Bərpa olunan enerji – dəb, yoxsa praqmatizm? Bakıdan təhlil
Azərbaycanda alternativ enerji problemləri
Gürcüstanla birgə həyata keçirilən yaşıl enerji dəhlizi layihəsi Azərbaycanda aktualdır. Bu layihə Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə ekoloji cəhətdən təmiz elektrik enerjisinin Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
Bu layihə və Azərbaycanda yaşıl enerji istehsalının artması fonunda bu yaxınlarda günəş və külək enerjisi əsasında elektrik istehsal edən bir neçə stansiya istifadəyə verilib.
- “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli 56 yaşını həbsxanada qeyd edib
- ABŞ Gürcüstanda “xarici agentlər” qanununa görə məsuliyyət daşıyanlara qarşı viza məhdudiyyəti elan edib
- Azərbaycanda taksi tarifləri kəskin artıb
İqtisadçı ekspert, Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərlinin sözlərinə görə, bəzən bu istiqamətdə yalnız dəbə uyğun, o qədər də orqanik və rasional olmayan qərarlar verilir.
Yaşıl enerjinin “tələləri”
“Dünyada bərpa olunan elektrik enerjisi istehsalı vacib olmaqla yanaşı, həm də dəb halını alıb. Bəzən dəbə uyub orqanik və rasional yanaşmalardan kənar qərarlar alınır – bir çox dünya ölkələrində bunun örnəkləri var.
Alternativ, bərpa olunan, ekoloji enerjiyə keçid vacibdir, amma burada bəzi “tələlər” var:
Günəş, külək enerjisi əldə etmək üçün özünün avadanlığı, komponentləri, proqram təminatı, mütəxəssisləri olmayan ölkələr faktiki olaraq enerji asılılığına düşürlər. Bu gün neft-qazdan asılı olan ölkələr var, amma bir müddət sonra günəş panelləri, külək “dəyirmanları”, onların təmiri və proqram təminatından asılı olan ölkələr yaranacaq.
Bundan başqa günəş, külək enerjisi hasil edən stansiyaların quraşdırıldığı məkanlar da önəmlidir – verimli, əkinə yararlı olan yerlərdə günəş panellərinin quraşdırılması ciddi suallar doğurur”.
Günəş panelləri üçün kənd təsərrüfatı torpaqları
“Azərbaycan da tam sürət dünyada “dəb” olan bu mövzuya qoşulub. Məmləkətin bu sahədə atdığı addımlar dünyada bu mövzunu “diri” tutan mərkəzlərin xoşuna gəlir, tam dəstək almağa yardımçı olur.
“Azərbaycan da tam sürət dünyada “dəb” olan bu mövzuya qoşulub. Məmləkətin bu sahədə atdığı addımlar dünyada bu mövzunu “diri” tutan mərkəzlərin xoşuna gəlir, tam dəstək almağa yardımçı olur.
Ölkəmizin bu vacib mövzuda olması pis deyil, əksinə, planlı şəkildə yanaşma olsa, məmləkət üşün əlavə iqtisadi fürsətlər də yaranar. İş yerləri, yerli mütəxəssislər, yeni istehsal sahələri yarana bilər, amma gərək qərarlar doğru, planlı və gələcəyə yönəlik olsun.
Bu günlərdə xəbər yayıldı ki, hökumət Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid iki hissədən ibarət 940 hektar torpaq sahəsini gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
1000 hektara yaxın əkinə yaralı və ya mal-qara saxlamaq üçün münasib olan ərazini niyə günəş panelləri ilə örtək ki?! Azərbaycanın 27% torpaqları şoranlaşıb, onları əkinə, aqrar sahəyə qaytarmaq üçün onmilyardlarla dollar yatırıma ehtiyac var, ölkənin isə bu qədər pulu yoxdur. Bakıdan Qazax istiqamətinə maşınla gedərdə həmin şoran, yararsız torpaqlar onlarla km uzanır, hətta peyzaj o qədər darıxdırıcıdır ki, maşın sürəni də, sərnişinləri də yuxu basır”.
Niyə yararsız torpaqlardan istifadə etməyək?
“Yaxşı, illah günəş panelləri düzüləcək, alternativ enerji istehsal olunacaqsa, niyə Qarabağ və Şərqi Zəngəzur kimi aqrar sahəyə yaralı torpaqlardan istifadə edək?! Elə Bakı ətrafından başlayaraq Kürdəmirə, Ucara qədər onminlərlə hektar ərazidə quraşdıraq, həm istehlakçılara yaxın olsun, həm də kənd təsərrüfatına yararlı olmayan torpaqlardan belə istifadə etmək mümkün olsun. Elə deyilmi?!
“Yaxşı, illah günəş panelləri düzüləcək, alternativ enerji istehsal olunacaqsa, niyə Qarabağ və Şərqi Zəngəzur kimi aqrar sahəyə yaralı torpaqlardan istifadə edək?! Elə Bakı ətrafından başlayaraq Kürdəmirə, Ucara qədər onminlərlə hektar ərazidə quraşdıraq, həm istehlakçılara yaxın olsun, həm də kənd təsərrüfatına yararlı olmayan torpaqlardan belə istifadə etmək mümkün olsun. Elə deyilmi?!
Ümumiyyətlə, bu məsələdə əhalinin, vətəndaşın iştirakını artırmaq lazımdır ki, həm məntiqli, həm də hamıya sərf edən modellər tapmaq mümkün olsun. Məsələn, qanunlara dəyişiklik etməklə, dövlətdən faizsiz kredit ayırmaqla ev təssərüfatlarının, özəl evlərin və biznes obyektlərinin damında günəş panellərini quraşdırmağı sürətləndirmək lazımdır. Vətəndaş həm öz elektrik enerjisi ehtiyacını ödəsin, həm də artıq qalan enerjini dövlətə, şəbəkəyə sata bilsin – texniki olaraq bu çox asan həll oluna biləcək məsələdir.
Bir daha: vacib, mühim olan bu məsələni “dəb” çərçivəsindən çıxarıb, praqmatik, orqanik, məntiqli dövlət proqramına çevirmək lazımdır. Yerli istehsalın təşkilinə çalışmaq, yerli mütəxəssislər hazırlamaq lazımdır ki, 10 ildən sonra bu məsələlərdə xaricdən asılı duruma düşməyək və müasir enerji tranformasiyasından geri qalmayaq”.