Bakıda iyunun əvvəlindən 14 nəfər günvurma ilə həkimə müraciət edib. Bunu şəhər Təcili və Təxirə salınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
İyunun sonu çox isti keçir, temperatur 38 dərəcəyə çatır, sinoptiklərin məlumatına görə, hərarət artmaqda davam edəcək. Ekologiya və təbii sərvətlər nazirliyinin hidrometeorologiya departamenti həyəcan təbili çalır və iyulun əvvəlinə qədər davam edəcək 40 dərəcəlik anomal isti haqda xəbərdar edir. Ümumilikdə ölkə ərazisində temperatur 43 dərəcəyə qalxa bilər.
Bu hələlik insanların iş qrafikinə heç cür təsir etmir. Amma termometr 41 dərəcəni göstərsə , əmək məcəlləsinin 233-cü bəndinə əsasən açıq havada və kondisionersiz məkanlarda işləmək olmaz. Başqa sözlə məsələn, tikintidəki fəhlələlərə və parklardakı bağbanlara fasilə verməli və onu ödəməlidirlər.
Doğrusu, bakılılar üçün bu “anomal isti” yenilik deyil. Ona görə ki, eyni məlumatlar və xəbərdarlıqlar mütəmadi olaraq, hər yay təkrarlanır. Düzü, bu bir az gec iyul və avqust aylarında baş verir.
«Axı niyə şikayət edirsiz ki, istidir? Elə danışırsız elə bil şimaldan gəlmisiz. Biz bakılılar hələ istiliyə öyrəşməmişik?» – sosial şəbəkə istifadəçilərindən bəziləri təəccübləndiyi zaman, digərləri gündüz vaxtı boş-boşuna küçəyə çıxmamağa çalışır.
«Hətta cəhənəmdə də bundan sərindir. Orada yəqin ən azından avtobuslarda kondisionerlər işləyir» – bəziləri ironiya ilə yanaşır.
Düzdür, Bakının şəhəriçi hərəkət edən yeni avtobuslarının əksəriyyətində kondisionerlər işləyir. Amma pik saatlarında salondakı sərnişin sayı və bayırdakı temperatur nisbətində onlar normal işləməyə bilər. Şəhərdaxili və şəhərkənarı köhnə avtobuslarda isə kondisioner sistemi ümumiyyətlə yoxdur, açıq pəncərələr isə vəziyyəti düzəltmir.