Bakıda dostlarınla hara gedə bilərsən?
Söhbət sizin 17 yaşınız varsa və Azərbaycanda yaşayırsızsa, yaşıdlarınızla harada və necə əylənə biləcəyinizdən gedir. Yaş üzrə məhdudiyyət məqaləni dissertasiyaya çevirməmək üçün lazımdır, məhz bu səbəbdən də idman haqqında başqa vaxt söhbət açacağıq, şəhər kənarında əyləncələrdən də danışmayacağıq, şəhər daxilində qalmağa və paytaxt gənclərinin maraqlarıyla məhdudlaşmağa çalışağacıq. Bu gənclər boş vaxtlarında nə ilə məşğul olur? Bu əyləncə növləri necə inkişaf edib?
Majorka
İlk növbədə qeyri-formal gənclər arasında məşhur olan “Majorka”nı yad edək.
Bu, gah Nəsimi, gah da Nizami heykəlinin yanında gənclərin yığışdığı yeriydi, burada gənclər gitarada ifa edir, mahnı oxuyur, pivə içir, polisdən qaçır. Əylənirdilər.
Əslində belə bir məkan hələ 50-ci illərin axırlarında yaranıb və burada bitniklərlə stilyaqalar yığışırdı. Ad da buradan meydana gəlib. Sovet slenqində “major” pullu nomenklatura işçisinin qadağan olunmuş caza çıxışı olan övladıdır.
Majorka sərt sovet illəri, yenidənqurma, demokratlar, yeni partokratların dövründə davam gətirə bilsə də, sosial şəbəkələrə müqavimət göstərə bilmədi.
İnternet klublar
“А С — yuxarı, В А — açağı, В А — aşağı, aşağı» – vurursan və əlavə menyu çıxır, burada da ömrünü 95-ə qədər uzada və Şaokanı dəqiq öldürə bilərsən. Bəziləri “Mortal Combat”da “fataliti”ni necə toplamalı olduğunu hələ də xatırlayırlar.
Seqa-salon internet klubun bir başqa variantıdır. Bu, çox vaxt yarızirzəmi olan kiçik bir məkan olurdu, burada da “Sega” oyun konsollarının birləşdirildiyi televizorlar dururdu.
Bir və ya iki “məmmədin” varsa Seqa-salonda oynaya bilərsən, yoxdursa, oynayanın yanında durub, məsləhətlər verirsən. Qızlar belə yerlərdə olmurdu, bu, tərbiyəsizlik sayılırdı. Görünür ona görə ki, burada oğlan əlindən tərpənmək olmurdu.
“Bizim məhəllədə bir neçə belə Seqa-salon varıydı. Orada əsasən oğlanlar olurdu, məktəbdən sonra, kiminsə hardansa əlavə “məmmədi” çıxan kimi onu xərcələmək üçün salona qaçırdıq.
Adını artıq xatırlamadığım qız da varıydı, xatırladığım ancaq odur ki, o, “Mortal Kombat”da Sonyanı (oyun personajlarından biri) oynayırdı. Biz də onu Sonya – deyə çağırırdıq. Atası Seqa-salona gəlir və qıy-qışqırıqla qızını oradan evə qovurdu.
Qızın deyəsən on iki yaşı vardı, kiçik qardaşının isə hardasa on yaşı olardı. O da oynadığı vaxt qardaşını qapının ağzında saxlayırdı ki, birdən atası gələndə görsün. Oğlan da yarım saat səbirlə qapının ağzında dururdu, atası gələndə də qız masanın altında gizlənirdi, biz də stullarla qarşısını örtürdük ki, ata masanın altındakı qızını görməsin.
Qız yaxşı oynayırdı. Sonya ən güclü personajlardan biridir, sadəcə onunla oynamağı öyrənmək çox çətindir, amma bu qız bacarırdı”.
Sonra da 90-cı illərin axırlarında – 2000-ci illərin əvvəllərində internet klublar yarandı. Gündə neçə saat internetdən istifadə edirsiz? İndi də təsəvvür edin ki, evdə kompyuteriniz yoxdur, internetlə bağlı bütün işlərinizə isə gündə bir neçə saatınız var. İnternet klublarında kurs işləri yazılırdı, onlayn sevgi macəraları yaşanırdı. Bu, həmin dövlər idi ki, kompyuterin iş alətinə çevrilməyinə lap az vaxt qalmışdı, mətn yığmaq və “internetdən istifadə etmək” isə CV-də “bacarıqlar” bəndində qeyd olunurdu.
“Dial-up” modemləri dövründə internet klubda bir saat çox da baha başa gəlirdi – şəhərin mərkəzində 5 məmməd (köhnə pulla 5000 manat), şəhər kənarında 3 məmməd. Qənaət məqsədiylə iki nəfərə bir kompyuter götürürdülər.
İnternet klublar doxsanıncı illərin axırlarının əlamətdar sosial hadisəsiydi: bir vaxtlar onlar hətta qabaqda gedən gənclərin yığıncaq yerlərinə çevrildilər. Amma simsiz internet, onunla birlikdə də bütün mümkün internet qurğuları meydana gələn kimi, internet klublar öz əhəmiyyətini itirdi və daha çox cəmiyyətin aşağı təbəqələrindən azyaşlı gamer-lər üçün oyun meydançalarına çevrildi. Çox nadir hallarda bura tələsik hansısa sənədləri çapdan çıxarmalı olan yaşlı adamlar baş çəkər.
Əyləncə mərkəzləri
Hələ 2000-ci illərin əvvəllərində attraksionlar və əyləncə mərkəzləri o qədər də çox deyildi və hamısı da çox məşhur idi. Misal üçün, Azərbaycan kinoteatrı yaxınlığında yerləşən “Magic World”da avtomatlarda oynamaq, “Metcarting”də maşın sürmək, Bakı Əyləncə Mərkəzində boulinq oynamaq olardı.
“Metcarting” o vaxt bakılıları maşın yarışlarının mütləq sınaqdan keçirilməli olan əla əyləncə növü olduğuna inandırmaq üçün böyük məbləğdə pul xərclədi. Onlar yerli telekanallarda reklam yerləşdirdilər.
“Metcarting”sözünü eşidəndə avtomatik olaraq, qulaqlarımda mühərrikin səsini eşidirəm. Bu, həmin o köhnə reklamdandır. İndi bunu təsəvvür etmək çətindir, o vaxtlarsa reklam anlayışının özü hələ yeni bir şeyiydi, həm bir yeni reklam çarxı da memə çevrilirdi. Ya da ən azı beyninə möhkəmcə həkk olunurdu”.
Bu gün Bakıda iyirmiyə yaxın əyləncə mərkəzi var, onlar da kifayət qədər standart xidmətlər təklif edirlər – boulinq, bilyard, metcarting, oyun avtomatları. Onların heç bir də ayrı-ayrılıqda mövcud deyil, yəni ya ticarət mərkəzinin içində əyləncə mərkəzi var, ya da əyləncə mərkəzində geniş infrastruktur olur: kafe, restoranlar, spa-salonlar, trenajor zalları və mağazalar.
Bu cür iş aparmaq manerasından da aşağıdakı nəticəni çıxarmaq olar: sırf əyləncə sənayesi böyük gəlir gətirmir. Boulinq heç də kütlədə böyük maraq oyatmır, çünki deyək ki, tələbələr üçün qiymətlər həddən artıq yüksəkdir. Qalır varlı valideynlərin övladları, onlar da daha çox klub və restoranlara üstünlük verirlər. Və ya işləyən və ailəli adamlar, onların da boş vaxt məsələsi ayrıca bir söhbətin mövzusudur.
Diskotekalar
“İlk dəfə diskotekaya instituta qəbul olunandan sonra getmişəm, bu, doxsanıncı illərin əvvəlləriydi. Bu, Bakıda məşhur “Skylife”klubuydu, məni ora keçmiş sinif yoldaşım apardı. Məşhur, yəni reputasiyası o qədər də yaxşı olmayan – o vaxtlar bizdə belə hesab olunurdu. Orada qızlarla oğlanlar arasında münasibətlər tez yaranır, tez də pozulurdu, tualetdə azyaşlılar siqaret çəkirdi. Orada bəzən sekslə məşğul olanlar da olurdu. Təbii ki, valideynlərim heç vaxt mənə belə bir yerə getməyə icazə verməzdilər. Onlara deyirdim ki, yaxınlıqda yerləşən kitabxanaya dərs oxumağa gedirəm, özüm isə rəqs etməyə yollanırdım”.
“Skylife”dan başqa şəhərin mərkəzində, “Vətən” kinoteatrının binasında daha bir diskoteka varıydı (elə bu cür də adlanırdı), “Vosmoye çudo” bir qədər aralıda, demək olar ki, şəhərin kənarında yerləşirdi. Bu, əsasən orta təbəqə üçün diskotekalarıydı, qızlar bura pulsuz daxil olurdu, oğlanlar isə iki ya dörd-beş “məmməd” verirdilər.
“Bu, uşaqlarla gedib, sadəcə rəqs etmək üçün üçün olan diskotekalarıydı. Adətən günorta saat 3-5-dən axşam saat 8-9-a qədər orada biz, yəni azyaşlılar yığışırdıq, daha sonra isə tam ayrı kontingent gəlirdi”.
Diskotekaların yerləşdiyi məkanlar adətən geniş və rütubətli, bəzən yarımzirzəmi, pis ventilyasiyası olan və populyar mahnıların səsləndirildiyi yerlər olurdu.
Daha varlı publika üçün sonradan elit diskotekalar açıldı – 10.33, “Tunnel”.
Ümumiyyətlə, diskotekalar arxaik Azərbaycan cəmiyyətində az qala “əxlaqsızlıq yuvası” sayılır və adətən valideynlər övladlarını ora buraxmırdılar. Birincisi, bir çox belə yerlərdə həqiqətən də fahişələr işləyirdi, ikincisi də kompleksli gənclər rəqs etmək üçün əvvəlcə yaxşıca içməli idilər. İstənilən halda “sadəcə diskotekalar” artıq demək olar ki, mövcud deyil (ya da onların klublara çevrildiyini də demək olar).
“Düşünürəm ki, diskotekalar iqtisadi cəhətdən özünü doğrultmadı. İnsanların içki sifariş etmək üçün deyil, sadəcə rəqs etmək üçün gəldiyi bir halda işləmək sərf etmir. Buna görə də format dəyişdi – klub ilk növbədə “oturaq” əyləncə yerinə çevrildi – gəldinnəsə sifariş etdingirişin pulunu ödədinrəqs etdin. Əvvəllər hər şey daha rahat idi. Həm də xüsusi bir seçimimiz də yoxuydu – diskoteka və kinodan başqa heç bir əyləncə yoxuydu”.
Klublar
Bakıda kifayət sayda klub var – Enerji, Old City Club, Castle.
Əyləncələrdən – əsasən Rusiya şou-biznes nümayəndələrinin çıxışları. Bura həm də dünya şöhrətli DJ-lər də dəvət olunur, dünya dedikdə də ruslar, ukraynalılar, qazaxlar nəzərdə tutulur.
Bax, burada girişin qiyməti çox yüksəkdir, qiymətlər hardasa 30 dollardan başlayır və 300-ə qədər qalxa bilər. Yəni tələbə təqaüdü ilə klublara gedəmməzsən, qalır imkanlı valideynlərin verdiyi cib pulu və varlı dostun sponsorluğu.
Klublarda mütləq face-control olur: xüsusi öyrədilmiş mühafizəçi nəzarət edir ki, görkəmsiz, ucuz geyimli qadınlar və kişilər kluba daxil ola bilməsinlər.
Gənc klabberlər özlərinin elitaya məxsusluğunu çox yaxşı anlayırlar və çox erkən vaxtlardan iyerarxik oyunları oynamağı öyrənirlər. Klubların daimi müştəriləri olan qızlar kimi görüşərkən hər iki yanağından öpməli, kiminlə isə sadəcə salamlaşmaqla kifayətlənməli olduqlarını yaxşı bilirlər. Buna görə də Bakı klubunda rəqs edən gənclər adətən şənlənən gənclərə heç bənzəmirlər: eyni zamana həm ürəkdən süzmək, həm də statusunu qorumaq mümkün deyil.
“Opera Sky”və “Pacifico”da olmuşam. Darıxdırıcıydı, heç kim rəqs etmirdi, hamı gözlərini telefonun ekranından çəkmədən oturmuşdu. Ayaqyoluna girdim, orada da bir yığın qadın, model model üstündə, bircə şeyi anlamadım ki, bunlar indi niyə rəqs meydançasında deyillər axı”.
Karaoke
2000-lərin ortalarında çox sayda karaokeli kafelər meydana gəldi. Çox vaxt hətta küçədən də kiminsə Mixail Kruqun “Vladimirski sentral”, ya da Lyubov Uspenskayanın repertuarından mahnı oxuduğunu eşitmək olardı. Qiymətlər yerindən asılı olaraq dəyişirdi, amma bir qayda olaraq, o qədər də baha olmurdu.
Bu gün, bu o qədər populyar olmasa da, hələ də var səsiylə oxumaq istəyənlər var. Həmin o “ilk” məkanlar da hələ qalıb – Səməd Vurğun küçəsindəki “Nelson”, Xaqanidəki “Karaoke-klub”.
Hamının internetə girişi açılandan sonra repertuar da inkişaf etdi: artıq Azərbaycan və türk dillərində də mahnılar var. Rusiya estradası, dünya estradasının standart dəbdə olan hitləri, pop və rok musiqisi hələ də populyardır.
Bir-iki qədəh kokteyl almağa pulu olan hər kəs karaokeyə gəlib, mahnı oxuya bilər. Təki oxumaq istəyi olsun. Burada şərait də klub və restoranlardan fərqli olaraq daha “rahatdır”.
“Müştərilər iki tipə bölünür – birinci tip az-çox oxumağı bacarır və sevir, öz “istedadlarını” nümayiş etdirməyə gəlir və ayıq başla oxumağı bacarır. İkincilər oxumağı bacarmır, amma bunu ürəkdən, həm də ətrafda heç kimi nəzərə almadan, çox vaxt sərxoş vəziyyətdə edirlər. Karaoke klublara başqa hər hansı qiymət vermək çətindir. Bəlkə audio-texnikanın keyfiyyəti bir qədər yaxşılaşıb, mahnı kataloqu da demək olar ki, sonsuzdur, – proqramda olmayan da, internetdə var”.
Kino və teatrlar
Bir vaxtlar populyar olan “Araz”, “Vətən” kinoteatrları post-sovet illərində təyinatı ilə fəaliyyət göstərmirdilər: “Araz”da restoran, “Vətən”də diskoteka, sonralar da mağaza və kafelər varıydı. Bəlkə də yeganə fəaliyyət göstərən məşhur “Azərbaycan” kinoteatrıydı. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bütün təzə çıxan filmləri ancaq orada görmək olardı. Filmlər müasir Dolby Digital səsləndirmə sistemli idi.
Yeri gəlmişkən, məhz istifadəsiz qalan kinoteatrların əsasında dəbə çıxan mini-sinemalar yaradıldı.
“Misal üçün, “Nizami” kinoteatrına öz DVD-lə film gətirmək olardı, adamlar yığışırdı, zalın icarəsinə görə hərədən bir-iki manat yığılırdı, yadımdadır, bir dəfə Harri Potter haqqında təzə çıxan filmə baxdıq”.
Sonradan xüsusi mini-sinemalar yayılmağa başladı: kiçik zallar divar boyu ekranlarla təchiz olunur, rahat divanlar düzülürdü, içki və qəlyanaltı da sifariş etmək olardı.
Hazırda Bakıda on səkkiz kinoteatr var və hamısı da xüsusən də gənclər arasında çox populyardır. “Çeşid” o qədər də zəngin deyil: bir neçə yeni 3D film, bir neçə yerli komediya (beş il əvvəl bunlar olmayıb) və bir qayda olaraq, uşaqlar üçün bir cizgi filmi.
Teatr
Teatr sevərlər xeyli daha azdır. Rusdilli publika üçün Rus Dram Teatrı var. Buradakı tamaşalar daha çox orta yaşlı publika üçün nəzərdə tutulub.
“2000-ci ildə valideynlərimlə birlikdə o vaxtlar böyük rezonans doğuran “Torqovıda görüşərik” tamaşasına getdim. Bu, bəsit yumoru olan nostalji ruhlu bir filmiydi. Emiqrantlar haqqında hekayələr yaşlıların xoşuna gəldi, gənclər “mavilər” haqqında zarafatlara gülüşürdülər, amma mənə gülməli deyildi”.
Klassika sevərlər üçün Opera və Balet Teatrı və Musiqili Komediya Teatrı, uşaqlar üçün Kukla Teatrı və Gənc Tamaşaçılar Teatrı var. Buna alternativ olaraq gənclər teatrları da var, onlar adətən “sırf entuziazm” üzərində dayanır, kirayə mənzillərdə işləyirlər, özləri dekorasiyalarını düzəldir və maaşsız keçinirlər.
Bu cür teatrlara adətən, yeni nəsil mütərəqqi azərbaycanlı gənclər gedir – həmin o, ikinci dil kimi rus deyil, ingilis və türk dillərini öyrənən və Qərb mədəniyyətinə istiqamətlənən insanlar.
Qida istirahət mədəniyyətinin bir hissəsi kimi
Bütün dövrlərdə Bakıda tarixin hər bir anında cəmiyyətin mədəniyyətini əks etdirən iaşə obyektləri varıydı.
1999-cu ildə bu cür nöqtə Bakıda Fəvvarələr Meydanında açılan ilk McDonald’s oldu. İlk vaxtlar ziyafət paltarında çıxışlar təşkil olunurdu, McDonald’sa getmək “trenddə olmaq” deməkiydi. İndi bura adamların qəlyanaltı etmək üçün baş çəkdiyi çox sayda fastfoodlardan biridir və öz mədəni yükünü demək olar ki, itirib.
“Portofino”, “Rapsodiya”, “Pizza İnn”, “Pizza Hat” – bu, 1990-2000-ci illərdə ən məşhur restoranlar sayılırdı.
“Pizza Hat”da bir pizzanın qiyməti üç şirvan idi (köhnə pulla 30,000 manat), tələbə təqaüdü isə cəmi şirvan yarımıydı. Buna görə də öz pulunla bura tez-tez gəlmək alınmırdı”.
2000-ci illərin əvvəllərində ölkə hələ SSRİ-nin dağılmasından və ondan sonra gələn ac 90-lardan sonra yenicə özünə gəlməyə başlayanda kafelərdə qiymətlər orta statistik bakılının xərcləyə biləcəyi yuxarı həddə idi. Buna görə də “gedib pizza yemək” mühüm bir hadisəyə çevrilirdi. Pizzanın qorxuducu qiyməti məsələsini də həll etmək olurdu: 8 adam atışıb, bir pizza alırdı, hərənin də bir dilim pizza yemək və sivilizasiyaya qoşulmaq imkanı yaranırdı.
Sonra da neft pulları və rəqabət ictimai qida sənayesində möcüzə yaratdı: qiymətlər düşdü, orta statistik bakılının gəlirləri, hətta təqaüdlər də artdı və pizzanın qiymətini bir neçə dəfə aşdı. Yemək artıq “defisit” deyildi, gənclər arasında isə “gedək yemək yeyək” əvəzində “gedək pivə içək” deməyə başladılar. Bazar bölündü: gənclər üçün ucuz içkili barlar, qəlyanaltı üçün fastfood, görüşlər üçün qəhvəxanalar, pivə içmək üçün pablar.
Yəni hər şey dünyanın hər yerində olduğu kimidir, bir şeydən başqa: on azərbaycanlıdan yalnız bir nəfəri dostlarına boulinqə, teatr və kinoya getməyə dəvət edəcək. Qalanları ənənəvi ünsiyyət forması kimi restoranda oturmağı üstün tutacaq.
İntellektual oyunlar
SSRİ-də 1975-ci ildə yaranan Nə? Harada? Nə vaxt – televiziya oyununun 1989-cu ildə idman analoqu yaradılıb. Yəni teleşou çərçivəsində tamaşaçıların suallarına cavab verən intelektuallar komandasının əvəzində bir-biriylə məntiq və erudisiyada yarışan komandalar yarandı. Məhz bu “idman” da Azərbaycanda geniş yayıldı.
Əvvəlcə park, kitabxanalar, boş sinif otaqları, texnikumlarda oynayırdılar. Gənclər, o qədər də gənc olmayan və artıq heç də gənc olmayan insanlar bu gün pablarda, Co-working mərkəzlərdə, bəzən parkdakı skamyalarda oturub, əl çalır, uca səslə “Bernard Şou” haqqında oxuyur, bu oyundan xəbərsiz insanlar da təəccüb dolu nəzərlərlə bu qəribə adamlara baxırlar.
Oyunun populyarlığı azalmır, ən azı ona görə ki, hərəkatı çox az adam tərk edir. Bura yöndəmsiz civzəli yeniyetməlik yaşlarından gələnlər artıq bığlı-saqqalı əmilər olandan sonra da oynamaqda davam edirlər.
Klassik “Nə? Harada? Nə vaxt” oyunundan başqa breyn-rinq və “Svoya iqra” da var. Son illərdə onlara getdikcə populyarlıq qazanan yeni oyunlar da əlavə olunur. “Pub kviz” var, burada barda bir krijka pivə arxasında iştirakçılar populyar mədəniyyət – kino, musiqi, ədəbiyyat mövzusunda tapmacalar tapırlar. 42 klubunun tapmacaları (“kvizləri”) (burada rebusları və maraqlı məsələləri həll edirsən). 2000-ci illərin ortalarından maraqlı “Xəmsə” oyunu yaranıb, öz klubları və çempionatları olan bu oyun Azərbaycanda və Mərkəzi Asiyada çox populyardır.
“Tez-tez eşidirsən ki, bizdə ağıllı gənclər azdır, cəmiyyət deqradasiyaya uğrayır, oxuyan və düşünən insanlar az qalıb, amma mən bununla razı deyiləm. Ağıllı insanlar çoxdur, amma onlar internet məkanında və real həyatda ayrı-ayrılıqda olanda, onları görmək, tapmaq çətindir. Onların hamısına kreativ istirahət və ümumiyyətlə kreativlik lazımdır”.
“Kvest-room”lar
“Məni və üç dostumu ayağımızdan zəncirlə bağladılar və izah etdilər ki, tapmacaları tapmalıyıq və ancaq bundan sonra azad oluna bilərik. Sonra bizi otaqda bağladılar. Beləliklə də biz “Xırxı” oyununda “kvest-room” iştirakçısı olduq. Həm də ssenari üzrə onlar qorxunc maskalarda çıxıb, oyunçuları qorxutmalıdırlar, amma mən həmin vaxt hamilə idim, buna görə də bunsuz keçindilər”.
“Kvest-room”lar nisbətən bu yaxınlarda yaranıb, özü də çox sayda və dayanmadan yeniləri açılır – Portal Games. Questomania, EuroGuest, Exit, Tala Escape, Evdən qaçış. Çox vaxt bu, bir neçə (iki və ya daha çox) otaqlı, ssenariyə uyğun anturajı və dekorasiyaları olan bir yerdir. İştirakçılara – onların sayı ikidən ona qədər ola bilər – oyunu seçib, onu keçmək təklif olunur. Sizi intellektual, nə çox çətin, nə də çox asan olmayan, diqqət, komandanın birgə işini tələb edən tapmacalar gözləyir. Bəzi “kvest-room”ların məkanı böyük olmur, dekorasiyaların rəngarəngliyi ilə seçilmir, digərləri daha müasir olur: bütün bunlar hansısa sirli yerdə olmaq illüziyasını yaratmalı və diqqətin cəmlənməsini tələb etməlidir.
Bu oyunda iştirakın qiyməti adambaşı kvestin çətinliyindən asılı olaraq, 10-15 manatdır.
Antikafe – yeni istirahət növü
Antikafe çox qısa müddət ərzində böyük populyarlıq qazanan daha bir yenilikdir. Paytaxtda artıq bir neçə antikafe var. Burada heç nə sifariş etmək lazım deyil, vaxta görə simvolik bir ödəniş edirsən və istədiyin qədər divanda oturub, peçenye ilə çay içə bilərsən. Şəhərdə ilk olan Tik Talk ən populyar antikafelərdən biridir. “Second home” (“İkinci ev”) da var, tüklü pişikli və iki mərtəbəli. Burada içəri keçəndən sonra ayaqqabını soyunub, tərlik geyinmək lazımdır və faktiki olaraq, bura həqiqətən də evdir – döymə əyri ayaqlı mebel, tutuquşulu qəfəs, yerdə yumşaq xalça.
Xoş ab-havanın sayəsində burada tələbələr üçün dərs oxumaq, ad günlərini qeyd etmək, sürprizlər və ya kiçik konsertlər təşkil etmək çox rahatdır.
Andeqraund
1990-2000-ci illərdə qeyri-formal şəraitdə içmək və yaxşı səs-külyü musiqi dinləmək yeri rok-konsertlər idi. Onlar da bir qayda olaraq, mədəniyyət evlərində keçirilirdi.
Amma artıq 2000-ci illərin axırlarında bu format yoxa çıxmağa başladı, ola bilsin tamaşaçıların sayı azaldığına görə. Masasız, narahat qumaş oturacaqlı köhnə mədəniyyət evlərinin yerini daha rahat andeqraund pabları tutdu. Onlar adi pablardan zəngin olmayan, amma orijinal dizaynı ilə, həmişə mikşer və bəzən zərb qurğusu olması ilə seçilir, pabın sahəsinin kiçik bir hissəsində səhnə quraşdırılır, istirahət günlərində belə yerlərdə həmişə musiqiçilər çıxış edir.
Bu cür yerlərinin əsas üstünlüyü həmişə ucuz pivənin olmasıdır. Əksər vaxtlarda bu NZS-dir, son üç ildə “Jiqulyovskoye”də var. Sonuncunun standart qiyməti 1 manatdır. Bu da xüsusiylə vacibdir, çünki gənclərin pulu az olur.
Daha çox belə yerlər mərkəzdə, Bəşir Səfəroğlu və ona paralel küçədə var. Bu, Это Le Chateau, Old School, 1984, Yeralti və s-dir.
Sonda demək olar ki, ötən illər ərzində müxtəlif istirahət yerləri ancaq artmaqdadır və hətta böhran da burada az şeyi dəyişdi. İnsanlar eyni zamanda həm ucuz, həm də maraqlı xidmət təklif etmək üçün “kreativlik” göstərməyə çalışır.
Amma yenə də bu gün “ah, getməyə yer yoxdur” mövzusu yerində qalır. Bu, qismən əksər paytaxt sakinlərinə məxsus həyatdan xroniki narazılıqla, qismən də bəzi əyləncə sənayesi sahələrinin yeknəsəqliyi ilə izah edilir. Bundan da belə bir nəticə çıxarmaq olar ki, şəhərdə bu sahə inkişaf etsə də, təklif hələ ki, tələbə vaxtında cavab verə bilmir: isanlar daha yaxşı xidmət, daha fərqli qiymətlər və daha çox müxtəliflik istəyirlər.