Bu gün Bakıda şiələr Aşura gününü qeyd edir. Ötən illərdə dindar gənclər Aşuraya keçən gecə ətraf kəndlərdən Nardaran qəsəbəsinə, şiələrin səkkizinci imamının bacısının qəbrinə tərəf səs-küylü yürüşlər edirdilər. Ötən il dekabr hadisələrindən sonra (Nardaranda üsyan və onun yatırılması) bu dəfə onlara səs-küy salmağı qadağa etdilər, məsciddə mikrofonun səsini minimuma endirdilər. Yəni hər şey polisin ciddi nəzarəti altında idi.
Şəhərin qalan məscidlərində də matəm mərasimləri keçirildi. Küçələrdə hamıya çay və yüngül qəlyanaltılar paylayırdılar.
Aşuranın tarixinə gəlincə, hadisə 680-ci ildə, Ərəb Xilafətində həşimilərlə əməvilər arasında mübarizə gedən zaman baş verib. O vaxta qədər xəlifə Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn-Əbu Talib olub. Amma onun sələfi xəlifə Osmanın qətlindən sonra Əməvilər evinin başçısı Müaviyə Əlinin hakimiyyətini tanımaqdan imtina etdi. Bir müddət sonra Əli qətlə yetirildi. Hakimiyyəti onun oğlu, peyğəmbərin nəvəsi Hüseyn ibn Əli ələ keçirmək istəyirdi. Amma Müaviyənin oğlu Yezid taxt-taca sahib çıxdı. Hüseyn özünün 72 sadiq tərəfdaşını toplayaraq, Yezidə qarşı hücuma keçir. Kərbəlada (indiki İran ərazisi) onları mühasirəyə alırlar. On gün susuzluqdan əziyyət çəkirlər, amma təslim olmurlar.
Məhərrəm ayının onuncu günü dəstə məhv edilir, Hüseyn və onun kiçikyaşlı oğlu Əli Əkbər işgəncə ilə öldürülür. Həmin vaxtdan da müsəlman dünyası iki düşərgəyə parçalanır: şiələr və sünnülər. Şiələr hər il bu qanlı tarixi qeyd edirlər. Özü də bir çox ölkələrdə “şahsey-vahsey mərasimi (şah Hüseyn, vah Hüseyn) mərasimi həyata keçirilir. Bu zaman fanatiklər özlərini qan çıxana qədər əncirlə döyürlər. Azərbaycanda Aşura ərəfəsində bir qayda olaraq, ruhanilik özünə işgəncə vermək əvəzinə xəstəxanalarda qan verməyə çağırır.
Rəsmi olaraq Azərbaycanda Aşura dərs və iş günüdür, amma müsəlmanların məscidə tərəf gecə yürüşlərinə görə şəhərin infrastrukturu həmin gün “gərgin rejimdə işləyir. Şəhərin mərkəzində əksər mağazalar adi rejimdə işləyirdi, Bakının qəsəbələrində isə bütün mağazalar saat ikiyə qədər bağlı olub. Və təkcə Yeni Suraxanıdan olan Valeh ümumi tendensiyaya uymadı və saat ikiyə qədər bir aylıq qazancını çıxara bildi.