Bakıda “Hərbi Qənimətlər Parkı” – çılğın alqış və kəskin qınaq
Bakıda ikinci Qarabağ müharibəsindən sonra “Hərbi Qənimətlər Parkı” açılıb və həm ölkə daxilində, həm də xaricində böyük diqqət cəlb edib. Amma reaksiya kəskin fərlidir, çılğın alqışdan tutmuş qəti qınağa qədər.
Qənimət texnika ilə yanaşı “açıq səma altındakı muzeydə” improvizə edilmiş kazarmalarda, maşınlarda və mövqelərdə erməni hərbçilərinin fiqurları da nümayiş olunub. Onların arasında həm də yaralıları və həlak olan hərbçiləri əks etdirən fiqurlar da var.
Ekspozisiyalardan biri hər iki tərəfdən əsgər dəbilqələrinin asıldığı dəhliz formasında hazırlanıb. Bu dəbilqələri erməni hərbçilərin qaçarkən atıb getdiklərinə dair izahat verilib.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. “Hərbi Qənimətlər Parkı”nın yerləşdiyi Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” adlandırılıb. Bu tarix Azərbaycanda ikinci Qarabağ müharibəsində Zəfər Günü elan olunub.
- Ermənistan tərəfinin məğlubiyyətinin səbəbləri: ikinci Qarabağ müharibəsinin mifləri və reallığı
- “Avropaya” çörək dalınca. Ukraynada cəbhəyanı kəndin həyatı
Eksponatlar
Fiqur və installyasiyalardan başqa parkda erməni hərbçilərinin atıb getdiyi atıcı silahlar, ağır texnika, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və hərbi sursatlar da sərgilənib.
Burada həmçinin ikinci Qarabağ müharibəsi zamanı qənimət götürülmüş iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanmış lövhə də var.
Erməni hərbçilərinin Şuşaya atdığı “İsgəndər-M” raketinin qalıqları da burada nümayiş olunub.
Parkda quraşdırılmış skamyaların altı qənimət kimi götürülmüş mərmi yeşiklərindən hazırlanıb. Park ərazisində işıqlandırma sistemi əridilmiş mərmilərdən, zibil qabları isə tank mərmilərinin gilizlərindən hazırlanıb.
“Hərbi Qənimətlər Parkı”nda həmçinin Ermənistan ordusunun müdafiə mövqeyinin, o cümlədən də mühəndis-maneələr sisteminin nümayiş olunması üçün də ərazi ayrılıb.
Azərbaycanda reaksiya
Sosial şəbəkələrdəki şərhlərə görə Azərbaycanda cəmiyyətin mütləq əksəriyyəti hərbi qənimətklər parkının açılışı haqda xəbəri ruh yüksəkliyi ilə qəbul edib.
Facebook-da xarakterik şərhlər:
“Xaricdə ziyarət etdiyim ilk muzey Auşvitz – Osventsim həbs düşərgəsi olub. Orada gördüklərim məndə dərin iz buraxıb. Başqa hərbi tarix muzeylərində də olmuşam – San-Dieqoda, Londonda, Belfastda. Bizim muzeyin ziyarətçilər üçün açılmasını səbrsizliklə gözləyirəm. Görək ora necədir”.
Tarixçinin şərhi və ona qarşı hücumlar
Amma heç də hamı bu xəbərə pozitiv yanaşmayıb. Tanınmış tarixçi Altay Göyüşov dəbilqələrin asıldığı “dəhliz” fotosunu şərh edərkən bunları yazıb:
Но не все отнеслись к новости с таким позитивом. Комментируя фотографию «коридора», обвешанного касками, известный историк Алтай Гёюшов написал:
“Çox guman xətrindən keçib ki, düşmən kəllələrindən dağ düzəltsin, divar hörsün. ADA-dan gözləyirəm ki, səfirləri bu parka aparıb, Qafqazda sülh quruculuğundan mühazirə oxusunlar”.
Bu statusundan sonra bəzi tanınmış jurnalistlər və bloqerlər Göyüşovu tənqid edib. Bir neçə xarakterik şərh:
“Müharibədə qələbə qazandıq, muzey açdıq. İndi bunlar birdən erməni dəbilqələrini seviblər. Boş dəbilqələri nümayiş etdiririk – yaxşı edirik!”
“Hərbi Qənimətlər Parkı xaricdəki və daxili düşmənlərinin gözünə oxdur. Qaliblər mühakimə olunmur. Kim özünü pis hiss edirsə, Xəzərdə boğula bilər”.
“Ömürlərində heç vaxt hərbi muzeylərdə olmayanlar öz düşüncələri ilə təəccübləndirə bilirlər. Bütün dünyadakı muzeylərdə əsgərlərin fiqurları da nümayiş olunur, dəbilqələri də”.
Qərbli jurnalistlərin və Ermənistan XİN-in şərhləri
Bir neçə qərbli jurnallist “Hərbi Qənimətlər Parkı”nın açılışını kənsin tənqid ediblər. Twitter-dəki bu cür şərhlərdən biri CNN və Guardian-ın müəllifi Nil Hauerə aiddir:
“Mahiyyətcə bu, yenicə bitmiş müharibədən sonrakı dövrə aid 364 486 saylı nümunədir. [Prezident] Əliyev dövründə Ermənistan və Azərbaycan arasında sülhün baş verə biləcəyini düşünmək axmaqlıqdır”.
Ermənistanın XİN-i də “Hərbi Qənimətlər Parkı” layihəsini tənqid edib.
“Bu aksiya müharibədə həlak olanların xatirəsinin, itkin düşənlərin və əsirlərin alçaldılmasına, onların ailələrinin hüquqlarının və ləyaqətlərinin tapdalanmasına yönəlib. […] Azərbaycan rəhbərliyinin insana nifrət mahiyyətli davranışı sülh, tolerantlıq və multikulturalizm haqda istənilən bəyanatdan və ya PR kampaniyadan daha məzmunludur”, – aprelin 13-də dərc olunan bəyanatda deyilir.
Muzeyin ilk xarici qonaqları
Aprelin 13-də Bakıda “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrakı inkişaf və əməkdaşlıq” beynəlxalq konfransı baş tutub. 15 ölkədən olan 27 qonaq konfransdan sonra yeni “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib.
Aprelin 14-dən park bütün ziyarətçilərin üzünə açıqdır.