Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
Azərbaycanın qonşularla sərhədlərinin bağlı qalması
Son günlərdə Azərbaycanda qonşu ölkələrlə quru sərhədlərinin bağlı qalması məsələsi ciddi narazılıqlar doğurur, bamayaraq ki, sərhədlər 2020-ci ilin aprelindən bağlanıb. Məsələ burasındadır ki, hakimiyyət Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədini – indiyə qədər açıq qalan yeganə sərhəd məntəqəsini bağlamaq qərarına gəlib. Artıq Azərbaycandan ancaq təyyarə ilə çıxmaq mümkündür. Sərhədlərin bağlı qalmasının səbəbi nədir? Ekspertlər müxtəlif səbəblər gəririrlər.
- “Cənubi Qafqaz Federasiyası”: müzakirənin mənası varmı?
- Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi təklif olunur
- Gürcüstanda rusiyayönlü sağçı radikal qruplaşmanın 26 üzvü saxlanılıb
Azərbaycanla bütün qonşu ölkələr – İran, Türkiyə, Gürcüstan və Rusiya quru sərhədlərini açıb və ya yaxın günlərdə açacağını elan edib. Azərbaycanın Ermənistanla hələlik diplomatik əlaqələri və ümumi sərhəddə buraxılış məntəqələri yoxdur.
Azərbaycan hökuməti bütün quru sərhədlərinin bağlanması haqda qərarı 2020-ciilin aprelində – koronavirus pandemiyası başlayan zaman alıb. Amma həmin vaxtdan az əvvələ qədər Naxçıvan Muxtar Respublikaıs ilə Türkiyə arasındakı sərhəddə fəaliyyət göstərən Sədərək buraxılış məntəqəsi işinə davam edib. NMR eksklav olduğu və Azərbaycanın qalan hissəsi ilə quru əlaqəsi olmadığı üçün bu buraxılış məntəqəsi bağlanmamışdı.
Bu sərhəd keçib məntəqəsi Türkiyəyə getmək üçün çox baha olan təyyarə biletindən qənaət etmək istəyənlər üçün “nəfəslik” idi.
Məsələnin dəyəri
Bakıdan İstanbula bir tərəfə təyyarə bileti AZAL aviaşirkətində 416 manat [təxminən $245], Buta loukosterində isə 364 manatadır [təxminən $214].
Naxçıvandan Türkiyəyə ən azı iki dəfə daha ucuz getmək mümkün idi.
Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmayanlar üçün Bakı-Naxçıvan aviabileti 70 manata [təxminən $41], NMR-da doğulan və ya orda qeydiyyatda olanlar üçün isə 60 manatadır [təxminən $35]. Naxçıvandan Türkiyənin Iqdır şəhərinə taksi ilə 10 manata [təxminən $6], Iqdırdan isə İstanbula təyyarə ilə 90 manata [təxminən $53] getmək mümkün idi. Bu da cəmi 170 manata [təxminən $100] edirdi.
Gözlənilməz qərar
Türkiyə ölkədə koronavirus epidemiyasının bitdiyini elan etdikdən və qonşu ölkələrlə quru sərhədlərini açdıqdan sonra qiymətlərdəki bu fərq səbəbindən Bakıdan Naxçıvana axın bir neçə dəfə artdı.
Naxçıvanlılar özləri iyunun sonunda Bakıdan doğma şəhərlərinə bilet tapa bilmirdilər. aviakassalar önündə növbələr səhər erkəndən düzülürdü. İyunun 30-da ən yaxşı halda iyulun 15-ə bilet almaq mümkün idi.
Gözlənilmədən iyulun 1-də Azərbaycan hökuməti NMR və Türkiyə arasında quru sərhəd keçid məntəqəsinin bağlandığını elan etdi.
Hakimiyyət öz qərarını sonuncu dəfə 2022-ci il sentyabrın 1-ə qədər uzadılmış karantin rejiminin davam etməsi ilə izah edib.
Ekspertlərin versiyaları
Azərbaycanlı ekspertlər ölkənin “özünütəcrid” rejiminin davam etdirilməsinə müxtəlif səbəblər gətirirlər.
Bəziləri bunu təhlükəsizliyin təmin edilməsi, digərləri dövlət aviaşirkətinin inhisarçı siyasəti, üçüncülər isə hakimiyyətin Rusiyadan köçkün axını ilə üz-üzə qalmaq istəməməsi ilə izah edir.
Təhlükəsizlik amili
Hakimiyyət rəsmən epidemioloji vəziyyətə istinad edir. Baxmayaraq ki, ölkədə sutka ərzində aşkarlanan koronavirusa yeni yoluxma hallarının sayı çoxdan stabilləşib və on-iyirmi nəfəri aşmır.
Sərhəd keçid məntəqələrinin heç birində meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı heç bir xüsusi ehtiyat tədbirləri planlaşdırılmır – Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib.
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli yaranmış vəziyyətin pandemiya ilə əlaqələndirilməsini inandırıcı hesab etmir:
“Hazırda quru sərhədlərinin bağlı olması qeyri-adi bir situasiya yaradır. Cəmiyyət arasında da sərhədlərin açılmasıyla bağlı böyük tələblər var. Bu gün dünyanın hər yerində quru sərhədləri açılıb.
Azərbaycanın israrla quru sərhədlərini bağlı saxlaması və hökumətin xalqa heç bir açıqlama verməməsi ciddi narazılıqların yaranmasına səbəb olur. Hər halda bu qərarın məntiqli bir izahı olmalıdır. Belə bir addımın atılmasını epidemioloji vəziyyətlə əlaqələndirmək düzgün deyil”.
“Təhlükəsizlik amili” çərçivəsində Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlanması ehtimalı qeyd olunur.
“Ümumiyyətlə Qarabağda hər hansı bir əməliyyatın olacağı gözlənilmir. Çünki Qarabağda hərbi əməliyyat başlasa, gərək Rusiya qoşunlarına qarşı da mübarizə aparaq. Rusiya qoşunları Qarabağda atəşkəsə nəzərət edir. Bu baxımdan hazırda həmin ərazidə anti-terror əməliyyatı keçirmək real görünmür”, – təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir.
Aviaşirkət inhisarı faktoru
Bu addım işçi miqrantların geri axınına ciddi mane olur – “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir.
“Bu, (geriyə axın) daxili iqtisadi gərginlik yaradır. O mənada ki, işsizlərin sayı çoxalır, yaxud da digər problemlər yaradır.
Sonra götürək İranı. İnsanların çoxu İrana, Gürcüstana müalicəyə gedirdi və bu mənada bizim səhiyyə sistemimiz xeyli vəsait itirirdi. Yalnız təyyarə ilə uçmaq mümkün olduqdan sonra İrana da, Gürcüstana da axın azaldı. Bu mənada hökumət gediş-gəlişin məhdudlaşdırılmasında maraqlıdır.
Digər tərəfdən isə hökumət insanların getməsinin, bununla da vəsaitlərin – hansılar ki, tibbə və digər başqa sahələrə yönləndirilə bilərdi – ölkədən çıxmasının qarşısını almaq istəyir”.
Daxili turizm amili
Həmçinin hökumətin sərhədləri bağlamaqla daxili turizmi inkişaf etdirmək istəməsi ilə bağlı versiya da səslənir.
Bununla belə iqtisadi ekspert Xalid Kərimli quru sərhədinin bağlanmasının daxili turizmlə əlaqələndirilməsini çox da ağılabatan hesab etmir.
“Əgər dövlətin quru sərhədlərini bağlı saxlayaraq, ölkədən xaricə valyuta axınının qarşısını almaq niyyəti olsaydı, hava yolu nəqliyyatını da bağlayardı.
Həmçinin daxili turizmin inkşafında xarici ölkələrdən, xüsusəndə Türkiyə və İranda gələn turistləri rolu böyükdür. Sərhədlərin açıq olması daxili turizmə daha müsbət təsir edə bilərdi”.
Rusiya köçkünlərinin axını amili
Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin bağlanmasının səbəbi ilə bağlı gətirilən iqtisadi versiyaları JAMnews-un Azərbaycan redaksiyasının redaksotu Hüseyn İsmayılbəyli əsaslı hesab etmir:
“Pandemiya və sərhədlərin bağlanmasına qədər Azərbaycan hazırda gördüyümüzdən fərqli deyildi. Ölkə yenə də diqqətini karbohidrogen ehtiyatları ixracına cəmləyib.
Miqrantların geri axınına gəlincə, qedy etmək lazımdır ki, bu gün Rusiya rublunun bahalaşması ilə bağlı tam yeni vəziyyət yaranıb. Bu, RF-ə qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ən gözlənilməz effektlərindən biridir. Əgər əvvəl Azərbaycandan olan orta statistik miqrant Rusiyadan ailəsinə, məsələn, ayda 500 dollar göndərirdisə, bu gün qazancı bircə rubl da artmadan 1000 dollara yaxın pul göndərə bilir. Bu şəraitdə geri axın haqda danışmaq sadəcə mümkün deyil.
Müxtəlif səbəblərlə – burada siyasi səbəblər də, xaricdəki tərəfdaşlarla kommunikasiyadan məhrum olanların işlə bağlı məqamlları da daxildir – doğma ölkəsini tərk etməyə çalışan Rusiya vətəndaşları ilə bağlı vəziyyət tam başqadır.
Rusiyalıların digər Qafqaz ölkələrinə – Gürcüstan və Ermənistana böyük axınını, Azərbaycana isə çox az sayda gəldiklərini nəzərə alsaq, burada məhz quru sərhədlərinin bağlı olmasının mühüm rol oynadığını qeyd etmək lazımdır. Moskvadan Tbilisi və Yerevana uçuş qiymətləri ilə müqayisə etsək, Bakıya aviabiletlər də çox bahadır.
Başqa məsələdir ki, niyə Azərbaycan hakimiyyəti rusiyalıların axınından çəkinir? Burada da müxtəlif versiyalar ola bilər, Bakının Moskva ilə hər hansı “artıq” gərginliyin yaranmasını istəmir. Açıq desək, Azərbaycan və Rusiyanın münasibətləri son zamanlar oonsuz da deklarasiya olunan müttəfiqlik münasibətlərindən çox uzaqdır”.