Nazirin sözlərinə görə, hazırda Gürcüstan ərazisində layihənin tamamlama işləri aparılır.
Arslanın söylədiyinə görə, BTQ-nin inşası sentyabrda yekunlaşandan sonra növbəti ay ərzində, yəni 2017-ci ilin oktyabrında yolun açılışı baş tutacaq.
Arslan bildirir ki, Qarsda logistik mərkəzin inşası üzrə işlər də aparılır. “Bkə-Tbilisi-Qars layihəsi Mərərə layihəsi ilə birlikdə Avropanı Asiya ilə birləşdirən dəmiryolu dəhlizini əmələ gətirəcək. Türkiyə ərazisinə düşən hissə hazırda test edilir, inşaat işləri isə yekunlaşmaq üzrədir. Demək olar ki, Gürcüstanda artıq hər şey hazırdır, bircə sərhədyanı hissədən başqa. Bu işlər sentyabrda sona çatacaq. Bu layihə reallaşdırılandan sonra yüklər deyək ki, Londondan maneəsiz şəkildə Pekində göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq”, – Ahmet Arslan deyib.
BTQ dəmiryolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası saziş əsasında inşa edilir. BTQ dəhlizi üzrə maksimum yükdaşıma həcminin ildə 17 milyon ton olacağı proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6.5 milyon ton yük səviyyəsində olacaq.
İlkin olaraq Bakı-Tbilisi-Qars layihəsinin maya dəyəri 422 milyon dollar təşkil edirdi, bunun 202 milyon dolları Gürcüstan hissəsinin, 220 milyon dolları Türkiyə hissəsinin inşasına sərf olunmalı idi, amma sonradan layihənin dəyəri bir daha nəzərdən keçirildi və artırıldı. 2008-ci ilin sonunda layihənin ümumi dəyəri müxtəlif dəyərləndirmələrə görə 600 milyon ABŞ dollarını aşıb.