Bakıda matəm günü: müxalifətin yürüşü və polis sədləri
Paylaşmaq
Paylaşmaq
Polis Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli başda olmaqla müxalifət nümayəndələrinin keçirməyə çalışdığı matəm yürüşünün qarşısını alıb. Yürüş 1990-cı ilin faciəvi hadisələrinin 29-cu ildönümü münasibətilə təşkil edilmişdi. Həmin gün yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının yeridilməsi nəticəsində Bakının yüzlərlə dinc sakini həlak olmuşdu. Hər il yanvarın 20-də minlərlə insan faciə qurbanlarının dəfn edildiyi “Şəhidlər Xiyabanı”na gəlir. Hadisə günün ikinci yarısında baş verib.
Əli Krimlinin birgə yürüş çağırışı dünən, yanvarın 19-da müxalifətin siyasi məhbusların dəstəklənməsi məqsədilə keçirdiyi mitinqdə səslənmişdi.
Polis “Şəhidlər Xiyabanı”na gedən yolları kəsərək, insanları kiçik qruplar şəklində buraxırdı. Bununla da, Əli Kərimlinin sözlərinə görə, polis müxalifətçiləri hissələrə “bölüb” və aksiyanın miqyasını kiçildib, amma onlar Xiyabana keçə biliblər.
Bundan sonra, təxminən saat 4-də polis səddinin qarşısında qəbirlərin üstünə gül düzməyə gəlmiş sadə vətəndaşlardan ibarət nəhəng kütlə toplaşıb. İnsanlar narazılıq ediblər ki, onlara keçməyə imkan verilmir, lakin sonradan intizamla növbələrini gözləməyə başlayıblar.
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bəzi şəhərlərinə Sovet Ordusunun bölmələri yeridilmişdi. Həmin vaxt insanlar Azərbaycanın müstəqilliyini tələb edərək, küçələrdə mitinqlər keçirirdilər. Etiraz aksiyalarının yatırılmasının nəticəsində, rəsmi məlumatlara əsasən, 147 nəfər həlak olub, 744 nəfər yatralanıb, 841 nəfər həbs edilib.