Bakıda əlilliyi olan şəxslər üçün xüsusi geyimlərin nümayişi keçirilib – VİDEO
Bakıda artıq üçüncü dəfə fiziki məhdudiyyətli şəxslər üçün xüsusi dizaynlı geyimlərin nümayişi keçirilib. Geyimlərin hazırlanmasında və nümayişində fiziki məhdudiyyətləri olan şəxslər bilavasitə özləri iştirak ediblər.
- Bakıda etiraz aksiyasının iştirakçıları polis idarəsində döyülüb
- Bakıda feministlərin etiraz aksiyası baş tutub: 30 nəfərə yaxın iştirakçı saxlanılıb
- Azərbaycanda “Media haqqında” qanun qəbul edilib: bu nə deməkdir? Müstəqil jurnalistlərin şərhləri
“Kekalove” fiziki məhdudiyytli şəxslər üçün moda nümayişi Bakıda üçüncü dəfə təşkil olunub. Bu şounun əsas özəlliyi orada nümayiş etdirilən geyimlərin fiziki məhdudiyytli şəxslərin bilavasitə iştirakı ilə hazırlanması və təqdim olunmasıdır.
Şounun təşkilatçısı Məhəmməd Kekalov deyir ki, geyim dəstləri hazırlanarkən fiziki məhdudiyyətli şəxslərin arzuları nəzərə alınıb. “Dizaynerlər çalışıblar ki, bu geyimlərin geyinilməsi üçün həmin şəxslər daha az enerji və vaxt sərf etsinlər, həm də geyimlər onların zövqlərinə uyğun olsun”, – təşkilatçı deyib.
“Canlı arzular” kolleksiyasının müəllifi isə Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.