Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ermənistana silah tranzitini müzakirə etməyiblər
Gürcüstan vasitəsilə Ermənistana silah çatdırılması məsələsi ətrafına yaşanmış qalmaqaldan sonra Azərbaycanın yüksək vəzifəli nümayəndəsi ilk dəfə Gürcüstanna səfər edib: xarici işlər naziri Ceyhun Bayramov ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirir.
Azərbaycanlı həmkarı ilə şəxsi görüşündən sonra Gürcüstanın xarici işlər naziri Daavid Zalkaliani bildirib ki, görüşün əsas səbəbi pandemiya səbəbi ilə dayandırılmış sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə əməkdaşlığı bərpası olub.
David Qareci (Keşikçidağ) monastır kompleksi artıq çoxdan iki tərəf arasında mübahisə predmetidir, çünki Gürcüstan-Azərbaycan sərhədiinin 446 kilometrinin içində bu hissə də demimitasiya olunmayıb. Gürcüstan və Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiya 1996-cı ildə yaradılıb, amma o vaxtdan bəri bu proses irəliləməyib.
Monastır ətrafında növbəti gərginlik 2019-cu ilin aprelində yaşanıb. O zaman Gürcüstan prezidenti Salome Zurabişvilinin David Qareciyə səfərindən sonra Azərbaycan hakimiyyəti kompleksin Azərbaycan ərazisində yerləşən hissəsinə yolu bağlamış və bu da Gürcüstanda qəzəbə səbəb olmuşdu.
Zalkalianinin sözlərinə görə, Gürcüstan tərəfi yeni David Qareci monastırı ilə bağlı yeni kartoqrafik materiallar əldə edib və bununla əlaqədar olaraq 2006-2007-ci il Gürcüstan-Azərbaycan razılaşmaları yenidən gözdən keçirilə bilər. Məhz hansı materiallardan söhbət getdiyi məlum deyil.
Rəsmi informasiyaya əsasən, tərəflər nəqliyyat, ticarət və əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər.
Rəsmi məlumatlara əsasən, Azərbaycan və Gürcüstan XİN rəhbərləri Ermənistana daşınan “serb silahı” haqda danışmayıblar.
_______________________
12-16 iyulda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşəndən sonra Azərbaycanın hökumətyönlü nəşri haqqın.az Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana silah çatdırılması haqda yazmışdı.
Qalmaqal o qədər ciddi idi ki, avqustun 17-də Azərbaycan Gürcüstan və Serbiyadan səfirlərini geri çağırdı.
Gürcüstan XİN-də bu məlumatları dezinformasiya adlandırdılar.
Gürcüstan və Azərbaycanda ekspertlər ikitərəfli münasibətlərdə ciddi problemlər proqnozlaşdırmışdı.
Amma sentyabrın 19-da son müsahibələrindən birində Azərbaycan prezidenti İlham Əliyev səsləndirilən ittihamları faktiki yalanlayıb və Gürcüstan hökumətini Ermənistan üçün nəzərdə tutulan silahı öz ərazisindən buraxmadığı üçün minnətdarlıq edib.