Bakıda Ukraynaya dəstək aksiyası keçirilib. Fotoreportaj
Bakıda Ukrayna səfirliyi qarşısında Rusiya təcavüzünə sinə gərən bu ölkəyə izdihamlı dəstək aksiyası baş tutub. Aksiya “Слава Україні!” (“Ukraynaya Eşq olsun!”), “Putin oğru”, “Putin rədd ol” şüarları altında keçirilib. Eyni zamanda Ukraynaya göndərmək üçün humanitar yardım toplanması da elan olunub. On gün müddətində Bakıdan Ukrayna sərhədinə humanitar yardım daşıyan yük maşınları gedəcək.
- “Bu, cinayətdən daha betərdir” – Rusiyanın Ukraynaya qarşı təcavüzünə Bakıdan reaksiya
- “Putin bu dəfə təəccübləndirmədi” – Bakıdan şərh
- Putin LXR/DXR-ın müstəqilliyini tanıdı, Rusiya qoşunları Şərqi Ukraynaya daxil oldu
Bakıda fevralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin binası qarşısında bu ölkəyə izdihamlı dəstək aksiyası keçirilib. Aksiya ötən gün elan olunmuşdu, həmçinin insanlara səfirliyə Ukrayna xalqı üçün humanitar yardım gətirilməsi haqda çağırış da edilmişdi.
Səfirlikdən verilən məlumata əsasən, humanitar yardım toplanılması aksiyası 10 gün davam edəcək və hər gün toplanan yardımlarla dolu yük maşınları Bakıdan Ukraynanın qərb sərhədinə yollanacaq.
Tədbiri işıqlandıran müstəqil jurnalistlərə müsahibələrində aksiya iştirakçıları Ukrayna xalqına öz dəstəklərini ifadə ediblər.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski aksiya iştirakçılarına təşəkkür edib.
“Bizim xalqımız Rusiyanın imperialist siyasəti ilə yaxşı tanışdır. 20 yanvar 1990-cı ildə Rusiya tankları Bakıda dinc sakinləri əzib gkeçiblər, adi vətəndaşları öz şəhərlərində güllələyiblər. İndi bunun eynisi qardaş Ukraynada baş verir.
Qafqaz respublikaları – Ermənistan, Gürcüstan və Azərbaycan Rusiya imperializminə qarşı birləşməyincə, bizm ölkələrimiz Rusiyanın boyunduruğu altında əziləcək. Bəli, bizim aramızda həll edilməmiş mübahisələr var. Amma biz təcavüzkarla üz-üzə olduğumuz üçün bunları unutmalıyıq və yekdil qüvvə kimi çıxış etməliyik”, – “Demokratiya 18” təşkilatının lideri Əhməd Məmmədli aksiyada çıxış edərkən bildirib.
Digər çıxış edənlərdən bəzi sitatlar:
“Mən Tibb Universitetinin tələbəsiyəm, azərbaycanlıyam. Kiyevə, Ukraynaya çox getmək istəyirəm ki, işğalçıların hücumuna məruz qalan bu ölkənin xalqına kömək edim. Heç olmasa yaralılara ilk tibbi yarım göstərim”.
“Mən Ukrayna ordusunun sıralarında döyüşməyə hazıram. Əgər bizim baş komandan belə bir sərəncam versə, dərhal Ukraynaya gedəcəm ki, təcavüzkarların qarşısını almağa kömək edim”.
“Mən Bakıda yaşayan ukraynalıyam. Rusiya işğalçı ordusunun mənim Ukraynama tuşladığı hər güllə, hər raket mənim ürəyimə tuşlanıb. Bu müharibəni dayandırın, Putini dayandırın.
Sadə rus xalqının heç bir günahı yoxdur, biz hamımız anlayırıq ki, işğalçı olan ancaq Putin və onun ətrafıdır””