Azərbaycansayağı bədheybətlər
Bir dəfə məşhur Amerika yazıçısı Corc Martin deyib ki, öləndən sonra Orta Dünyaya düşmək istərdi. Məlumatı olmayanlar üçün: Orta Dünya (Middle-earth), sehrli varlıqların məskunlaşdığı nağıl dünyasıdır. Onu ingilis professoru Con R.R. Tolkin valli və irland mifologiyasına əsaslanaraq yaradıb.
Yəni əslində nə “Üzüklərin hökmdarı, nə “Harri Potter, nə “Narniya xronikası, nə də heç bir başqa məşhur fentezi əsərləri müəlliflərinin beynində yaranmayıb: bu, kelt, valli mif və əfsanələrinin və hətta müəyyən mənada İncilin rəvayətlərinin yenidən işlənməsidir. Canavar-adamlar, vampirlər, cırtdanlar, danışan ağaclar – qərb mədəniyyəti eyni personajları təkrar-təkrar canlandırır.
Bu, Qərbdir. Bəs Qafqaz nə təklif edə bilər? Azərbaycan əfsanələrində hansı sirli heyvanlar var?
Ağac kişi, ya da Meşə adam
Bu, tüklü və bir az da meymuna bənzəyən dağ meşələrinin məğrur ruhudur. Yeri gəlmişkən, bir çox alimlər hesab edir ki, Ağac kişi “qar adamı haqqında əfsanənin yerli interpretasiyasıdır. Amma onun yanında olmaq heç də xoş təəssürat vəd etmir. Meşə adamdan çox pis iy gəlir, həm də o camaatın bağına girib, onlara lazım olmayan paltarları götürməyi xoşlayır (əvvəllər hətta xüsusi olaraq onun üçün paltar da saxlayardılar).
Qulyabani
Ərköyün Ağac kişidən sizə heç bir zərər gəlməyəcək, qulyabani isə həqiqətən də təhlükəlidir. Ona əsasən çöllükdə və qəbiristanlıqda rast gəlmək mümkündür, gecəyə qalan yolçuları qorxutmağı sevir.
Qulyabanı bədəni qara tüklə örtülmüş və pəncəsi tərsinə çevrilmiş adam kimi təsvir olunur. Adam dili ilə danışa və onunla güləşməyi təklif də bilər.
Maraqlıdır ki, belə bir qorxunc məxluqla görüşdən xeyirlə çıxmaq da mümkündür. Paltarının yaxalığına iynə sancmağa imkanınız olsa, onu özünüz üçün işlədə bilərsiz. Amma hər şey o qədər də asan deyil – qulyabani əmrlərinizi tərsinə yerinə yetirir. Yəni bunu da nəzərə alın!
Təpəgöz
Bu təkgözlü div onunla məşhurdur ki, qəzəblənəndə insanları mağaraya qovub, orada yeyir. Özünüzlə divin iyinizi hiss etməməsi üçün içində gizlənə biləcəyiniz qoyun dərisi və ya onun bir gözünə sanca biləcəyiniz iti qılınc götürməmisizsə, sağ çıxmaq şansınız azdır. Yeri gəlmişkən, onun çox da ağıllı olmaması da sizi xilas edə bilər.
Div
Div də təpəgözə oxşayır. Bu, nəhəng boylu və ecazkar gücü olan məxluqdur. Başında xırda buynuzları olur. Divlər qızlara xüsusi marağı ilə seçilir və cavan qəşəng qızları tez-tez mağaralarına aparırlar.
Cinlər
Azərbaycanın nağıl dünyasında təkcə mağaralar deyil, ağaclar da təhlükəlidir. Misal üçün, qaranlıq düşəndən sonra ağacın atında oturmaq və ya yatmaq olmaz. Bununla siz ağacın “yiyəsini acıqlandıra bilərsiz. Həm də orada bədxah meşə ruhları yığışır.
Xüsusən də qoz və əncir ağaclarının altında yatmağa dəyməz. Çünki cinlər onların içində yaşayır. Amma bu, lampanın içindən çıxan cinlər deyil, xırda və qəzəbli məxluqlardır. Onlar adamlara daha yaxın yerlərdə yaşayır və yəqin ki, siz onlara rast gəlmisiz – ağacların arasında gözünüzə qara nəsə dəydisə, bu elə həmin cindir. Onların xarici görünüşü heç kimə dəqiq bəlli deyil, adamların gözünə görünməyi sevmirlər.
Pəri
Bu kişilərin arasında yeganə də olsa qadın obrazı olmalıydı axı. Pəri adamların gözünə çox vaxt göyərçin və ya maral cildində görünən gözəl gənc qadındır. Suya bu şəkildə yaxınlaşan pərilər “heyvan cildini çıxarıb, suya baş vurur. Həmin heyvan dərisini oğurlasaz, primitiv şantajın köməyilə pərini möcüzə göstərməyə məcbur edə bilərsiz.
Ümumilikdə isə pərilər xeyri tərənnüm edir və şeytanlarla mübarizə aparır. Onlar insanlar üçün təhlükəli deyil, hətta pərilərlə evlənmək də olar. Amma heç vaxt onların xətrinə dəymək lazım deyil, çünki küsmüş pəri böyük bəlalar gətirə bilər.
Beləliklə də özünüz qərar verin, bu məxluqlardan hansıları yeni ekzotik fentezi saqada iştirak etməyə layiqdir. Paylaşa bilərik.