Bakıda “vətən müharibəsi”
Bu film o dərəcədə populyardır ki, ona baxmağa yəqin ki, şəhərin 7-də 77-yə bütün sakinləri gedəcək, əgər hələ getməyiblərsə. Bakıda premyera günü, mayın 5-də kinoteatrda başqa heç nə göstərmirdilər. Rus variantında filmin adı “Kapitan Amerika. Qarşıdurma kimi səslənir, amma kino sevərlər arasında orijinal “Vətən müharibəsi adı istifadə olunur.
Dünya kinematoqrafı mürəkkəb bir dövr yaşayır – təxminən 2000-ci illərin ortalarından tamaşaçıların əsas diqqətini super qəhrəmanlar haqda filmlər (son zamanlar isə seriallar) cəlb edir və burada “Marvel studiyasının istehsalı lider mövqedə qərarlaşıb. Və bu təəccüblü deyil, əla xüsusi effektləri olan “ütülənmiş film, mümkün olan hər yerdə, hətta ikinci dərəcəli rollarda məşhur aktyorlar və sizə franşizanın bircə filmini də olsa ötürməyə imkan verməyən ardıcıl və maraqlı yazılmış hekayə.
Bununla belə, hər şey o qədər də ideal deyil, ikinci “Qisasçılar birincilərin uğurunu inkişaf etdirməli olsa da, həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən soyuq qarşılandı. Rəqabətin olmaması və ilk dəfə özünü göstərən şablonluq öz sözünü dedi. Seriyaya “silkələnmə lazımıydı. Bunu da Russo qardaşları, “Kapitan Amerika: Qış Əsgəri filminin rejissorları təmin etdi. Məhz bu filmdən sonra hamı darıxdırıcı “Birinci qisasçını unudub, Stiv Rocersi maraqlı və hərtərəfli personaj kimi tanıdılar. Russonun əvvəlki filmində həm də Qış Əsgəri – bir vaxtlar Kapitan Amerikanın dostu və əsgər yoldaşı olan, sonra da Sovet İttifaqı tərəfindən oğurlanıb, beyni yuyularaq universal əsgərə çevrilən Ceyms “Baki Barns peyda oldu.
Amma Rocers Bakinin hələ də həyatda olduğuna inanır və birincinin ikincini xilas etmək cəhdi təqdim olunan filmin süjet xətlərindən biridir. İkinci xətt isə “Qisasçılar təşkilatı ətrafında fırlanır. İnsanlar öz öhdəsinə buraxılan və sərhəd tanımayan qəhrəmanlara etibar edə bilərmi? Yoxsa onların üzərində nəzarət lazımdır ki, dünyanın güclü dövlətlərinin lazım bildiyi yerə göndərmək mümkün olsun? Sualın bu cür qoyuluşu super qəhrəmanların bir vaxtlar möhkəm olan dostluğunu parçalayır və iki qruplaşma yaranır, onlara da Dəmir Adam və Kapitan Amerika başçılıq edirlər.
Dəmir Adamın tərəfində filmdə Qırmızı əcinnəyə qarşı hissləri yaranan Vijn; nəhayət döyüş üçün faydalı olan Qara dul qadın və sadəcə yeni kostyumla ələ alınan Hörümçək Adam durur. Stiv Rocersin prinsiplərini hələ ikinci “Qisasçıların vaxtından Satrka nifrət bəsləyən Qırmızı əcinnə, Şahin Gözlü və “Marvel in bu filmdə ən gözəl səhnədə oynatdığı Qarışqa adam bölüşür. Panter adam – müstəsna cəldlik və gücə malik qara BDSM kostyumlu kişi həmişə kənarda qalır, perspektivdə həm də bu qəhrəman haqqında gələcək solo-filmlə tamaşaçıdan pul qoparmaq imkanı var.
Filmə baxandan sonra beynimdə ancaq bir fikir fırlanırdı – “Marvel bacardı. Bəzən “Marvelin böyük ehtiyacı olduğu tutqun tonlar. Nəhayət ki, Daniel Brül tərəfindən gözəl ifa olunan və “mən ömür boyu ən yaxşıların kölgəsində olmuşam və “insanlar bu dünyaya layiq deyil səbəbindən standart dünyanı məhv edənlərdən fərqlənən normal cani var. Zarafatların sayı azalıb, buna görə də qəhrəmanlar hazırcavablıqda bir-biriylə yarışan yeniyetmələri xatırlatmırlar. Tom Holland tərəfindən ifa edilən Hörümçək adam, onun Piter Parkerinə mən 15 dəqiqəlik ekran vaxtı ərzində Tobi Maquayrın üç filmindən daha çox inandım. Və “happy-enddən uzaq gözəl sonluq. “Marvel həqiqətən də bacardı.
Bu yaxınlarda ilin daha bir gözlənilən “Ədalətin başlanğıcında: Betmen Supermenə qarşı filmi çıxdı. O, “Qisasçıların layiqli rəqibi olmalıydı, amma alınmadı. Gözəl vizual şəkillər göstərilsə də tamaşaçılar iki komiks ikonasının davasının motivasiyasına inana bilmirlər. Kimsə filmi həddən artıq tutqun olmaqda günahlandırdı. Bəzi tamaşaçılar hesab etdi ki, davanın özünə az vaxt ayrılıb. “Kapitan Amerika: Qarşıdurmada bunların hamısı var. Və bundan daha artığı da var, bu da filmi franşizanın ən yaxşı kinosu edir.
Dərc edilib: 15.05.2016