Futbol üzrə Avropa Çempionatının final mərhələsi başlayıb. Turnirin dörd oyunu Bakıda baş tutacaq. Qafqaz tarixində ilk dəfə ölkə ən nüfuzlu futbol turnirlərindən birinin oyunlarını qəbul edir. Şəhər bir neçə günlük futbola yoluxub – hər yan qitə birinciliyinin atributikasına və turistlərə bürünüb.
Azərbaycan paytaxtında dörd oyun baş tutacaq – üçü qrup, biri isə dörddə bir final mərhələsinin.
Hadisənin möhtəşəmliyinə baxmayaraq, Bakı bu cür önəmli futbol oyunlarının qəbuluna lazımi səviyyədə hazırlaşmayıb. İndiyə qədər şəhərin mərkəzi küçələri səkilərdən hasarlarla ayrılmış vəziyyətdə qalıb.
Bu hasarlar “Formula-1” üzrə dünya çempionatı çərçivəzində “Azərbaycan Qran-Prisi”nin yollarını qoruyurdu. Yarışlar ötən həftə baş tutub və təşkilatçılar Bakının mərkəzini tam səliqəyə sala bilməyiblər.
Bütün şəhər küçələrində Avro-2020 afişaları asılıb. Bəli, Avropa Çempionatı 2021-ci ildə keçirilsə də, Avro-2020 adlanır, çünki koronavirus pandemiyasına görə bir il ləngidilib.
Bakıda dörd oyunun keçiriləcəyi Olimpiya Stadionu 70 minə qədər tamaşaçı qəbul edə bilir, amma UEFA tribunların 50 faiz doldurulmasına icazə verib. Beləliklə, Bakıda hər oyunda maksimum 35 min tamaşaçı iştirak edə bilər. Amma İsveçrə və Uels yığmaları arasında baş tutacaq birinci oyuna bu kvotanın ancaq yarısı qədər bilet satılıb. Bilet qiymətləri də buna az təsir etməyib. Biletlərin qiyməti 60 manatdan 250 manata qədərdir [35,3 dollardan 148 dollara qədər].
JAMnews-ın fotomüxbiri oyuna bir neçə saat qalmış Bakı küçələrini gəzib.
Avro-2020 afişalarını şəhərin hər yanında görmək mümkündür. Foto: JAMnewsŞəhərin mərkəzindəki hasarlar – ötən həftə baş tutan “Formula-1”-in izləri. Foto: JAMnewsBakı bulvarında yeganə Avro-2020 atributu. Foto: JAMnewsHətta Bakının əsas rəmzlərindən biri olan Qız Qalası da Avropa Çempionatı təşkilatçılarının diqqətindən kənarda qalıb. Foto: JAMnewsAvro-2020 iştirakçısı olan komandaların köynəkləri Bakı küçələrinin birində asılıb. Foto: JAMnewsİsveçrə yığmasının azarkeşləri oyuna “hazırlaşır” və stadiona tələsmirlər, baxmayaraq ki, oyunun başlamasına cəmi iki saat qalıb. Foto: JAMnewsİsveçrə yığmasının çılğın fanatları Bakıda Fəvvarələr Meydanında. Foto: JAMnewsUelsli azarkeşlər qrupu. Foto: JAMnewsOyunlar Bakı Olimpiya Stadionunda baş tutacaq. Foto: JAMnews