“Uğurlu olmaq üçün Azərbaycan, Ermənistan və Gürcüstan insanlara sərmayə yatırmalıdır”
Koronavirus pandemiyası ilə əlaqədar itkilərdən sonra iqtisadiyyatın daha yaxşı və sürətlə bərpa olunması üçün diqqəti əhalinin sağlamlığının və təhsilinin inkişafı və güclənməsi üzərində cəmləmək lazımdır. Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan İnkişafı üzrə regional direktoru Fadiya M. Saada Cənubi Qafqazın bütün üç respublikasına – Azərbaycan, Ermənistan və Gürcüstana bu tövsiyəni verib.
- Cənubi Qafqaz: əhalinin bir-birindən və dünyanın qalan hissələrindən daha varlı olduğu ərazi
- Larinin “sərbəst düşməsi” – gürcü valyutasının aqibəti necə olacaq? Dörd ssenari
- İşini itirmək hələ ən dəhşətli şey deyil
Hökumətlər uşaqların sağlamlığı və təhsilinin qayğısına qalarsa, onlar daha uğurlu olarlar
Azərbaycan
“Azərbaycanda insan kapitalının inkişafı planında çox şeyə nail olublar. Son beş il ərzində ali təhsil müəssisələrinə 21 faiz daha çox gənc qəbul olub. İcbari tibbi sığorta sistemi yaradılıb ki, bu da ilkin tibbi-sanitar yardımın səmərəsini yüksəltməyə kömək edib. Toplanan pensiyalar və sosial müavinətlər əhalinin yoxsul təbəqəyə aid olan 40 faizinin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb.
✔ Amma əhalinin müxtəlif təbəqələri üçün əlçatımlı olan təhsil və tibbi yardım səviyyəsinin fərqi hələ də çox böyükdür.
✔ Standartlaşdırılmış testlərin nəticələrinə əsasən, daha imkanlı ailələrdən olan şagirdlərin bilgiləri kasıb ailələrdən olan yaşıdlarının bilgilərini üç sinifdən çox üstələyir. Tibb müəssisələrində hələ də xidmətlərə görə “cibə” ödəniş qüvvədədir ki, bu da səhiyyə xidmətlərini əhalinin böyük hissəsi üçün əlçatımlığını çətinləşdirir.
✔ Ancaq hər beş ailədən biri yoxsul təbəqəyə daxildir və ünvanlı sosial yardım ala bilir.
✔ İşsizlik yüksək səviyyədə qalır, xüsusən qadınlar arasında.
✔ Azərbaycanda insan kapitalı indeksi cəmi 0,58 faiz təşkil edir. Bu o deməkdir ki, burada anadan olan uşaq sağlamlığı və təhsili üçün lazımi dəstəyi alsaydı, böyüyəndə 58 faiz daha uğurlu ola bilərdi.
✔ Koronavirus pandemiyası sosial xidmətlərə çıxışı məhdudlaşdırıb Proqnozlara görə, Azərbaycanda 2020-ci ildə iqtisadi kəsir 4,2 faiz təşkil edir”.
- Azərbaycanda işsizlik: rəsmi statistika və reallıq
- Azərbaycan iqtisadiyyatını nə gözləyir – Natiq Cəfərli ilə müsahibə
Ermənistan
“Ermənistan sağlamlıq və təhsilin təmin edilməsində əhəmiyyətli uğura nail olub. Uşaqların 90 faizindən çoxu ibtibai və orta məktəbə gedir. Doğumların 100 faizi ixtisaslaşmış tibb işçilərinin nəzarəti altında baş verir. Sosial müavinətlərin ünvanlılığının yaxşılaşdırılması yoxsulluq səviyyəsinin azaldılmasına və aztəminatlı ailələr üçün təhsil və səhiyyənin əlçatımlığının genişləndirilməsinə kömək edib. 1990-cl ildən 2017-ci ilə qədər orta yaşam həddi qadınlar üçün 73,3 yaşdan 78,7 yaşa, kişilər üçün 66,7 yaşdan 72,4 yaşa yüksəlib.
✔ Amma Ermənistanda insan kapitalı indeksi yenə də cəmi 0,58 faiz təşkil edir. Bu o deməkdir ki, burada anadan olan uşaq sağlamlığı və təhsili üçün lazımi dəstək alsaydı, böyüdüyü zaman 58 faiz daha uğurlu ola bilərdi.
✔ Uşağın cinsindən və ailənin gəlirlərindən asılı olaraq təhsilin nəticələri də çox fərqlənir. Tibb müəssisələrində hələ də xidmətə görə “cibə” gizli ödəniş qüvvədədir, bu da həmin xidmətin əhalinin böyük hissəsi üçün əlçatımlığını azaldır.
✔ İşlə təminat proqramları çoxsaylı deyil və azmiqyaslıdır.
✔ Son iki onilliyin nailiyyətləri COVID-19 pandemiyasına görə təhlükə altındadır. Proqnozlara əsasən, Ermənistanda 2020-ci ilin yekunlarına əsasən, real ümumdaxili məhsul 6,3 faiz azalıb.
✔ Proqnozlara əsasən, yoxsulluq səviyyəsi artacaq və dövlət xərclərində səhiyyə və təhsil üçün ayırmalar azala bilər”
- Ermənistan iqtisadi durğunluq həddində: 2021-ci ildə ölkədə nələr gözləməli
- Koronavirus şərabçı və üzümçülərə qarşı
Gürcüstan
“Son onillirlər ərzində Gürcüstan çox böyük uğurlara nail olub. Amma insan kapitalının potensialını açmaq o qədər də alınmayıb. Gürcüstanda insan kapitalı indeksi cəmi 0,57 faiz təşkil edir. Bu da o deməkdir ki, Gürcüstanda doğulan uşağ sağlamlığı və təhsili üçün lazımi dəstəyi alsaydı, böyüyəndə 57 faiz daha uğurlu ola bilərdi.”
✔ Gürcüstanda şagirdlərin çoxu oxu, riyaziyyat və təbiət elmlərində baza bilikləri əldə etmir. Test PISA, şagirdlərin beynəlxalq dəyərləndirmə Proqramları 2018-ci ildə Gürcüstandan olan məktəblilərin Avropa və Mərkəzi Asiyanın digər ölkələrinin məktəblilərindən ortalama bir tədris ili geri qaldığını müəyyən edib.
✔ Gürcüstanda gənclər arasında işsizlik səviyyəsi də Avropa+Mərkəzi Asiya regionu üzrə ortadan yüksəkdir. Bununla yanaşı 2019-cu ildə Ümumdünya İqtisadi Forumunda təqdim olunan qlobal rəqabətədavamlılıq haqda hesabatda peşəkar olaraq pis hazırlanmış kadrların Gürcüstanda biznes aparılması üçün ən böyük problem olduğu bildirilib.
✔ Ölkədə səhiyyə sistemi xəstəliklərin profilaktikasına yox, təcili yardım göstərməyə hədəflənmiş olaraq qalır. Tibbi xidmətlərin bahalı olması isə insanları ümumiyyətlə tibbi yardımdan qaçmağa vadar edir.
✔ Gürcüstanda yoxsulluq səviyyəsi azalır, amma sosial iqtisadi bərabərsizlik yüksək səviyyədə qalır.
✔ Koronavirus pandemiyası bütün bu problemləri dərinləşdirə bilər. Pandemiya nəticəsində Gürcüstanda 2020-ci ildə real ÜDM-in artımının altı faiz azalacağı proqnozlaşdırılır”.
- Gürcüstan: “İzsiz ötməyəcək ayrılıq”
- Gürcüstanda 30 minə yaxın uşaq sabundan istifadə və evdə yuyunmaq imkanından məhrumdur – UNICEF
İnsanların inkişafına, onların daha yüksək səviyyəli təhsilinə və sağlamlığına sərmayə yatırımı Cənubi Qafqaz əhalisinə dünya iqtisadiyyatı ilə rəqabət aparmaq imkanı verəcək – Fadiya M. Saada bu qınaətə gəlib.
“İnsanlar sərvətin vacib komponentidir. İnsanların inkişafına sərmayə yatırmaq böhranlara dayanıqlılığı da, ölkənin ümumi rifahını da artırır.
Əgər əhali üçün təhsil və səhiyyə lazımi həcmdə təmin olunsaydı, uzunmüddətli ümumdaxili məhsul adambaşına Azərbaycanda 1,67 dəfə, Ermənistanda 1,75 dəfə, Gürcüstanda 1,64 dəfə yüksək ola bilərdi”.