbaycanın suveren hüquqlarının bərpasına görə ona qarşı ittihamları ikiüzlülükdən başqa bir şey adlandırmaq olmaz. Hazırda dünyanın bir neçə yerində müharibələr gedir və Qarabağ münaqişəsi ilə asanlıqla paralellər aparmaq olar. Məsələn, hamımıza yaxşı məlum olan Ukraynadakı vəziyyəti götürək.
“Asanlıqla paralellər aparmaq mümkündür”
“Azərbaycanın suveren hüquqlarının bərpasına görə ona qarşı ittihamları ikiüzlülükdən başqa bir şey adlandırmaq olmaz. Hazırda dünyanın bir neçə yerində müharibələr gedir və Qarabağ münaqişəsi ilə asanlıqla paralellər aparmaq olar. Məsələn, hamımıza yaxşı məlum olan Ukraynadakı vəziyyəti götürək.
2014-cü ildə Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Krımı ilhaq edib. Bəzi Qərb siyasətçilərinin məntiqi deyir ki, əgər sabah Ukrayna Krımda antiterror əməliyyatı keçirsə və bu yarımadada yaşayan Rusiya vətəndaşları öz evlərini tərk etsə, o zaman bütün dünya Kiyevi beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardığına görə qınamalıdır.
Bu baş verəcəkmi? Əlbəttə yox. Bəs niyə? Çünki Qərb Rusiyaya qarşı müharibədə Ukraynaya hər cür kömək edir. Niyə biz Azərbaycana münasibətdə tam əks münasibət müşahidə edirik? Qərb siyasətçilərinin özlərindən soruşa bilərsiniz.
Bakını öz hüquqlarını qorumaqda ittiham etmək üçün gərək ya çox qərəzli, ya da hədsiz savadsız olasan”.
“Ermənilərin Qarabağı tərk etməsi şərti yox idi”
“Etnik təmizləmə ittihamları da tənqidə tab gətirmir. Erməni politoloqları bunu adətən qondarma Dağlıq Qarabağ Respublikası əhalisinin 9 ay “blokada” altında saxlanılması, daha sonra isə “hərbi təcavüz”n baş verməsi ilə əsaslandırırlar.
Gəlin bu ittihamların mahiyyətinə nəzər salaq. Blokada əhaliyə heç bir alternativ təklif edilmədiyi bir hadisədir. Qarabağ ermənilərinin məsələsində belə bir alternativ var idi və bu, tamamilə qanuni idi. Onlara Azərbaycandan, yəni istəsələr də, istəməsələr də yaşadıqları ölkədən lazım olan hər şeyi çatdırmağı təklif edirdilər. Bu, artıq blokada deyil, özü-özünə əzab verməkdir. Üstəlik, könüllü şəkildə.
Dünyanın heç bir dövləti razılaşa bilməz ki, onun bir hissəsi mərkəzlə bütün əlaqələri kəssin, qonşu ölkə ilə müstəqil əlaqələr qursun.
O ki qaldı “etnik təmizləmə”yə, bu da çox ikiüzlü ittihamdır.
2020-ci ilə qədər işğal olunmuş ərazilərdə nə qədər azərbaycanlı yaşayırdı? Bircə nəfər də yaşamırdı. Niyə? Onların hamısı birinci Qarabağ müharibəsi zamanı qovulmuşdu. Üstəlik, mütləq əksəriyyətin heç nəsiz çıxmışdı ordan, hətta nəqliyyatsız, piyada, bəzən qarlı havada. Bunu təsdiqləyən kifayət qədər sənədli materiallar var.
Ermənilər Qarabağı necə tərk etdilər? Artıq Ermənistanda özləri də bəyan etdikləri kimi, onları heç kim qovmayıb, könüllü olaraq getmək qərarı veriblər. Ermənilərin Qarabağı tərk etmələri üçün heç bir şərt yox idi”.
“Qərb siyasətçiləri Ermənistan qanunvericiliyi ilə tanış olsaydı, yaxşı olardı”
“Ancaq bu fenomeni daha dərindən araşdırsanız, başqa ciddi ziddiyyətlər tapa bilərsiniz.
“Ancaq bu fenomeni daha dərindən araşdırsanız, başqa ciddi ziddiyyətlər tapa bilərsiniz.
Qondarma Dağlıq Qarabağ Respublikasının mövcud olduğu bütün dövr ərzində vətəndaşlıq institutunun yaradılması ilə məşğul olmayıb. Qarabağda yaşayan ermənilər kimlər idi? Ermənistan vətəndaşları. Yəni Azərbaycan ərazisində əcnəbilər. Ermənistan vətəndaşlarının Ermənistana, vətəndaşı olduqları ölkəyə köçməsindən daha təbii nə ola bilər? Bu, təbii ki, nəzəri cəhətdən belədir. Bu, məsələnin hüquqi tərəfidir.
Praktikada təbii ki, orada Qarabağda doğulub-böyümüş çoxlu ermənilər yaşayırdı və bütün qanunlara görə onlar Azərbaycan vətəndaşı olmalı idilər. Doğulduqları və yaşadıqları ölkənin vətəndaşları. Amma bunu istəmədilər. Hadisələrin bu gedişatına qarşı olmayan ermənilər Qarabağda qaldılar. Qanuni, hüquqi olaraq yeganə düzgün, alternativiolmayan gedişatına.
Qərb siyasətçiləri Dağlıq Qarabağı öz tərkib hissəsi hesab edərək, hətta konstitusiyasında belə qonşu dövlətin ərazisinə müdaxilə edən Ermənistanın qanunvericiliyi ilə tanış olsaydılar, yaxşı olardı. Əslində məhz bu, müzakirə və qınama mövzusu olmalıdır. Dövlətin öz qanuni ərazisində suverenliyinin bərpası yox”.