Bakı əsas bayramını necə qeyd edir
Novruz azərbaycanlıların Yeni ili və demək olar ki, Azərbaycanın ən əsas bayramıdır. Həm də ən qədim. Axı Novruz yeni təbii dövrün başlanğıcından – yaz gecə-gündüz bərabərliyindən (bu dəfə martın 20-də) xəbər verir.
Novruzla bağlı çoxlu sayda adət və inanclar var. Onların hamısı köhnədən arınma, azad olma və yeni həyatın başlanğıcını simvolizə edir. Bu adətlərin çoxu atəşpərəstlikdən qalıb. Odun üstündən tullanmaq, bayramqabağı mütləq yır-yığış, qohum əqrabayla paylaşmaq məqsədi ilə bol-bol bişirilən yüksək kalorili şirniyyatlar – bu, Novruzdur.
Azərbaycanda Novruzla əlaqədar mütləq bir həftə istirahət günləri olur. Bayramın özünü bir qayda olaraq 20 və 21 martda qeyd edirlər, bayram süfrəsi isə martın 19-da açılır. Süfrədə mütləq plov və xonça olmalıdır. Xonçaya boyanmış yumurtalar düzülür və ailə üzvlərinin sayına uyğun olaraq şam qoyulur. Bayram axşamı şamları yandırırlar və əgər şamlar axıra qədər sönmədən yanarsa gələn ildə heç kim xəstələnməyəcək.
Nişanlı cavanların valideynlərinin xüsusi qayğıları olur. Oğlanın valideynləri qız evi üçün xonça hazırlamalıdır. Bu xonça süfrəyə qoyulan xonça deyil; sini üzərində (daha doğrusu, sinilər, bir sini ilə kifayətlənmək olmur) hər cür hədiyyə ola bilər – bahalı şokolad konfetlərindən tutmuş kosmetika, paltar və ətirə qədər. Amma ənənəvi şirniyyatlarla da dolu ən azı bir sini olmalıdır. Bütün bu ənamlarla birlikdə oğlan evi təntənəli şəkildə qız evinə qonaq gedir.
Tonqal üzərindən tullanmaq ən mühüm bütpərəstlik ayinlərindən biridir. Bayram günü hər bir həyətdə tonqal qalanır. Hər kəsin tonqal üzərindən üç dəfə tullanması lazımdır, çünki zərdüştlüyə görə bu təmizlənmə ayinidir – bir il qabağa xəstəliklərdən özünəməxsus “profilaktikadır.
Əhəmiyyətinə görə ikinci mühüm ənənə papaq atmaqdır. Uşaqlar papağı qonşuların qapısının önündə qoyub, zənglərini basır və qaçıb gizlənirlər. Papaq şirniyyatla doldurulmalıdır. Uzaqgörən xanım daha öncədən bunun üçün konfet, qoğal və paxlava ayırır. Yeri gəlmişkən, qapını açmasaz çox güman ki, daha inadla qapının zəngini çalacaqlar.
Adətən Novruz bayramında Bakının mərkəzində və bulvarda yarmarkalar və konsertlər təşkil olunur. Kosa və Keçəl bu bayramın ənənəvi qəhrəmanlarıdır. Bu iki qeyri-adi geyimli qəhrəman min cür oyundan çıxaraq camaatı əyləndirməyə çalışırlar.
Novruzun ən yaxşı cəhətlərindən biri də bu bayramın məzəmmət yaratmamağıdır. Digər bayramlara Azərbaycanın sosial şəbəkələrində aqressiv reaksiya verirlər: bayram tərəfdarları və bayrama qarşı çıxanlar iki cəbhəyə bölünür. Amma Novruz – müqəddəsdir, Novruza heç kim “qəsd etmir.
20.03.2016, 11.00
19.03.2016, 17.00
19.03.2016
Qədim zərdüştlük ənənələrinə görə, yaz gecə-gündüz bərabərliyindən əvvəl dörd təbii hadisəni qeyd etmək lazımdır. Novruza qədər dörd çərşənbə axşamının hər biri bir təbiət hadisəsinə həsr olunur və hər biri bayramdır.
Dərc edilib: 19.03.2016