Bakıda, “Dostluq” kinoteatrından bir qədər aralıda atılmış hamam binası var. Hamam sovet dövründə salınmış məhəllənin tamlığını qorumuş az saylı binalarından biridir. Onun tarixi dəyərinə görə məxsusi olaraq heç kim onarahatlıq keçirmir.
Bu, ənənəvi Azərbaycan hamamı deyil, bina isə erkən sovet konstruktivizmi üslubundadır – 20-ci əsrin təxminən 20-30-cu illərinə aiddir.
Müxtəlif klubları və “idman evləri”ni belə tikirdilər – heç bir memarlıq “izafiliyi” olmadan, sadə həndəsi fiqurlar, dəmir-beton və şüşə. Sovet vətəndaşlarının yuyunması və yenidən işə qayıda bilməsi üçün. O zaman ideya vardı – hamam ətrafındakı evlər məhəllə-kommuna olmalı idi.
O vaxtlar hamamın yaxınlığında tikilmiş binalarda vanna otaqları əksər hallarda nəzərdə tutulmurdu. Bu səbəbdən də, ilk dövrlərdə ictimai hamamların xidmətinə tələbat çox yüksək idi. Burada həmçinin yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri də yuyunurdu. Qonşu oğlanlar isə anbardan sabun oğurlayırdılar.
21 saylı hamamın populyarlığının zirvə anı Bakıda su təchizatı ilə bağlı problemlərin yaşandığı 90-cı illərə təsadüf edib.
“Mən burada doxsanıncı illərdə çimirdim, başqa yer yox idi. Ayaqlarımın üstü ilə tarakanlar qaçışırdı, bəzən siçovul da görmək olardı”, – Samir danışır.
Sonradan su təchizatı qaydasına düşdü, köhnə binaları sökməyə başladılar, onların yerində isə müasir göydələnlər peyda oldu. Hamam heç kimə lazım olmadı və bağlandı. Ola bilsin həm də ona görə ki, hamam sosial mühit ola bilmədi. Misal üçün, Bakının tarixi mərkəzindəki köhnə hamamlar kimi – bu hamamlara keçmiş dövrlərdən indiyədək qonşularla ünsiyyət, fəlsəfi söhbətlər edərək çay içmək və ümumiyyətlə, dincəlmək üçün gedirlər.