Bakıda polis seçki saxtakarlığına qarşı keçirilən dinc etiraz aksiyasını dağıdıb - Video
Paylaşmaq
Paylaşmaq
Bakıda bir qrup gənc fəal Mərkəzi Seçki Komissiyasının qarşısında dinc etiraz aksiyası keçiriblər. İştirakçılar seçkidə baş vermiş saxtakarlıqlara qarşı etirazlarını bildirib və ədalətli araşdırma tələb ediblər. Onların arasında bəzi namizədlər, jurnalistlər və aktivistlər olub. Polis aksiya iştirakçılarını kobud şəkildə avtobusa mindirərək aparıb. Hara apardıqlarını da bildirməyiblər.
Avtobusu Bayıl yaxınlığında saxlayaraq etirazçıları azad ediblər. Ağır xəsarət alan bir etirazçı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar.