Azərbaycan Dağlıq Qarabağdan yan keçməklə dünyanın ən uzun tunelini inşa edir?
Kəlbəcər rayonuna Murovdağ tuneli
Gəncə və Kəlbəcəri birləşdirəcək avtomobil yolunda rəsmi açıqlamaya görə dünyanın ən uzun tuneli inşa edilir. Tunel Murovdağ silsiləsinin altından keçəcək. Kəlbəcərə qədər kilometrlərlə uzanacaq tunel Azərbaycanın nəyinə lazımdır və niyə bu tunel Dağlıq Qarabağdan yan keçməklə inşa edilir? Ekspertin fikrincə, alternativ yol həmişə lazımdır, amma eyni zamanda daha ciddi məsələlər ortaya çıxır.
- Bağlı sərhədlər: Azərbaycan hakimiyyəti qonşularla quru sərhədlərini niyə açmaq istəmir?
- İlham Əliyev: “ATƏT MQ-nin həyata qayıtması mümkünsüzdür, o, artıq ölüb”
- “Hələlik Dağlıq Qarabağda hər şey Rusiyanın ssenarisi üzrə gedir” – Bakıdan şərh
İkinci Qarabağ müharibəsi başa çatdıqdan və Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altına qayıtdıqdan sonra bu rayonla əlaqə məsələsi gündəmə gəlib.
Məsələ burasındadır ki, Qarabağ münaqişəsi başlayana qədər Kəlbəcərə yeganə avtomobil yolu Ağdərə rayonundan keçirdi. Daha sonra Azərbaycan hakimiyyəti bu rayonu ləğv edib və ərazi inzibati olaraq Tərtər rayonuna birləşdirilib. Ağdərədən keçən yol indi də mövcuddur, amma bu yol Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissəsindən keçir.
Kəlbəcərə gedən çox daha mürəkkəb şimal yol Murovdağ silsiləsindən keçir və qız fəslində tamamilə keçilməz olur.
11 kilometrlik tunel
2021-ci il avqustun 16-da 44 günlük müharibə başa çatdıqdan doqquz ay sonra Gəncə şəhərini Kəlbəcərlə birləşdirəcək yolun bir hissəsi olan tunelin təməli qoyulub.
Tunelin uzunluğu 11658 metr təşkil edib və Azərbaycan hakimiyyətinin bildirdiyinə görə, dünyanın ən uzun avtomobil yollarından biri olacaq.
Tunelin 2025-ci ildə istismara təhvil verilməsi nəzərdə tutulub.
Bu tunel Azərbaycanın nəyinə lazımdır?
Ekspert Nazim Həmidovun sözlərinə görə, bu tunelin inşası və istismara təhvil veriləcəyi il bir neçə sualı birdən doğurur.
“Açıq danışaq, dağın altından keçən 12 kilometrə yaxın uzunluqda tunel nəhəng maddi sərmayə tələb edir. Başqa sözlə, Azərbaycan üçün bu imic məsələsi və ya başqa şey deyil, başqa variant sadəcə olmayıb.
Xəritəyə baxsaq, Kəlbəcər rayonu qərb tərəfdən Ermənistanla sərhəddə yerləşir. Cənubdan isə Azərbaycanın nəzarəti altına qayıtmış digər rayonla – Laçınla. Amma Laçın rayonundan Ermənistanı Xankəndi ilə birləşdirən eni 5 kilometr olan dəhliz keçir. Şərq tərəfdən də problemlidir – köhnə yol Rusiya sülhməramlılarının məsuliyyət zonasından keçir.
Maneəsiz əlaqə üçün ancaq şimal istiqaməti qalır. Amma…
Tunel 2025-ci ildə istismara veriləcək. Anladığımız kimi həmin il RF sülhməramlı kontingentinin Qarabağda qalma müddəti bitir. Rəsmi Bakı artıq bir neçə dəfə hökumətə yaxın müxtəlif şəxslərin dili ilə sülhməramlı missiyanın davam etdirilməsi üçün Moskva ilə sazişi uzaqmaq niyyətində olmadığını eşitdirib. Üstəlik 10 noyabr 2020-ci il razılaşması indiyə qədər ölkə parlamenti tərəfindən ratifikasiya edilməyib. Əgər qanuna riayət etsək, sülhməramlılar bütün dünya tərəfindən tanınan Azərbaycan ərazisində qanunsuz olaraq yerləşib.
Amma burada söhbət milyonlarla qiyməti olan tunelin inşasından gedir ki, Bakı 2025-ci ildə Ağdərədən Kəlbəcərə gedən yola maneəsizçıxış əldə edəcəyinə əmin olsaydı, bu yolu tikməmək də olardı. Görünür ki, belə bir əminlik yoxdur. Amma istənilən halda alternativ yol heç kimə mane olmaz.
Dünyanın ən uzun tunellərindən biri olması haqda bəyanatlara gəlincə, Murovdağ tuneli ən uzun tunellərin yüzlüyünə də daxil deyil. Əgər dünya miqyasında götürsək. Amma şübhəsiz ki, bu, regional miqyasda nəhəng layihədir”, – Həmidov bildirib.