Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi təklif olunur
Hüquq müdafdiəçiləri Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsini təklif ediblər. Təkliflərə zorakılıq faktlarına görə cərimələrin məbləğinin, təkrarlanan hallara görə isə azadlıqdan məhrumetmə müddətinin artırılması daxildir. Ekspertin fikrincə, təkliflər cəmiyyətdə ciddi dəyişikliklərə gətirib çıxarmayacaq, çünki cərimələr sadəcə zorakı üçün yox, bütün ailə, o cümlədən də zərərçəkənə verilmiş cəzadır.
- Azərbaycanda feminizm olduğu kimi
- Türkiyə – uşaqlara qarşı cinsi zorakılıq
- Azərbaycanda qadınları niyə öldürürlər?
Vətəndaş Hüquqları İnstitutu (VHİ) məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi və insan haqları sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflər layihəsi hazırlayıb.
Beynəlxalq normalara uyğun
VHİ rəhbəri Bəşir Süleymanlının “Turan” agentliyinə verdiyi məlumata görə, yerli qanunvericilik aktlarının Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması haqda Konvensiyasının (İstanbul Konvensiyası), o cümlədən də qadınlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması (CEDAW) haqda Konvensiyanın tələblərinə müvafiq olması üçün qanunların ayrı-ayrı maddələri ləğv edilməli, dəyişdirilməli və yeni müddəalarla tamamlanmalıdır.
Hüquq müdafiəçisinin sözlərinə göörə, təklif olunan düzəlişlər qurbanların etibarlı müdafiə ilə təmin olunması günahkarların ciddi cəzalandırılması və dövlətin öz vəzifələrini yerinə yetirməsi üçün həvəsləndirilməsini hədəfləyir.
Nə təklif olunur?
Qanunvericiliyə düzəlişlər üzrə təklif müəllifləri “məişət zorakılığı” anlayışının genişləndirilməsini təklif edirlər.
Əgər indi bu anlayış yaxın qohumlar tərəfindən fiziki və ya mənəvi ziyanın vurulmasını nəzərdə tutursa, təklif olunur ki, psixoloji və iqtisadi ziyanın vurulmasını, həmçinin təhdid və seksual münasibətlərə məcburetməni də zorakılıq hesab etmək təklif olunur.
İşləmək, oxumaq qadağası və digər iqtisadi xarakterli hüquqların pozulmasına yönəlmiş əməllər də məişət zorakılığına aid ediləcək.
Vətəndaş Hüquqları İnstitutu KİV-də gedən məlumatların da araşdırma səbəbi hesab olunmasını təklif edir. Məişət zorakılığı ilə qarşılaşmış şəxslərən konsultasiya verilməsi üçün bütün sutka işləyən qaynar xətt təsis edilməlidir.
Cərimələr və azadlıqdan məhrumetmə
İncibati Xətalar Məcəlləsinənə iqtisadi və ya təhsil hüquqlarının pozulmasına görə 300 manatdan 600 [$ 176-352] manata qədər cərimə nəzərdə tutulub.
Əgər bu əməllər təkrar baş verərsə, cərimə 2500 manatdan 5000 manata [$ 1470 — 2940] qədər yüksəlir.
Əgər bu əməllər fiziki güc tətbiq edilərək törədilibsə, 30 sutkaya qədər həbs nəzərdə tutulub.
Məişət zorakılığı zəminində döymə və psixoloji əzaba görə 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 133.1-1 (döymə) maddəsinə yeni bənd əlavə olunması nəzərdə tutulur.
Məişət zorakılığı zəminində qanunsuz azadlığın məhdudlaşdırılması əməlinə görə 3 ildən 5 ilə qədər həbs cəzasının tətbiqi təklif olunur. Həmçinin seksual zorakılıq məqsədilə təqibə görə yeni məsuliyyət tətbiqi də təkliflər sırasındadır.
Təkliflərə görə, məişət zorakılığı zəminində təcavüz 5 ildən 10 ilə qədər həbslə cəzalandırılmalıdır.
Şərh
JAMnews-un Azərbaycan redaksiyasının redaktoru Hüseyn İsmayılbəyli hesab edir ki, məişət zorakılığına haqda qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı bu təkliflərin ciddi dəyişikliyə gətirib çıxarmayacaq.
“Xatırlatmaq lazımdır ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı vəziyyət yalnız sərt cəza sisteminin olmaması səbəbilə mürəkkəb olaraq qalmır. Burada kompleks şərtləri nəzərə almaq lazımdır. Bu, insanların mentaliteti, onların təhsil səviyyəsi, ailə başçısı olmadan yaşamaq iqtidarı və bir çox başqa şeylərdən ibarətdir.
Birincisi, çoxları məişət zorakılığı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermir. Bu, həm “evin sirrini çölə çıxarmamaq” cəhdi, həm də nəticələrin yaratdığı qorxu ilə bağlıdır. Söhbət sadəcə zorakının əməllərinin nəticəsindən yox, həm də yaxın qohumların və ailə üzvlərinin reaksiyasından gedir.
İkincisi, cərimələr, yəni pul cəzaları sadəcə zorakının özünə yox, bütün ailəyə, o cümlədən də zərərçəkənə verilmiş cəzadır. Bu nə deməkdir? Yeni bir nümunə gətirim.
Bu günlərdə qadın onu və qızını ölümlə hədələyən ərindən polisə şikayət edib. Polis sərxoş kişini şöbəyə aparıb, böyük məbləğdə cərimə edib. Bilmirəm cəriməni nə ilə əsaslandırıblar, ola bilər ictimai əsayişin pozulması ilə.
Onun bununla kimi cəzalandırıblar? Zorakının özünü, yoxsa zərərçəkmiş qadınlar da daxil ailə üzvlərini? Təkliflərdə elə məbləğlər təklif olunub ki, bunlar bir çoxlarının bəzən bir neçə aylıq ailə büdcəsinə bərabərdir.
Azadlıqdan məhrumetmə də bəzən bir çubuğun iki ucudur. Bir çox ailələr üçün bu, çörək gətirəni itirmək deməkdir.
Burada da qadının təhsilli olub-olmaması, müstəqil həyata hazır olub-olmaması ön plana çıxır.
Bəli, məişət zorakılığı ilə mübarizə aparmaq lazımdır, amma bunun üçün problemə kompleks yanaşma lazımdır. Sadəcə cəzalarla problemi həll etmək mümkün deyil”, – İsmayılbəyli qeyd edib.