Oktyabrın 28-də təxminən saat 13:00-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ münaqişəsi zonasında yerləşməyən Bərdə şəhərini kütləvi raket atəşinə məruz qoyub.
Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, beynəlxalq hüquqla qadağan olunmuş kassetli sursatların istifadə olunduğu hücum nəticəsində 21 nəfər dinc sakin həlak olub, 60 nəfərə yaxın yaralanıb.
Bundan başqa, mülki infrastrukturlara və nəqliyyat vasitələrinə böyük ziyan dəyib – qurumun məlumatında deyilir.