“Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasını yox, qisas istəyir” – Ermənistanın baş naziri
Ermənistanın baş naziri Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edib. Nikol Paşinyanın yarım saatlıq nitqində əsas yeri onun Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tutub. O, Ermənistanda həyata keçirilən demokratik islahatlar haqda da, onun fikrincə keçmiş hakimiyyətin yaratdığı daxili siyasi problemlər haqda da ətraflı danışıb. Baş nazir Türkiyəni “Ermənistan və erməni xalqının təhlükəsizliyinə qarşı təhdid kimi”, Rusiyanı isə ölkənin əsas strateji müttəfiqi kimi dəyərləndirib.
Çıxışın ən mühüm tezisləriinin təfərrüatları aşağıda.
Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevi Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün şərait yaratmağa çağırıb.
“İstənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün birlikdə çalışmalıyıq”, – Nikol Paşinyan deyib.
Ermənistanın baş naziri hesab edir ki, Azərbaycan hakimiyyəti Qarabağ üzrə güzəştə getmək istəmir. Paşinyanın sözlərinə görə, öz hərəkətləri və bəyanatları ilə onlar sübut edirlər ki, münaqişənin nizamlanmasına yox, “1990 və 2016-cı illərdə Qarabağ xalqına qarşı uğursuz təcavüz aktlarına görə” qisasa can atırlar:
“Azərbaycan hakimiyyəti münaqişəni həll etmək niyyətində deyil. Bunun əvəzinə onlar Dağlıq Qarabağ xalqı üzərində qələbə qazanmaq istəyirlər… Azərbaycanın ali hakimiyyəti Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqı üçün məqbul olacaq həll yoluna can ataraq öz mövqeyində qalır. Bu məqsədlə anti-erməni əhval qızışdırılır, silahlanmaya böyük resurslar xərclənir, ermənilərə qarşı fobiya rəsmi siyasətə çevrilib.
Onlar Dağlıq Qarabağı sovet dövründə olduğu statusda geri qaytarmaq istəyirlər. Amma bu səylər boşunadır, çünki SSRİ dövründəki Dağlıq Qarabağ Muxtar Vilayətinin xalqı öz müqəddaratını təyin etmək hüququndan yararlanıb və müstəqilliyinə səs verərək SSRİ-nin tərkibindən çıxıb. Eyni şeyi Azərbaycan xalqı da edib. Bakının bu cür mövqeyi Sovet İttifaqının bərpası ideyasına bərabərdir”.
Paşinyanın fikrincə, Bakı Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan araslndakı ərazi problemi kimi təqdim edir.
“Biz bununla razı deyilik, bu, ərazi münaqişəsi deyil. Söhbət insanlardan, kişilərdən və qadınlardan, onların öz vətənində yaşamaq hüququndan, onların əcdadlarının əsrlər öncə yaşadıqları kimi yaşamaq haqqından gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu insanlarla danışmaq istəmir, çünki onları yalnnız ərazi maraqlandırır, xalq yox. Daha doğrusu, insanlarsız ərazi”
• Ermənistanın yeni hökuməti Rusiya və Qərb arasında
Qonşular – strateji müttəfiqlər və təhlükə mənbəyi haqda
Paşinyan hakimiyyətə gələnə qədər ölkənin Rusiyanın rəhbərliyi altında mövcud olan Avrasiya İqtisadi İttifaqından çıxmaq tərəfdarı kimi çıxış edirdi. Amma 2018-ci ilin yazından, onun liderliyi ilə ölkədə “məxməri inqilab” başlayandan sonra bu məsələdə mövqeyini tamam dəyişib. Bununla yanaşı o, elə əvvəlki hakimiyyət kimi həm Rusiya, həm də Qərblə əməkdaşlığın vacib olduğunu bildirir:
“Rusiya bizim əsas strateji müttəfiqimiz və tərəfdaşımızdır, Gürcüstan və İran bizim strateji qonşularımızdır. Bizim ABŞ, Avropa İttifaqı və bu qurumun üzvü olan ölkələrlə də strateji gündəmimiz və tərəfdaş münasibətlərimiz formalaşıb. Və bizim üçün tərəfdaşlarımızın arasındakı ziddiyyətlərin düyün nöqtəsində olmaq böyük maneədir, çünki biz daima onlardan bəziləri və ya hətta hamısı tərəfindən yanlış anlaşılmaq riskinə məruz qalırıq”, – Paşinyan qeyd edib.
• Avropa İttifaqı – Ermənistan münasibətləri “məxməri inqilabdan” sonra. Niyə sıçrayış baş vermədi?
Baş nazirin sözlərinə görə, bu gün qonşular və strateji tərəfdarlar arasında mövcud olan gərginlik Ermənistanı çox narahar duruma salır:
“Bu reallıq bizim bəzi dostlarımızın – bəlkə də onların hamısının bizi yanlış anlaması ilə nəticələnə bilər”.
Bu kontekstdə Ermənistan hökumətinin başçısı Türkiyə ilə münasibətləri də şərh edib. Onun fikrincə, Türkiyə bu gün “Ermənistanın və erməni xalqının təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır”.
Ölkə daxilindəki problemlər haqda
Ermənistanın baş naziri öz nitqində ölkə daxilində gedən demokratik islahatlara və keçmiş siyasi elitanın bu prosesə mane olduğu haqda da danışıb:
“Biz ölkəmizdə demokratiya və islahatları inkişaf etdirməkdə sarsılmaz qətiətə sahibik. Bu qətiyyət xalqımızın mötəbər mandatına əsaslanır və biz ona görə islahatların həyata keçirilməsi, ədalətin təmin edilməsi, iqtisadiyyatın və sosial şərtlərin yaxşılaşdırılması, millətimizin inkişafı məsələlərində məsuliyyət daşıyırıq…
Onlar isə [keçmiş hakimiyyət nümayındələri] öz maliyyə resurslarından yararlanaraq və bizim demokratik nailiyyətlərimizə, Ermənistanın demokratik yolla seçilən və əmlak və mülkiyyətin bölüşdürülməsi ilə məşğul olmayan hökumətinə meydan oxuyaraq ədalətdən yayınmağa çalışırlar”.
• Ermənistanda korrupsiya ilə mübarizə: JAMnews yeni hökumətin ilk addımları silsiləsindən
Ölkənin yeni hökuməti dəfələrlə özlərindən əvvəlki hakimiyyətin nəzarətlərin altında olan mediada yalan şayiələr və dezinformasiyalarla bağlı narahatlığını ifadə edib. Paşinyan da bu çıxışında yenidən bu mövzuya toxunub və bildirib ki, onun hökuməti müdianın işinə qarışmır, fəaliyyətini nəzarət altına almağa çalışmır:
“Bununla belə onlardan bəziləri əvvəlki hökumətin nümayəndələrinə nabe olur, yalan şayiələr uydurur və cəmiyyətdə baş verənlərə və “məxməri” inqilabın məqsədlərinə qarşı şübhə toxumu səpir. Bu maneəyə baxmayaraq, bizim media orqanlarının azadlığını stimullaşdırmaq və müdafiə etmək qətiyyətimiz sarsılmazdır”.