Bakı sakinləri qədim qala divarının zədələnməsinə görə hiddətləniblər
Paylaşmaq
Paylaşmaq
Sosial şəbəkələrin Bakı seqmenti şəhərin tarixi mərkəzində – İçərişəhərdə qədim qala divarındakı yeni daşların əks olunduğu fotoşəkillərdən hiddətləniblər. Məmurlar isə iddia edirlər ki, divarda qanuni tikinti gedir və ona heç bir zərər yetirilmir.
Bakının mərkəzində qala divarlarının əhatəsində şəhərin qədim hissəsi yerləşir. Bu ərazi İçərişəhər adlanır, tarixi-memarlıq qoruğu statusuna malikdir və UNESCO-nun ümumdünya mədəni irsi siyahısına daxildir.
Uzun illər ərzində içəri tərəfdən divarın bu hissəsinə bitişik bir neçə kafe və restoran olub. Bu yaxınlarda onları söküblər. Bundan sonra sosial şəbəkələrdə və mediada. Göründüyü kimi. Qarşıdakı binalardan birinin pəncərəsindən çəkilmiş fotoşəkillər peyda olub. Fotoşəkildən göründüyü kimi, divar boyunca çəpərin o tayında tikinti işləri aparılır. Divarda yeni daşlar görünür. Lakin divarın bu fraqmentinin əvəz olunduğunu, yaxud bunun üzlük olduğunu dəqiq demək mümkün deyil.
Şəhər sakinləri sosial şəbəkələrdə etirazlarını bildirirlər:
«Hətta tariximizi də qorumaq iqtidarında deyilik. Bakı xəstədir… Buna baxmağa heç bir əsəb dözməz»;
«Daha çox paylaşın! Bu barədə ən yuxarı səviyyədə bilmələri lazımdır!»;
«Düşünmək olar ki, “yuxarıda” bundan xəbərləri yoxdur! Bütün bunlar hökumətin razılığı ilə edilir».
Rəhbərliyin reaksiyası
Qoruq idarəsi rəsmən bəyan edib ki, “təmir-bərpa işləri qala divarlarına. Onların dayanıqlığına və xarici görkəminə zərər vurmur”.
Rəhbərliyin sözlərinə görə, bu ərazidə yeni birmərtəbəli, şüşədən və yüngül metal konstruksiyalardan quraşdırılmış kafe-teraslar tikiləcək.
Əslində nə baş verir?
Bakı tarixinin araşdırılması ilə məşğul olan Toğrul Vəliyev təəccüblənir ki. insanlar hələ indi narahat olmağa başlayıblar. Belə ki, qala divarlarında və digər qədim binalarda artıq ilk dəfə deyil ki, müasir “yamaq”lar peyda olur.
«Divarın bu hissəsi artıq 10 ildir ki, bu vəziyyətdədir. Memarlığın müdafiəçiləri əvvəlcədən orada restoranların tikilməsinə qarşı çıxırdılar», – Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda İçərişəhərdə bir neçə oxşar tikinti aparılır, halbuki, qoruğun ərazisində tikinti işləri qadağandır.
Buna paralel olaraq, sosial şəbəkələrdə daha bir tarixi abidə ilə bağlı həyəcan təbili çalınır. Bu, 1912-ci ildə tikilmiş yaşayış binasının ehtimal olunan sökülməsi ilə bağlıdır.