Bakıda polis şəhid ailələrinin miqintinə mane oldu, bir nəfər həbs edildi
Az qala iki aydır ki, Bakıda Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin ailə üzvlərinin mitinqləri davam edir. Dünən aksiya iştirakçıları ilk dəfə polisin fiziki qüvvə tətbiqi ilə rastlaşıblar. Aksiya iştirakçılarından biri – Toğrul Qocayev polisə müqavimət göstərməsi ittihamı ilə 30 sutka müddətinə həbs olunub. Mitinq iştirakçıları şəhid olmuş və itkin düşmüş qohumlarına görə birdəfəlik pul kompenssasiyasının verilməsini tələb edirlər. Hakimiyyət isə hesab edir ki, həmin kompensasiya bu insanlara şamil edilmir.
Münaqişənin mahiyyəti
Aprel ayında prezident İlham Əliyev Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinə 11 min manat həcmində birdfəlik pul kompensasiyasının ödənilməsi haqqında fərman imzalayıb. Ödənişlərə oktyabrın 9-da başlanıv, lakin bəzi ailələrə bu pulu ödəməkdən imtina ediblər. Rəsmi versiyaya görə, onlar həmin kompensasiyanı 90-cı illərdə alıblar, lakin bunu təsdiq edən heç bir sənəd yoxdur. Buna görə də, oktyabrın 16-dan başlayaraq, onlarla insan prezident aparatının və digər dövlət idarələrinin qapılarını döyürlər. İndiyə kimi bu mitinqlər heç bir nəticə verməyib, lakin dinc şəraitdə keçib, nəzərə almasaq ki, mitinqlərdən birində jurnalist Əfqan Sadıqov həbs edilmişdi.
Vəziyyət qızışır?
Dünənki mitinq ötən dəfəkilərlə müqayisədə fərqli oldu. İlk dəfə mitinq iştirakçılarından biri həbs olundu. Şahidlərin sözlərinə görə, onlar prezident administrasiyasına yaxınlaşarkən iki nəfər çülki geyimli şəxs Toğrul Hacıyevə tərəf gəlib, onu maşına oturdub aparıblar.
• Azərbaycanda məcburi köçkünlərin etirazı və həbsi tarixi
• Azərbaycanın gündəlik həyatında həll edilməmiş Qarabağ münaqişəsinin əks-sədası
Mitinqin başqa iştirakçısı Sevinc Quluzadə “Kavkazski uzel” saytına bildirib ki, bu orada baş vermiş yeganə hadisə olmayıb:
«Əvvəllər bizi heç olmasa kimsə dinləyirdi. Bu dəfə isə polis yolumuzu kəsdi və bizi aparatın binasına tərəf buraxmadılar. Bizi əks istiqamətə sıxışdırmağa başladılar. Bir qadının halı pisləşdi, o yıxıldı», – Quluzadə deyib.
Rəsmi strukturların mövqeyi
Həbs faktı Bakı şəhər Səbail rayon məhkəməsi tərəfindən təsdiqlənib, lakin bununla əlaqədar hüquq-mühafizə orqanları heç bir başqa şərh verməyiblər. O ki qaldı ümumilikdə vəziyyətə, hələ noyabrın ortalarında bununla bağlı əmək və sosial müdafiə naziri Sahil Babayev bildirmişdi:
«Bu insanlar 26 il ərzində saxlanılması mümkün olmayan bank sənədi tələb edirlər. Qanuna müvafiq olaraq, bunun üçün 5 il müddət müəyyən olunub ki, sonradan həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razılaşmayanlar hüquqlarını hüquqi müstəvidə müdafiə edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilərlər. Hamımız üçün müqəddəs olan şəhid adı ilə manipulyasiya etmək düzgün deyil».